Cavadzadə yə yeni direktor təyin olundu FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək.
Bu barədə Milli.Az-a TƏBİB-dən bildirilib.
Tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək P.Hacıyev ixtisasca uroloqdur və yeni təyinata qədər özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb.
Bundan əlavə tibb müəssisəsinə direktor müavini - baş həkim təyinatı da baş tutub. Xəstəxananın direktor müavini - baş həkim vəzifəsinə Elçin Mustafayev təyin olunub.
Bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru Fariz Babayev öz ərizəsi əsasında Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 31 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















