Icma.az
close
up
RU
CASCFEN in “Ramiz Əskər Türk dünyasına xidmət ödülü” martda veriləcək

CASCFEN in “Ramiz Əskər Türk dünyasına xidmət ödülü” martda veriləcək

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) rəhbər heyətinin (İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası və Müşavirlik) ilin ilk genişləndirilmiş birgə iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a CASCFEN-dən bildirilib.

Məlumata görə, iclasda sədr Nadir Azəri tərəfindən ötən müddət ərzində görülən işlərin ümumi qısa hesabatı təqdim edilib. Daha sonra qarşıda duran vəzifələr, görülməli olan işlər və mümkün əməkdaşlıqlar barədə fikir mübadiləsi aparılıb.

Çıxış edənlər - sədr müavinləri Fikrət Əliyev və Nüşabə Hüseynli, İdarə Heyətinin üzvü Əkbər Qoşalı, həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əskərova, komissiyanın üzvləri Elman Cəfərli və Anar Miriyev, sədrin müşaviri Aygün Kazımova fikir və təkliflərini səsləndiriblər.

Müzakirələr nəticəsində CASCFEN-in 2 ili əhatə edəcək fəaliyyət planının hazırlanması barədə razılığa gəlinib.

Bundan başqa, “Ramiz Əskər –Türk dünyasına xidmət ödülü”nün Novruz bayramı ərəfəsində ilk qaliblərinin elan və təltif edilməsi barədə razılıq əldə edilib. Bununla bağlı Münsiflər Heyəti formalaşdırılıb.

İclasda yaxın aylarda CASCFEN-in QHT və media sektorunda özünü təsdiqləməkdə iddialı olan gənc liderlərin inkişafına dəstək məqsədilə bir təlim mərkəzinin yaradılması üçün addımların atılması, bununla bağlı Elman Cəfərlinin rəhbərliyi ilə fəaliyyət planının hazırlanması qərara alınıb, o cümlədən təşkilat üçün vacib digər qərarlar da qəbul edilib.

Məlumata görə, iclasda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qalibi olan CASCFEN-in “Müasir türk birliyinin kommunikasiya əsasları” adlı layihəsinin reallaşmasında göstərdiyi dəstəyə görə sədr müavini Fikrət Əliyevə və İdarə Heyətinin üzvü Əkbər Qoşalıya Təşəkkürnamə, həmçinin rəhbər heyətə üzvlük vəsiqələri təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Yanvar 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri