Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

3 aylıq olanda nə baş veribsə xatırlayır

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

Ceyranbatanda toyda dava Biri komadadır

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

Ramiz Əskər “professor tələbə” idi...

Ramiz Əskər “professor tələbə” idi...

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

...1978-ci ildir. Moskvada tələbəyik. Ramiz M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin V, mən isə IV kurs tələbəsiyəm. Universitetin “vısotka” adlandırılan əsas korpusunda yerləşən tələbə yataqxanasının 13-cü mərtəbəsində ikimiz bir otaqda qalırıq.

Bu qeydləri qələmə alarkən üstündən 47 il keçəndən sonra belə Moskvada Ramizlə birlikdə keçirdiyim günlərin, sadəcə, bəzi anlarını canlandırmağa çalışmışam. Dərhal deyim ki, bu zaman yaddaşımı zora salmağa heç bir lüzum qalmadı, ona görə ki, sabaha ümidlə, inamla yaşadığımız o unudulmaz anlar hələ də ən xırda təfərrüatları ilə yadımdadır.

...Haradasa dekabrın son günlərindən biridir. Axşam, təxminən, 20 radələridir. Təbii ki, bayırda hava 2-3 saat əvvəldən qaralıb. Otaq istidir, amma soyuq küləyin pəncərədə aramsız vıyıltısı eşidilir. Ramiz şəhərdən qayıtmadığı üçün narahat olmağa başlayıram.

Böyük ehtimalla Ramiz Ankaradan “Böyük teatr”a 2 həftəlik yaradıcılıq ezamiyyətinə gəlmiş türkiyəli tenorla (təəssüf ki, adını unutmuşam) bir yerdə olduğu üçün ləngiyə bilərdi. Axı, o, “İnturist”in xəttilə türkdilli əcnəbi qonaqlara tərcüməçilik edirdi. Türk və rus dillərini əla bildiyi üçün hörmətli qonaqları müşayiət etməyi ona etibar edirdilər.

Ramiz Moskvada Türkiyədən təşrif buyuran rəsmilər və mədəniyyət adamları barədə təəssüratlarını mənə həvəslə nəql edərdi. Qardaş ölkə barədə o illər informasiya qıtlığı vardı. Sovet mətbuatı da NATO üzvü olan Türkiyəni, əsasən, neqativ planda təqdim edirdi. Tez-tez yazırdılar ki, guya türklər öz vətənlərində yoxsulluq və işsizlik səbəbindən kütləvi surətdə Avropaya, xüsusilə Almaniyaya mühacirət edirlər və burada ən ağır, hətta həqarətli işlərdə çalışırlar.

Bu xəbərlər, təbii ki, bizi üzürdü, şənimizə toxunurdu. Biz türk qardaşlarımız barədə xoş xəbərlər eşitmək arzusundaydıq. Ramiz isə əsasən mətbuatın demədiyi, gizlətdiyi şeyləri deyirdi. Türkiyə barədə geniş, hərtərəfli biliklərə malik olduğu üçün tarixdən nümunələr gətirirdi. Onun qəlbində türklərin bu çətinliklərdən çıxacaqlarına dərin inam vardı və bu inam mənə də sirayət etmişdi.

...Artıq axşam saat 9-un yarısıdır. Ramizdən hələ də bir xəbər yox idi. Dözməyib dəhlizə çıxdım. Heç 5-10 dəqiqə keçmədi ki, Ramizin tanış aşırma sumkası ilə liftdən çıxdığını gördüm. Gözümə işıq gəldi, nigaranlığım yox oldu. Tez otağa qayıtdım. O, həmişəki kimi həmin gün harada, kimlərlə görüşdüyü barədə danışdı, bəzi mülahizələrini söylədi.

Bu arada mənimlə bir qrupda oxuyan Türkmənistandan olan tələbə yoldaşım Akməhəmməd Həmidov qapını ərklə döyüb içəri girdi və “professor”un (Orta Asiyadan olan tələbələr MDU-da Ramiz Əskəri bu adla çağırırdılar) söhbətləri üçün darıxdığını söylədi. Ramiz türkdilli respublikalardan olan bütün uşaqların xətrini çox istəyirdi, Akməhəmmədə isə xüsusi rəğbəti vardı.

Bir xeyli XVIII əsrdə yaşayıb-yaratmış böyük türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığı və onun türkmən ədəbi dilinə təsiri barədə danışdılar. Arada Akməhəmməd dedi ki, Məhtimqulu poeziyasının dili Füzulinin poetik dilinə çox yaxındır. Ramiz qonağın nəyə eyham vurduğunu yaxşı bilirdi. Bir çox türkmən ziyalıları Füzulini özlərinki hesab edirdilər. Azərbaycan alimləri və hökuməti guya qabağa düşüb Füzulini türkmənlərin əlindən alıblar. Yadımdadır, Ramiz daşdan keçən arqumentlər söylədi və sonda sanki bütün türkmən ziyalılarına müraciət edirmiş kimi dedi:

– Füzuli həm bizim, həm sizindir, geniş mənada Böyük Turanın şairidir.

Bunun ardınca Ramiz həm Məhtimquludan, həm də Füzulidən əzbərdən bir neçə qoşma və qəzəl söylədi. Akməhəmməd heyrətlə ona baxırdı. O, Ramizin geniş erudisiyası və fenomen yaddaşına, sadəcə, heyran qalmışdı.

Yeri gəlmişkən, Akməhəmməd Həmidov müasir türkmən ədəbiyyatının ən tanınmış simalarından biridir. Onun türkmən xalqının həyat tərzindən, arzu və qayğılarından bəhs edən çox sayda hekayə və povestləri rus, türk, türkmən dillərində dəfələrlə nəşr olunub. Yeri gəlmişkən, Akməhəmmədin bir neçə hekayəsini türk dilinə Ramiz özü tərcümə edib və Türkiyədə nəşr olunaraq yayılmasına dəstək verib.

...Akməhəmməd gedəndən sonra Ramiz o illərdə MDU-nun fizika fakültəsinin tələbəsi Solmazın onu soruşub-soruşmadığı ilə maraqlandı. Dedim ki, bir neçə saat əvvəl gəlmişdi, sənin türk tenora tərcüməçilik etdiyini biləndə dedi ki, Ramiz türkləri görəndə hamını unudur.

Ramiz, təbii ki, eyhamı anladı və dedi:

– Solmaz haqlıdır. Bir neçə gündür ki, ondan hal-əhval tuta bilməmişəm.

Solmaz xanım dedi ki, Ramiz şəhərə çıxanda nazik geyinməsin...

Ramiz gülümsündü və bu dəfə heç nə demədi...

Onlar bir-birilərini sevirdilər və Bakıya gedən kimi toy etmək fikrində idilər. Bir ildən sonra mən Bakıya məzun kimi qayıdanda artıq evli idilər. Ramiz öz sevgisinə dönük çıxmamışdı və buna görə gözümdə bir mərtəbə də ucaldı. Ramiz və Solmaz xanımın ailəsində Vətən üçün gözəl, tərbiyəli, zəkalı övladlar böyüdü. Onların hər birinin xoş sorağını eşidəndə ürəyim dağa dönür.

Yeri gəlmişkən, Ramiz Əskər ölümündən 3-4 il əvvəl Aşqabadda keçirilən nüfuzlu beynəlxalq simpoziumda iştirak edərkən Akməhəmməd Həmidovla görüşmüşdü. Akməhəmməd simpoziumun təşkilatçılarına şəstlə deyib ki, “mən bu kişini hələ onun tələbəlik illərində “professor” deyə çağırırdım. İndi, o, həqiqətən, Bakı Dövlət Universitetinin professorudur, kafedra müdiridir. Azərbaycan xalqının yox, Böyük Turanın oğludur!

Ramiz, həqiqətən, türk xalqlarının dilləri və ədəbiyyatlarının dərin bilicisi idi. O, soykökü bir olan bu mədəniyyətlərin bir-birinə yaxınlaşması üçün titanik işlər görürdü. Təkbaşına Mahmud Kaşğarinin 4 cildlik “Divani-Lüğət-it türk” əsərini tərcümə edib nəşr etdirmişdi. Əlişir Nəvai və Məhtimqulunun bütün külliyyatlarını dilimizə çevirib. Bütövlükdə, Turanla bağlı onlarla kitab yazıb, dəyərli hesab etdiyi elmi, publisistik yazıları dilimizə çevirib.

Bir sözlə, professor Ramiz Əskər Böyük Turan sevdalısı idi və təkcə doğma Azərbaycanda deyil, bütövlükdə, türk xalqlarının ziyalıları arasında böyük hörmət sahibi idi. Günlər, aylar, illər ötdükcə, Ramiz Əskərin bir insan kimi mənim üçün çox əziz və əvəzsiz olduğunu daha dərindən hiss edirəm. Ruhu şad olsun!

Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see994

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see576

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see323

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see304

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see302

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see299

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see295

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see254

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see228

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see180

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see172

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see169

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri