Icma.az
close
up
RU
“Cavabları görəndə təəccübləndim, bir az da özümlə fəxr etdim” ölkə birincisi olan Ucar məktəblisi

“Cavabları görəndə təəccübləndim, bir az da özümlə fəxr etdim” ölkə birincisi olan Ucar məktəblisi

Icma.az bildirir, Azertag portalına istinadən.

Ucar, 12 iyun, Rəşad Türkoğlu, AZƏRTAC

Ucar şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Fuad üçün imtahan nəticələri həm uğurlu, həm də fərqli olub. O, buraxılış imtahanında mümkün 300 baldan 282.3 bal toplayaraq rayon üzrə 4-cü, II ixtisas qrupu üzrə qəbul imtahanında isə mümkün 400 baldan 391.7 bal toplayaraq ölkə üzrə 1-ci yeri əldə edib. Beləliklə, Fuad Cənnətov ümumilikdə 674 balla ali məktəbə qəbul üçün ixtisas seçimi mərhələsinə buraxılıb.

AZƏRTAC-ın bölgə müxbiri Fuadla görüşüb, onu qazandığı bu uğur münasibətilə təbrik edib.

Qələbənin kölgəsində gizlənən böyük bir əzm var. Tələbə olmaq istəyən, böyük arzulara can atan yüzlərlə gəncin ən mühüm silahı – əzm, planlı çalışma və məqsədyönlülükdür. Elə Fuad da bunu deyir: “Məncə, uğur əldə etmək üçün planla çalışmaq lazımdır. Hər zaman öz üzərimdə işlədim, qarşıma məqsəd qoydum və həmin məqsədə doğru hərəkət etdim. Çoxları deyir ki, mobil telefon, sosial şəbəkələr bu uğura çatmağa mane olur. Amma mən heç vaxt sosial şəbəkələrə aludə olmadım. Telefonu və ətrafı bəhanə etmədim, əksinə, vaxtımı düzgün bölərək özümə sərf etdim. Geri baxanda düşünürəm ki, bu günə qədər keçdiyim yolun hər anı dəyərli imiş,” – deyə o, uğurunun sirrini bölüşür.

Respublika üzrə birinci olmaq Fuadın özü üçün də sürpriz olub. “Əvvəllər sınaq imtahanlarında da yüksək nəticələr alırdım, amma belə nəticə gözləmirdim. Cavabları görəndə sevindim, təəccübləndim və bir az da özümlə fəxr etdim”, – deyə o, təbəssümlə vurğulayır.

Bu uğurun arxasında təkcə Fuadın əzmi yox, valideynlərinin də dəstəyi dayanır. Oğlunun nə qədər çalışqan, əzmkar və məsuliyyətli olduğunu deyən Sevda ana, imtahan günü yaşadığı həyəcanı belə xatırlayır: “Blok imtahanı günü gecə yatmadım. Fuad qorxduğunu deyirdi, mən də narahat idim. Səhər onu yola salanda özümə toxtaqlıq versəm də, içimdə narahatlıq vardı. İmtahandan çıxanda “yaxşı yazmışam” dedi. Amma sonra başladı fikirləşməyə: “Görəsən, kodlaşdırmanı düz eləmişəm?”. Cavablar açıqlanan gün mənə zəng edib dedi ki, “ana, 391 bal!”. Elə sevindim ki, işdə idim, göz yaşlarımı saxlaya bilmədim”, – deyə ana duyğularını bölüşür.

Fuadın atası Əlikram kişi isə oğlunun uğur qazanmasında həm də valideyn-övlad münasibətlərinin önəminə toxunur: “Övladlarımızla dost kimi davranmaq lazımdır, onları sadəcə nəzarət etməklə deyil, sevgi ilə yönləndirmək vacibdir. Mən valideynlərə tövsiyə edərdim ki, övladları ilə aralarında dost kimi münasibət qursunlar və ona uyğun davransınlar. Biz bunun nəticəsini gördük,” – deyə o bildirir.

Ucar şəhər 2 saylı tam orta məktəb bu il də təhsil uğurları ilə yadda qalır. 755 şagirdin təhsil aldığı bu məktəb həm Azərbaycan, həm də rus bölmələrini əhatə edir. Məktəbdə təhsilin keyfiyyəti və nəticəyə yönəlik yanaşma sayəsində artıq neçə illərdir ki, uğurlu məzunlar yetişir. Bu il məktəbi bitirəcək 49 məzunun 14-ü qəbul imtahanlarında 200-dən artıq bal toplayaraq diqqətçəkən nəticələr göstərib. Təhsil müəssisəsinin rəhbərliyi isə bu nəticələri təkcə şagirdlərin deyil, həm də müəllim kollektivinin və valideynlərin birgə əməkdaşlığının bəhrəsi kimi dəyərləndirir.

“Məktəbimizin hər il uğurları olur. Bu il Fuad Cənnətov bizim qürurumuz oldu. Rus bölməsində təhsil alıb, dərs əlaçısı olub, fənn olimpiadalarında uğurla iştirak edib. 674 ballıq nəticə ilə ölkə birincisi olmaq hər şagirdə qismət olmur. Bu nəticə müəllim-valideyn-məktəb əməkdaşlığının təcəssümüdür,” – deyə direktor qeyd edir.

Hazırda ixtisas seçimi mərhələsinə hazırlaşan Fuad, maliyyə sahəsi üzrə ali təhsil almağı planlaşdırır. Qəbul imtahanlarında göstərdiyi yüksək nəticə isə onun uzun illər ərzində davamlı zəhmətinin və planlı hazırlığının göstəricisi, müəllimlərin səylərinin və ailə dəstəyinin birgə nəticəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri