Icma.az
close
up
RU
Cavan gəlinlər yemək bişirmək istəmirlər Telli Pənahqızından həyəcan təbili

Cavan gəlinlər yemək bişirmək istəmirlər Telli Pənahqızından həyəcan təbili

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Cavan gəlinlər istəmirlər ki, mətbəxdə məşğul olsunlar. Bizim mətbəximizin inciləri yaddan çıxacaq. Hər bir yeməkdə analarımızın əlinin istisi, nənələrimizin məhəbbəti, bayatıları var idi. Mənim nənəm, anam içində oxuya-oxuya, zümzümə edə-edə xörək bişirirdi. Amma indi hansı mətbəxdən zümzümə səsi gəlir? Hansı ana yemək bişirib övladının qabağına qoyur və o da böyük məmnuniyyətlə "çox sağ ol" deyir? Nadir hallarda bu, baş verir və bunları qorumaq lazımdır”.

Ölkə.az xəbər verir ki, bu sözləri əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Audiovizual Şurasının üzvü, şairə, publicist Telli Pənahqızı “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimat mərasimində deyib.

O qeyd edib ki, yeni kitablar çap etsək də, bu kitabları heç kəs oxumayacaq:

“Evdə saxlayacağıq. Hansısa bir qonaq gələndə deyəcəyik ki, "Baxın, bizim mədəni irsimiz bu cür zəngindir". Sosial şəbəkələrdə ermənilər çoxlu paylaşımlar. Bizim təndirimizdə lavaş bişirirlər və rusları, qonum qonşuları da çağırıb deyirlər ki, buyurun bir dadına baxın.

Mən həmişə deyirəm ki, "Əzizlərim, evinizdə xörək, dolma, plov bişirirsiniz, bir rus qonşunuzu çağırın, gəlsin, ona bir tikə pay verin" və deyin ki, "bu, bizim məhsulumuzdur, bunu biz hazırlamışıq, Azərbaycan yeməyidir”. Çox təəssüf ki, bunu etmirik. Bütün bunların hamısının əziyyətini çəkə-çəkə kitab yazmışıqsa, kitab bizim tariximizdir. Amma gəlin ailələrimizin içində xörək mədəniyyəti, mətbəx mədəniyyətinə diqqət yetirək. Çünki biz onu etməsək, biz evimizdə xörək bişirməsək, biz uşağımıza ev xörəyi yedirtməsək, kitablar da heç kimə lazım olmayacaq.

Bəlkə məni qınayacaqlar. Çox gözəl tariximiz var. Çox gözəl mətbəximiz var. Mətbəximizi yaradanlar var. Nə qədər ki, bizim uşaqlarımız “fast-food” yeməkləri ilə böyüyürlər, bizim mətbəximiz də elə bu kitabda qalacaq. Ona görə də mən üz tuturam bizim qadınlarımıza bu barədə bir təbliğat işi başlayaq. Gəlin, mətbəxlərimizə qayıdaq. Gəlin, nənələrimizin, analarımızın zümzüməsi ilə bişən xörəklərin dadını uşaqlarımıza daddıraq”.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see191

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see155

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri