Icma.az
close
up
RU
Çatlaq, əzik və çürük pomidorlardan turşu daha çox ÖLDÜRÜCÜDÜR

Çatlaq, əzik və çürük pomidorlardan turşu daha çox ÖLDÜRÜCÜDÜR

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu ilin ilk 6 ayında baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, zəhərlənmələrlə bağlı agentliyə 238 müraciət daxil olub. Bunlardan 45-i təsdiqlənib. Müraciətlər 422 zərərçəkənlə bağlı olub. Onlardan 154-ü təsdiq olunub. Qeyd edək ki, qida zəhərlənmələri arasında pomidor turşusundan zəhərlənmələr də xüsusi yer tutur. Belə ki, Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın bu gün xəstəxanada ölüb.

Bəs, pomidor turşusu hansı hallarda zəhərlənməyə səbəb olur? Bunun baş verməməsi üçün nə etmək lazımdır?

Moderator.az xəbər verir ki, Bakupost.az -a açıqlama verən qida texnoloqui Ağa Salamov turşulardan zəhərlənmənin əsas səbəbinin məhsulların düzgün emal edilməməsi olduğunu bildirib.

Onun sözlərinə görə, sadəcə pomidor turşusu deyil, bütün turşulardan zəhərlənmək mümkündür:

“Turşuya qoyulmuş pomidorlar düzgün şərtlər altında emal edilməzsə, istehlakçının zəhərlənməsinə səbəb ola bilər.

Pomidor turşusu qoyularkən məhsulun seçilməsi çox vacibdir. Pomidorlar çatlaq, əzilmiş və ya deformasiya olmuş olmamalıdır. Bu cür pomidorlar turşuya qoyularkən mikrobların inkişaf etməsinə şərait yarada bilər. Həmçinin, pomidorlar torpaqdan yaxşı təmizlənməli və düzgün dezinfeksiya edilməlidir ki, botulizm kimi təhlükəli bakteriyalar təsir etməsin. Botulizm, xüsusilə pomidor turşusunda rast gəlinən və ölümcül zəhərlənməyə səbəb olan bakteriyadır”.

Mütəxəssis qeyd edib ki, turşu qoyulan qabların şüşə olması və düzgün sterilizasiya edilməsi çox vacibdir:

“Şüşə qabların ağzı sıx bağlanmalı və qablara havanın daxil olmasının qarşısı alınmalıdır. Bu, məhsulun uzun müddət saxlanmasını təmin edir və mikrobların yaranmasının qarşısını alar. Yalnız düzgün şərtlər altında seçilmiş, emal olunmuş və saxlanmış pomidorlar təhlükəsizdir və zəhərlənməyə səbəb olmur.

Turşuların yanına əlavə olunan göyərti və göbələklər də zəhərlənməyə səbəb ola bilər. Məsələn, düzgün yuyulmamış göyərti və ya yanlış seçilmiş göbələk zəhərlənməyə gətirib çıxara bilər. Ona görə də turşu hazırlayarkən yalnız təmiz və düzgün hazırlanmış məhsullardan istifadə edilməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Noyabr 2024 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri