Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Salman Cavadzadə 90

Salman Cavadzadə 90

Icma.az, 525.az portalına istinadən məlumat verir.

İnsan ömrünün əsl dəyəri yaşadığı günlərin sayı ilə deyil, arxada qoyduğu iz, yetişdirdiyi insanlar, gördüyü işlər və cəmiyyətə qazandırdığı mənəvi sərvətlərlə ölçülür. Bəzən bir insanın ömür yolu yalnız bir peşənin və ya bir sahənin çərçivəsinə sığmır. Onun həyatında elmə, ədəbiyyata, idmana və yaradıcılığa uzanan müxtəlif yollar bir-birini tamamlayır və nəticədə nadir bir şəxsiyyət portreti yaranır. Belə çoxşaxəli istedada malik insanlardan biri də ömrünün 90-cı ilinə qədəm qoyan, Azərbaycan şahmatının canlı əfsanələrindən biri, Respublikanın Əməkdar məşqçisi, Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi, “SSRİ idman ustalığına namizəd” Salman Cavadzadədir.

11 oktyabr 2026-cı ildə Salman Cavadzadənin 90 yaşı tamam olur. Onun 90 illik ömür yolu Azərbaycan şahmat tarixinin, pedaqoji düşüncəsinin və ziyalı mühitinin mühüm səhifələrindən biri kimi diqqəti çəkir.

Salman Cahanbaxş oğlu Cavadzadə 1936-cı il oktyabrın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1943-cü ildə atasının iş yerinin dəyişməsi ilə əlaqədar ailəsi Gəncə şəhərinə köçür. Həmin il Gəncə şəhər 2 saylı orta məktəbin birinci sinfinə qədəm basan Salman Cavadzadə 1953-cü ildə bu məktəbi müvəffəqiyyətlə başa vurur.

1955-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olur və 1960-cı ildə ali təhsilini başa vurur. Pedaqoji fəaliyyətə başlayan Salman Cahanbaxış oğlu orta məktəbdə dil, ədəbiyyat və tarix fənlərindən dərs deyir. Bir müddət sonra isə məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır.

Onun pedaqoji fəaliyyəti gələcək həyat yolunun mühüm istiqamətlərindən birini müəyyənləşdirir. Müəllimlik yalnız bilik vermək deyil, həm də şəxsiyyət yetişdirmək sənətidir. Salman Cavadzadənin sonrakı fəaliyyətində də bu missiya – gənclərə bilik, dünyagörüşü və düşüncə mədəniyyəti aşılamaq – xüsusi yer tutur.

Salman müəllim qeyri-adi, hərtərəfli istedada malik, göründüyündən çox-çox yüksəkdə dayanan insandır. İnstitutu bitirdikdən sonra ədəbiyyat üzrə alim olmaq qərarına gəlir. Elmi iş yazır, lakin müdafiəyə bir neçə gün qalmış elmi rəhbəri bildirir ki, həmin mövzunu paralel olaraq bir “məşhur” də işləyir. Başqa mövzu götürməkdən vaz keçir.

Hərbçi olmaq istəyir. Atası icazə vermir. Basketbolla maraqlanır və tezliklə ulduzu parlayır. Gəncə şəhərinin yığma komandasının kapitanı olur. SSRİ birinciliyində iştirak edir. Nəhayət, özünün də etiraf etdiyi kimi, onu həyata bağlayacaq incəsənət, elm və idman elementlərini özündə birləşdirən yeganə zəka oyunu – şahmatla məşğul olmaq qərarına gəlir.

Keçən əsrin 60-cı illərində Salman müəllim bir çox yarışlarda iştirak edir. O, dəfələrlə şahmat üzrə Gəncə şəhər birinciliyinin qalibi olur. Azərbaycan birinciliyinin finalında iştirak edir. 1968-ci ildə Respublika çempionatında 6-cı yeri tutaraq “SSRİ idman ustalığına namizəd” normasını yerinə yetirir. Bu, həmin dövr idi ki, azərbaycanlılardan yalnız Soltan Xəlilbəyli SSRİ idman ustası idi. Azərbaycan şahmatında digər millətlər, xüsusilə ermənilər hegemonluq edirdilər.

Salman müəllim komanda yarışlarında da iştirak edir. 1961-ci ildə onun başçılıq etdiyi Gəncə komandası Azərbaycan kubokunu qazanır. 1979-cu ildə Naxçıvanda keçirilən spartakiadanın qalibi də Gəncə komandası olur.

Salman müəllimin ən böyük uğurları bəstəçilik sahəsində olub. Belə ki, 2013-cü ildən şahmat bəstəçiliyi üzrə keçirilən bütün yarışlarda müvəffəqiyyətlə iştirak edən Salman müəllim ixtiyar yaşına baxmayaraq, 6 qızıl, 5 gümüş və 9 bürünc medal qazanıb. Onun bəstələri həm ölkə daxilində, həm də xarici mətbuatda dərc olunmaqdadır.

Qeyd: Salman müəllim şahmat bəstəçiliyinin bütün janrlarında öz sözünü demiş ustaddır. Onun ən çətin sahə olan miniatür janrda yorulmadan çalışması qürurvericidir. Təsadüfi deyil ki, o, miniatür janrına həsr olunan Rusiyanın dünyaca məşhur “7 Şaxmatnıx not” jurnalına hakim kimi dəvət olunmuşdur. Salman müəllim həmçinin şahmat bəstəçiliyində “Anti-Nisl” nəzəriyyəsinin müəllifidir və onun fikirləri Rusiyada nəşr olunan “Kudesnik” jurnalında dərc olunmuşdur.

1979-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şahmatın inkişafı ilə bağlı qəbul etdiyi qərar Azərbaycan şahmat tarixində köklü dönüş yaradan ən mühüm sənəddir. Ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən bu tarixi qərar ölkəmizdə peşəkar şahmat məktəbinin bünövrəsini qoymuşdur. Bu qərarın təsiri altında yerli partiya sovet orqanları şahmatın inkişafı üçün səylərini artırdılar. Respublikanın bütün rayonlarında şahmat məktəbləri açılır, hətta kənd mədəniyyət evlərində şahmat guşələri yaradılırdı. Həmin il Gəncə şahmat məktəbinə direktor təyin edilən Salman müəllimin təşkilatçılıq bacarığı üzə çıxır. O, tezliklə məktəbi “milliləşdirməyə” nail olur, erməni hegemonluğuna son qoyulur. Gəncədə güclü şahmatçılar nəsli yetişir. Məsələn, beynəlxalq qrossmeysterlər – İlahə Qədimova, Ülviyyə Fətəliyeva, Vüqar Rəsulov, beynəlxalq dərəcəli hakimlər – İkram Xəlilov, Şaiq Quliyev, Asif Həsənov və başqaları məhz Gəncə şahmat məktəbinin yetirmələridir.

Bu müvəffəqiyyətlərinə görə Salman müəllim 1993-cü ildə Azərbaycanın Əməkdar məşqçisi, 1995-ci ildə isə Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülüb

Haşiyə: Salman müəllimlə şəxsi tanışlığım Gəncə şahmat məktəbi ilə bağlıdır. Belə ki, 1997-ci ilin əvvəllərində iş yerimin Goranboy rayonuna dəyişilməsi ilə əlaqədar tez-tez Gəncə şəhərinə gedirdim. Belə günlərin birində Gəncə şahmat məktəbinə gəldim və Salman müəllimlə tanış oldum. 4 il davam edən blits (5 dəqiqəlik oyun) yarışlarımız da həmin vaxtdan başladı. İstirahət və bayram günlərində ya mən Gəncəyə gedir, yaxud Salman müəllim Goranboya gəlirdi. Əsasən onun üstünlüyü ilə keçən oyunlarımızda Salman müəllimin debütlərin incəliyini bilməsi və çoxgedişli kombinasiya qurmaq bacarığı məni valeh edirdi.

Salman müəllimin yaradıcılıq dünyasında poeziyanın da özünəməxsus yeri var. Onun poetik tapmacaları sadəcə bir əyləncə nümunəsi deyil, sözə, təbiətə və ətraf aləmə fərqli baxışının göstəricisidir. Bu tapmacalarda müəllif həm müşahidə qabiliyyətini, həm də sözdən obraz yaratmaq bacarığını nümayiş etdirir. Qısa misralara sığdırılan məna oxucunu düşünməyə, cavab axtarmağa sövq edir.

Məsələn, Göygölün təbiətinə həsr etdiyi tapmacada Kəpəz dağının qoynundakı göllər poetik təsvir vasitəsilə təqdim olunur:

Kəpəzdən gəlir əzəli,

Yeddidir göllər gözəli.

Yeddisindən biri “Zəli”,

Altısını tapın görək.

(“Göygöl”, “Maral göl”, “Güzgü göl”, “Ağ göl”, “Quş-ördək”, “Qara göl”)

Digər tapmacasında isə bir quşun zahiri xüsusiyyətlərindən çıxış edərək onun adını tapmağı təklif edir:

Adi quşdur, ulduz deyil,

Bəzəklidir – tovuz deyil,

Pipiyi var – xoruz deyil,

Nişanəsi adındadır.

(Şanapipik, hop-hop)

Salman müəllimin belə poetik tapmacalarında diqqəti çəkən cəhət sadəliklə zəngin müşahidənin bir araya gəlməsidir. O, mürəkkəb fikri ağır sözlərlə deyil, yığcam, ritmik və yadda qalan misralarla ifadə edir. Bu baxımdan onun tapmacaları Salman Cavadzadənin yalnız şahmatçı və bəstəçi deyil, həm də sözün oyun qaydalarını yaxşı bilən, poetik düşüncəyə malik yaradıcı şəxs olduğunu göstərir.

Onun fəlsəfi şeirləri də var. Məsələn, dünyada baş verən proseslərə şair poetik dillə belə münasibət bildirir:

Milyonlar ac qalır, bir ovuc toxdur,

Ağa da çoxalıb, nökər də çoxdur,

Haqlı kim, haqsız kim – heç fərqi yoxdur,

Elə bil yadlara satılıb Dünya,

Yuxarı başından yırtılıb Dünya,

Dünya həmin deyil, sırtılıb Dünya!

Bu misralarda müəllifin dünyaya münasibəti sadəcə müşahidəçi mövqeyindən deyil, düşünən və narahat olan bir ziyalının mövqeyindən ifadə olunur. Şeirin əsas yükünü sosial ziddiyyətlər, ədalətsizlik və dünyanın dəyişən mənzərəsinə yönəlmiş etiraz təşkil edir.

Salman müəllimin istedadının çoxşaxəli olduğunun göstəricisi kimi bir hadisəni də danışmaq istəyirəm. Gəncə Şahmat məktəbində Salman müəllimlə blits oynayırdıq. Bu zaman gənc bir oğlan yaxınlaşıb nəzakətlə salamlaşdıqdan sonra Salman müəllimə müraciətlə dedi:

- Ata, tərtib etmişəm, amma bir-iki məsələ qalıb.

Sonra Salman müəllim oyundan ayrılmadan gəncin bütün suallarını cavablandırdı. Məlum oldu ki, Salman müəllimin oğlu Samir “Orijinal” adlı krossvord qəzeti nəşr edir və çətinliyə düşəndə atasına müraciət edir.

Bu kiçik epizod Salman müəllimin istedadının daha bir maraqlı tərəfini üzə çıxarır.

Salman müəllimin şahmat yaradıcılığı və poetik düşüncələrini əks etdirən 2019-cu ildə işıq üzü görmüş “Bir şahmatçının memuarı” adlı kitabı oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

Bəzən fikirləşirsən ki, bir insanda bu qədər enerji haradandır?!

Hələ orta məktəbdə oxuyarkən musiqi istedadının üzə çıxması, elmi işlə məşğul olması, yüksək poetik duyuma malik olub müxtəlif janrlarda şeirlər yazması, idmançı kimi fərqlənib basketbol üzrə Gəncə şəhər komandasının kapitanı olması, şahmat üzrə mümkün zirvələri fəth edib yaşının ixtiyar çağında bəstəçiliklə məşğul olaraq ən yüksək nəticələr – 6 qızıl, 5 gümüş, 9 bürünc medal qazanması, əyləncəli proqramlar üçün mətnlər (krossvord) hazırlaması və s. – bütün bunlar, əlbəttə, Allahın verdiyi qabiliyyətlə yanaşı, ailə ocağından gəlir.

Cahanbaxş Cavadzadə 1902-1972

Salman müəllimin atası Cahanbaxş Salman oğlu Cavadzadə Azərbaycanın görkəmli yazıçı, şair, tərcüməçi və publisistidir. Cahanbaxş Salman oğlu 1902-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Səkkiz yaşında ikən 2 il ruhani təhsili almış, ərəb və fars dillərini öyrənmişdir.

1911-1913-cü illərdə ikisinifli rus-tatar məktəbində daxil olmuş və rus dilini öyrənmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1929-cu ilədək Gəncə və Gəncəyə yaxın bölgələrdə müəllimlik etmişdir. 1929-cu ildə Moskva Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olunan Cahanbaxş Salman oğlu 1933-cü ildə təhsilini müvəffəqiyyətlə başa vuraraq Bakıya qayıtmışdır.

Ədəbi yaradıcılığa şeirlə başlayan Cahanbaxş Salman oğlu publisistik yazıları ilə dövri mətbuatda çıxış etmişdir. Bir müddətdən sonra ona şöhrət gətirəcək tərcüməçiliklə məşğul olur. M.Şoloxovun “Oyanmış torpaq” və “Sakit Don” romanlarını Azərbaycan dilinə tərcümə edir. Sonrakı dövrdə N.Qoqolun 6 cildlik əsərlərini də dilimizə tərcümə edir. Maraqlıdır ki, M.Şoloxov Cahanbaxş Salman oğluna minnətdarlıq məktubu yazmışdır.

Salman müəllimin anası Gövhər Yusif qızı (Paşazadə) Cavadzadə Gəncə şəhər 1 saylı orta məktəbdə işləmişdir. Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüş, orden və medallarla təltif edilmişdir.

Salman müəllim ixtiyar yaşında da valideynlərindən böyük şövq və həyəcanla danışır. Onun ən böyük arzusu atasının əlyazması şəklində olan 5 romanını çap etdirməkdir.

Hörmətli Salman müəllim!

N.Ostrovskinin “Polad necə bərkidi” romanında qəhrəmanın dilindən belə bir fikir səslənir: “Həyat insana bir dəfə verilir. Gərək bu həyatı elə yaşayasan ki, sonradan boş keçirdiyin günlər üçün peşmançılıq keçirməyəsən”. Mənə belə gəlir ki, Sizin şərəfli və keşməkeşli həyat yolunuzda peşmanlıq keçirdiyiniz dövr olmamışdır. Siz Allahın bəxş etdiyi istedadın kölgəsində daldalanmamış, bütün ömrünüz boyu daim çalışmış, arayıb-axtarmış, insanlara, insanlığa və Azərbaycanımıza xidmət etmisiniz.

Sizi 90 illik yubileyiniz münasibətilə təbrik edir, Allahın verdiyi ömür payını sağlam, gümrah və könül rahatlığı ilə yaşamağı arzulayıram.

90 illik ömür yolu arxada qalsa da, Sizin yaradıcılıq və axtarışlarınız davam edir. Şahmat taxtası arxasında başlayan düşüncə yolunuz bu gün də yeni ideyalar, yeni əsərlər və yeni uğurlarla davam etməkdədir. Arzu edirəm ki, bundan sonra da həyatınızın hər günü yeni bir kəşf, hər yeni fikir isə yeni bir uğur gətirsin.

90 yaşınız mübarək, Salman müəllim!

Ələmdar Məmmədov,

SSRİ idman ustalığına namizəd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Oktyabr 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see429

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see260

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri