Icma.az
close
up
RU
® Caspian Energy Club Mangistau vilayətinə işgüzar səfər təşkil edib

® Caspian Energy Club Mangistau vilayətinə işgüzar səfər təşkil edib

Icma.az, Azertag saytına istinadən bildirir.

Mayın 26-27-də azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti "Caspian Energy Club"ın rəhbərliyi ilə Mangistau vilayətinə işgüzar səfər edib.

Səfərin əsas məqsədi Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirməsi və regional biznes əlaqələrinin inkişaf etdirilməsi olub.

Bu barədə AZƏRTAC-a “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Bildirilib ki, səfərin ilk günü "Aktau Dəniz Limanı" Azad İqtisadi Zonasının ərazisinə tanışlıq ziyarəti ilə başlayıb. Görüş çərçivəsində Azad İqtisadi Zonanın rəhbərliyi tərəfindən zonanın investisiya potensialı və prioritet inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim edilib. Qonaqlar limanın logistika imkanları və ərazidəki xidmətlərlə yaxından tanış olublar. Daha sonra Aktau Topdansatış Dağıtım mərkəzi ziyarət edilmiş, burada ticarət dövriyyəsinin təşkili, mərkəzin regionun ərzaq təhlükəsizliyindəki rolu, eləcə də Azərbaycan təchizatçıları ilə mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün nümayəndə heyətinin üzvləri Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlının dəvəti ilə Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbirdə iştirak ediblər.

Tədbir çərçivəsində nümayəndə heyəti Mangistau vilayətində fəaliyyət göstərən azərbaycanlı sahibkarlar və diaspora nümayəndələri ilə tanış olub, onların fəaliyyət istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında səmərəli fikir mübadiləsi aparıb.

Səfərin ikinci günü nümayəndə heyəti Kurık limanına baş çəkib. Görüş zamanı limanın rəhbəri limanın inkişaf planları və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib.

Ardınca səfər iştirakçıları "Kaspiy" Sosial Sahibkarlıq Korporasiyasında təşkil olunmuş B2B formatlı işgüzar görüşdə iştirak ediblər. Tədbir zamanı hər iki ölkənin iş adamları arasında məhsuldar fikir mübadiləsi aparılıb, əməkdaşlıq üçün maraq doğuran istiqamətlər və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Ondan artıq Qazaxıstan şirkəti Azərbaycan bazarına daxil olmaq və qarşılıqlı layihələrdə iştirak etmək niyyətini ifadə edib.

Daha sonra “Caspian Energy Club”ın nümayəndə heyəti Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlıyla görüşüb.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub, biznes mühitinin yaxşılaşdırılması və qarşılıqlı investisiya imkanları barədə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində baş konsul Ayxan Süleymanlıya "Caspian Energy Club"ın fəxri üzvlük sertifikatı təqdim edilib.

Bundan əlavə, səfər çərçivəsində nümayəndə heyəti Aktau şəhərinin Situasiya Mərkəzini ziyarət edib. Burada iştirakçılar şəhər infrastrukturunun idarə olunması, rəqəmsal həllərin tətbiqi və fövqəladə halların operativ monitorinqi sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat alıb, mərkəzin funksional imkanları və texnoloji təchizatı ilə yaxından tanış olublar.

Səfərin sonunda Mangistau vilayətinin akiminin müavini Abbat Urisbayev ilə rəsmi görüş keçirilib. Görüşdə tərəflər arasında logistika, energetika, sənaye kooperasiyası və qarşılıqlı ticarət əlaqələrinin gələcək inkişaf istiqamətləri ətraflı şəkildə müzakirə olunub. Nümayəndə heyətinin üzvləri ziyarət etdikləri obyektlər barədə təəssüratlarını bölüşüb, əksər şirkətlərin Aktau ilə artıq mövcud olan əməkdaşlıq təcrübəsinə sahib olduqlarını, bəzi hallarda isə fəaliyyətin yenidən bərpası və ya yeni əməkdaşlıq perspektivlərinin formalaşması mərhələsində olduqlarını qeyd ediblər. Görüşdə, həmçinin Ayxan Suleymanlı iştirak edib.

Görüşün sonunda Abbat Urisbayevə "Caspian Energy Club"ın fəxri üzvlük sertifikatı təqdim edilib.

“Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlıq yeni və daha dinamik mərhələyə qədəm qoyur. Biz bu səfəri gələcək tərəfdaşlıqlar və regionlararası inteqrasiyanın inkişafı üçün əhəmiyyətli addım kimi qiymətləndiririk”, - deyə Telman Əliyev bildirib. Onun sözlərinə görə, bu səfər cari ildə keçiriləcək son beynəlxalq təmas deyil. Yaxın zamanda Mangistau vilayətindən sahibkarların Azərbaycana, Azərbaycanda fəaliyyət göstərən sahibkarların isə Mangistauya bir sıra səfərləri nəzərdə tutulur ki, bu da qurulmuş əlaqələrin davamı və yeni müqavilələrin bağlanması üçün əlverişli zəmin yaradacaq.

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatlar vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilib. Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy Event Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs” “

Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb.

Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri