Icma.az
close
up
RU
Niyə indiki gəlinlər qaynana ilə yaşamaq istəmirlər?

Niyə indiki gəlinlər qaynana ilə yaşamaq istəmirlər?

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ailə problemlərinin həlli təlim mərkəzinin rəhbəri Hacı Rahim İsmayılovun SİA-ya müsahibəsini təqdim edirik:

- Niyə boşanmaların sayı bu qədər çoxdur? İnsanlar həyat yoldaşı seçərkən səhvə yol verirlər, yoxsa başqa məqamlar da var?

- Mən bu məsələyə bir az fərqli baxıram. Son zamanlar bir çox gənclər həyat yoldaşı seçimində seçici deyillər. Məsələn, bir kişi 1 saata dükandan çıxırsa, xanımlar 8 saata çıxır. Fərq onu göstərir ki, insan 10 manatlıq da, 1000 manatlıq da bir şey alsa, mütləq ən gözəlini, sonuncu dəbi alacaq. Çox təəssüflər olsun ki, bəzi xanımlar həyat yoldaşı seçimində bunu etmirlər. Son zamanlar müraciət edənlər şikayət edir ki, qızın yaşı keçib, gələnlərin hamısını geri qaytarır. Bu yaxınlarda şahidi olduq ki, bir xanım 6 ay kişiyə dözə bilməyib. O qədər toy, düyün, əzab-əziyyət, maddiyyat olub. Bilirsiniz ki, bu gün toyların vəziyyəti nə yerdədir. Ata qızına toy etmək üçün bütün imkanlarını səfərbər edir. Bunun müqabilində qız 6 aydan sonra ayrılır. Nə üçün ayrıldıqlarını soruşdum. Səbəb bu idi ki, qız oğlana gəlməyinə peşman olub. Toydan əvvəl də 2 il münasibətləri olub, sonra da 6 ay evli olublar. Sonda nəticəyə gəliblər ki, bir yerdə yaşaya bilmirlər. Təəssüflər olsun ki, bəzi qızlar həyat yoldaşı seçərkən seçim etmirlər. Bir ailə də gəlmişdi. Sosial şəbəkədə tanış olublar, iki ildir ailəlidirlər, iki övladları var, amma boşanırlar. Bunların hamısının səbəbi ailədən, böyüklərdən ayrı düşməyimizdir. Cismən onlarla birlikdəyik, amma ruhən valideynlərimizdən uzağıq. Həyatımızda mütəxəssisə ehtiyacımız var. O mütəxəssislər də bizdən əvvəl yaşayan valideynlərimizdir. Söhbət həqiqi ana-atadan gedir. Biz adi mağaza açanda da insanlarla məsləhətləşirik, sonra maddiyyat qoyuruq.

- Hər kəs bilir ki, boşanmaların sayının artmasında digər məqam xəyanətdir. Xəyanət nədir, kimisə tərk edib getmək xəyanət sayılırmı?

- Əgər valideyn övladın fikrinə hörmətlə yanaşmalıdırsa, o zaman bu olar ki, vaxtında onu övladına verib. Əgər övladını səfil kimi böyüdübsə, bütün günü telefonla böyüyən uşağın fikrinə hörmətlə yanaşmaq olmaz. Çünki yalnış düşüncə ilə ailə boşanmalı olacaq. Dədə-babalarımızın dediyi kimi ən bağışlanmaz günah xəyanətdir. Şəriət kişilərə icazə verir ki, dörd xanımla evlənə bilər. Biz şəriətə qarşı çıxa bilmərik. Amma şəriət bunu nəinki məcbur, hətta təşviq etmir. Biz elə zəmanədə yaşayırıq ki, kimə nə sərf edir, onu edir. İslam çoxxanımlılıgı təşviq etmir. Biz bu tərəfdən xəyanət kimi baxa bilmərik. Allah xanıma elə bir qüvvə verib ki, o sevəndə net şəkildə sevər, sevərsə, bütün vicdanını, diqqətini, qüvvəsini onun üzərində qoyur. Amma kişidə bu fərqlidir. Allah hər bir insanın qəlbində ana məhəbbəti, ata məhəbbəti, övlad, pul məhəbbəti, vəzifə, maşın məhəbbəti verib. Amma deyir ki, əgər bunların hansınısa ilahiləşdirsən, özün qərq olarsan. Elə insanlar var ki, pulu çoxdur, ağlı yoxdur. Çünki pulu ilahiləşdirib. Elə insan var ki, maşınını ilahiləşdirib, hər şey yaddan çıxıb. Deməli, burada da xəyanət var. Xəyanət övladın təhsilinə, geyiminə, anaya, ataya da ola bilər. O insan ki, anasına xəyanət edir, xanımına da edəcək. Haram iş görən ailəsinə də edəcək. Belə xəyanət edən şəxs bütün növ xəyanətləri edər.

- İndiki qızların statuslu kişilərə ərə getməsi nədən qaynaqlanır?

- Sosial şəbəkələr insanların həyatında böyük təsir buraxır. Canlı efirdə bu mövzuda mübahisə belə düşmüşdü. Sosial şəbəkə insan həyatının 80%-nə təsir edir. Övladı valideynlər 20% tərbiyə edə bilir. Bunun da səbəbi odur ki, nə ediriksə, statusa yerləşdiririk. Ana bətninə düşəndən qəbrə kimi statuslardayıq. Bu gedişlə bizim uşaqlarımızın aqibəti necə olacaq? Allahın bizim simamızda yaratdığı bəzi fəlsəfi amillər var. Birincisi nəfsdir. Nəfs iki cür olur: neqativ, pozitiv nəfs. Pozitiv məlumdur. Keçən ay statistikaya baxmışam. 9 ay ərzində 36 651 nəfər ailə qurub 15 964 nəfəri boşanıb. Allah bəzi insanlara müəyyən yaşa qədər maddiyyat vermir. Ona görə ki, bilir ki, pulu ona versə, heç kimi tanımayacaq, ancaq özünü və pulu düşünəcək. İnsanı tərbiyə edərək o maddiyyatı zamanla ona verir. Bəzi insanlar da nəfsinə sahib çıxa bilmir, deyir ki, ərə gedəndə pullu kişiyə ərə gedəcəm. Amma başa düşmür ki, onun o yaşam tərzini Allah özü nizama qoyub.

Nəfsə gəldikdə bir insanın yoxdur, digəri statusa çəkib qoyur. Həmin adam onu görür. İnsanda tezlik var. Bütün insanlarda neqativ nəfs var. Söhbət niyyətdən gedir. Uşağı olmayan bir qadın başqasının uşağını statusda görəndə istər-istəməz onun neqativ nəfsi işə düşür. Sonra da uşağımız xəstəliyə düşür, dərdi də tapılmır. İnsanlar sosial şəbəkələrdə gördüklərini həyatlarında tətbiq edə bilməyəndə dava düşür, sonu da məlumdur.

- Problemin kökündə nə dayanır?

- Gəlin-qaynana məsələsi əvvəldən olub. Həmişə də belə olacaq. Amma elə ailələr də olub ki, çox gözəl, xoşbəxt olublar, qaynananı ana, qaynatanı ata biliblər. Həmin ailələrdən də çox mütəfəkkir şəxslər çıxıb. Dəyişən odur ki, qaynanalar da müasirdir. Gəlin evə gələndə qaynana evinin müəyyən qaydası olduğunu deyir, gəlindən elə şeylər tələb edir ki, onun qaydaları ilə oturub-durmasını istəyir. Başa düşmür ki, 20-25 il anasının yanında öz qaydaları ilə yaşayıb. İlk bir il səssiz gedir. Ana uşaq dünyaya gətirənə qədər içində yaşayır, uşaq dünyaya gəldikdən və böyüyüb ailə qurduqdan sonra proses silsilə kimi davam edir. Qaynana gəlinin yeni qaydalara öyrəşməsi üçün vaxt verməli, şərait yaratmalıdır. Çünki hər ailənin öz hökmü var. Qız analarına da aiddir. Qızını gəlin köçürdürsənsə, çəkilib kənarda dayanmalısan. Əvvəl evliliyə qədər beş mərhələdən keçilirdi. Qız və oğlan evi o vaxta qədər bir-birini tanıyırdı. İndi üç günün içində toy edirlər. İndi cavanlar, daha çox oğlanlarda görmüşəm, nəfsi istəyə görə ailə qururlar. Ona görə də, evlilikləri az çəkir.

- Gəlin-qaynana münasibətləri nə vaxtsa tənzimlənəcəkmi?

- Bəli, tənzimlənir. Bu demək deyil ki, hər ailədə gəlin-qaynana problemi var. Elə ailələr var ki, gəlini həqiqi qız, övlad kimi görür. Bir məsələ var. Biz nə üçün orta məktəbə, sonra ali məktəbə gedirik, daha sonra da praktika alırıq? Çünki oxuduğumuzu praktiki şəkildə edib gələcəyimizi qurmalıyıq. Məqsəd, gələcəyimizi qurmaq üçün bu proseslərdən keçməliyik. Nə üçün gəlin bir evə gəlir və o proseslərdən keçmək istəmir? Dünya çətinlik üzərində yaranıb. Bir evə gəlmisənsə, o çətinliklərə qatlaşmalısan. Biz çətinliklərə qatlaşmırıq. Gəlinin də orta məktəbi qaynana evidir. Əgər biz orta məktəbdə mütəxəssisi görməsək, nə etsək də alim olan deyilik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri