Icma.az
close
up
RU
Menu

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

Vladimir Putin İlham Əliyevi təbrik etdi

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

® “Caspian Energy Club” I Beynəlxalq Meksika Azərbaycan forumunu təşkil edib

® “Caspian Energy Club” I Beynəlxalq Meksika Azərbaycan forumunu təşkil edib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avqustun 25-də Meksikanın Xarici Ticarət, İnvestisiya və Texnologiyalar üzrə Biznes Şurasının (COMCE), “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı ilə I Beynəlxalq “AZEXIM FORUM Mexico-Azerbaijan” forumu onlayn formatda keçirilib. Bu barədə “Caspian Energy Club International”ın idarəedici direktoru Rasim Mahmudov bildirib.

Forumda Azərbaycan və Meksika arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti, ticarət və investisiya imkanları, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması perspektivləri müzakirə olunub.

Tədbirdə Meksikanın Azərbaycandakı səfiri Viktoriya Romero, səfirliyin missiya rəhbərinin müavini və iqtisadi məsələlər üzrə məsul şəxs Rodolfo İvan Qarsia Qonsales, Azərbaycanın Meksikadakı səfirliyinin müşaviri Elnarə Rzayeva, konsul Emin Səmədli, Meksika Xarici İşlər Nazirliyinin nümayəndələri, COMCE-nin Asiya və Okeaniya üzrə sədri Stefan Mixel, COMCE-nin Asiya-Sakit Okean və Afrika üzrə direktoru Areli Sançes Pavon, Asiya-Sakit Okean və Afrika üzrə menecer Roberto Vieska, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Rüfət Atakişiyev, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) İxracın Təşviqi Departamentinin direktoru Farid Fərzəliyev, “IFP Casmal Group” şirkətinin prezidenti və İbero-Amerika Ticarət, İnvestisiya və İnkişaf Forumunun prezidenti Alexandro Kastillo Maldonado, “Rabalon” MMC şirkətinin Biznesin İnkişafı üzrə meneceri Muxtar Qurbanov, Meksikanın Xarici İşlər Nazirliyinin nümayəndələri, eləcə də İqtisadi Diplomatiya Bölməsinin Kommersiya Təşviqi direktoru Bruno Rios iştirak ediblər.

Forumun açılışında çıxış edən natiqlər Azərbaycan-Meksika münasibətlərinin müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsi baxımından biznes platformalarının əhəmiyyətini qeyd ediblər.

Tədbir çərçivəsində “Meksika-Azərbaycan iqtisadi əlaqələri: mövcud vəziyyət və imkanlar” mövzusunda sessiya keçirilib. Sessiyada iki ölkə arasında iqtisadi əlaqələrin ümumi vəziyyəti, son dövrdə əldə olunan nəticələr və əməkdaşlığın perspektiv istiqamətləri, eləcə də ticarət və investisiyaların təşviqi üzrə dövlət dəstək mexanizmləri müzakirə olunub.

Rüfət Atakişiyev və Fərid Fərzəliyev çıxışlarında biznes mühiti və bazar imkanları, əməkdaşlıq üçün prioritet sektorlar, həmçinin biznes assosiasiyalarının tərəfdaşlıqların qurulmasında rolu barədə fikirlərini bölüşüblər.

COMCE-nin Asiya və Okeaniya üzrə sədri Stefan Mixel Meksikanın Xarici Ticarət, İnvestisiya və Texnologiyalar üzrə Biznes Şurasının fəaliyyəti, təşkilatın beynəlxalq ticarət və investisiyaların təşviqində rolu, eləcə də Azərbaycan şirkətləri üçün Meksika bazarına çıxış imkanları barədə təqdimatla çıxış edib.

Özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən sessiyada “Rabalon LLC” və “IFP Casmal Group” şirkətləri tərəfindən biznes perspektivləri və mümkün əməkdaşlıq istiqamətləri təqdim olunub.

Forumun yekununda iştirakçılar arasında açıq müzakirə keçirilib. Müzakirələr zamanı Azərbaycan və Meksikanın özəl sektoru arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması və yeni biznes tərəfdaşlıqlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”. “Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Avqust 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see316

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see284

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see282

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see268

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see263

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see245

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see242

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see239

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see237

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see229

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see227

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see227

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see223

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see222

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see214

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see212

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see188

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see185

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri