Icma.az
close
up
RU
Cavadov: “Burda olduğum müddətdə belə səhvlər bağışlanmayacaq”

Cavadov: “Burda olduğum müddətdə belə səhvlər bağışlanmayacaq”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının X turunun “Sumqayıt” – “Turan Tovuz” oyunundan (2:4) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşdü…

– Oyuna çox yaxşı başladıq. Matç ərzində də üstün tərəf biz idik. Sadəcə “Turan Tovuz” fərdi səhvlərimizdən istifadə edərək, 4 zərbəni də qola çevirdi. Ümumilikdə komandamdan razıyam. Futbolçuların fiziki durumu daha yaxşı olacaq. Bugünkü məğlubiyyətin səbəbkarı mənəm. Futbolçuların günahı yoxdur.

– Komandanın fiziki durumunun yaxşı olmadığını düşünürsünüz?
– Samir Abasov Azərbaycanda sayılan məşqçilərdəndir. İndi gedibsə, ondan danışmağa ehtiyac durmuram. Gördüyü işlərə görə təşəkkür edirəm. Ona “Neftçi”də uğurlar arzu edirəm. Komandanı bir həftədir götürmüşəm. Bəzi futbolçuların meydandakı performansı qənaətbəxş deyil. Bu gün futbol fiziki güc tələb edir. İstər startda olanlar, istərsə də sonradan qoşulanlar. Ümid edirəm ki, yaxın zamanda fiziki durumu düzəldək.

– Oyun planınız nə idi?
– Cinah ötürmələrində rəqib problem yaşayırdı. İlk 10 dəqiqədə cinahdan etdiyimiz ötürmələr sayəsində şanslar yaratdıq. Rəqibin üstün cəhəti uzun toplar idi. Onun da qarşısını almışdıq. Lakin yarımmüdafiədə buraxılan səhvlər məğlubiyyətə səbəb alındı. Əfsuslar olsun ki, rəqibin qolları gözəl alındı. Bu da onların futbolçularının keyfiyyətindən xəbər verir. Bu gün onlardan zəif oynamadıq.

– Özünüzü Premyer Liqa səviyyəsində hazır hiss edirsiniz?
– Vəzifəyə qaçan deyiləm və bugünkü günə qədər də belə etməmişəm. Karyeramı bitirəndən sonra pillə-pillə irəliləmişəm. Köməkçi məşqçi kimi də böyük komandada işləyə bilərəm. Hiss etməsəydim ki, hazır deyiləm, təyinatım olmazdı. Rəhbərlik də hiss edib. Həmişə açıq olmuşam, ola bilər ki, baş məşqçi karyeram uğurlu alınmasın. Bu zaman da özüm istefa verib gedərəm, başqa peşəyə yönələrəm. Bugünkü gündə özümü hazır hiss edirəm. İstədiyim futbolu oynatmağa çalışacam. Tezdir, amma komandada siqnal göründü. İnanıram ki, bundan da yaxşı olacağıq. Mənim komandamda kimliyindən asılı olmayaraq, intizam şərtdir. Cordan Rezabala yaxşı oyunçudur, amma bir futbolçu komandanın əleyhinə mübarizə aparırsa, dərhal əvəzlənəcək. Mənimçün birlik-bərabərlik vacibdir.

– 0:3-ə qədər “günah keçisi” Rezabala idi?
– Xeyr. Hər futbolçu top itirə bilər. Onun meydançadakı davranışları əvəzlənməsinə səbəb oldu. Topu itirəndən sonra da qazanmaq üçün can yandırmaq lazımdır. Bu, önəmlidir. Mübarizliyi görməsəm, əvəzlənəcəklər.

– 3-5 günə işinizlə bağlı nəsə demək çətindir. Samir Abasovun komandasında nələri dəyişmək istəyirsiz?
– Hücuma daha çox çıxmaq istəyirik. Cinah oyunçularını yaxşı etmək, fiziki cəhətdən irəli oynamağa öyrəşmək. İrəlidə daha aktiv olmalıyıq. Hər futbolçu özünü doğrultmalıdır, yaradıcı olmalıdır. İnanıram ki, sürətli “Sumqayıt” görəcəyik. Az vaxtdır, amma gələcək oyunlarda yaxşılaşdıracağımızı düşünürəm.

– “Turan Tovuz”a iki qol vurmaq asan deyil. Amma müdafiədə problemlər var. Növbəti turda “Səbail”lə oyunda səhvlər etməməkçün nə planınız var?
– “Səbail”ə də, bizə də xal lazımdır. Dəyişikliklər olacaq. Səhvlərin olacağına inanmıram. Futbolçular da onlar haqda dediklərimi mediadan oxuyacaqlar. Mən olduğum müddətdə komandada bu səhvlər bağışlanmayacaq. Topu yersiz itirəndən sonra qazanmağa çalışmırsansa, problemdir deməli. Nə qədər burda olacamsa, kim istəkli olacaq, o da oynayacaq.

– Debüt oyununuz idi, amma 25-ci dəqiqədə tribunada “istefa” şüarları səsləndi…
– Futbolçu karyeramda yaxşı oynadığım vaxtda da tənqid olunurdum. Yeni baş məşqçinin istefaya səslənməsi ya kiminsə sifarişidir, ya da futboldan anlamayan insanlardır. Sumqayıtlı azarkeşlər, mətbuat məni dəstəklədi. Sizdən gələn dəstəyi şəhərdən də, rəhbərlikdən də görürəm. Futbolçu kimi Azərbaycan futboluna xeyrim dəyib, inanıram ki, məşqçi kimi də faydalı olacam.

– Cinah oyunçularını dəyişəndən sonra əvəzetmələrdən gələnlər yaxşı təsir bağışladı. Gələcək oyunlarda bu oyunçuları görəcəyik?
– Bu taktika “Turan Tovuz”a görə idi. “Səbail”i təhlil edib, boşluqlarını axtaracağıq. “Sumqayıt”ın öz oyunu, fəlsəfəsi olacaq. Digər komandalar bizi təhlil edəcək, biz onları yox.

– Əsas heyəti çox dəyişməmişdiniz. Ehtiyat edirdiniz?
– Birdən-birə nəyisə dəyişmək doğru olmaz. Dəyişikliklər olanda da futbolçular bunu başa düşəcək. Heç nə elə-belə deyil. Həvəsli, istəkli olanlar meydana çıxacaq. İtirəcəyimiz bir şey yoxdur. Akademiyada da yaxşı oyunçularımız var. Hər oyunçuya bunu demişəm, onlara açığam. İnanıram ki, onlar vəziyyəti dərk edib, futbollarını oynayacaqlar.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 May 2026 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri