Icma.az
close
up
RU
Cavanşir Feyziyev Şimali Kiprdə Ünal Üstellə görüşüb

Cavanşir Feyziyev Şimali Kiprdə Ünal Üstellə görüşüb

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel ölkəsində rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətini qəbul edib.

Gununsesi.info xəbər verir ki, nümayəndə heyəti “Mutlu Barış” hərəkatının 52-ci ildönümü münasibətilə keçirilən rəsmi tədbirlərdə iştirak etmək üçün Şimali Kipr Türk Respublikasına səfər edib. Heyətin tərkibinə Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, millət vəkilləri Ağalar Vəliyev və Heydər Əsədov daxildir.

Nümayəndə heyətini salamlayan Baş nazir Ünal Üstel Azərbaycana etdiyi səfərləri xatırladaraq Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova və Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib.

Ünal Üstel ölkələr arasında münasibətlərin “bir millət – üç dövlət” ruhunda inkişaf etdiyini qeyd edib. O, Azərbaycan və Şimali Kipr arasında iqtisadi-ticarət əlaqələrinin, eləcə də təhsil, turizm və səhiyyə sahələrində əməkdaşlığın geniş potensiala malik olduğunu vurğulayıb. Baş nazir bu istiqamətdə hökumət qurumları arasında fəal iş aparıldığını da diqqətə çatdırıb.

Azərbaycan–Şimali Kipr Parlamentlərarası İşçi qrupunun rəhbəri, millət vəkili Cavanşir Feyziyev isə parlamentlərarası əlaqələrin yüksək səviyyədə qurulduğunu bildirərək, Azərbaycan cəmiyyətində Şimali Kipr Türk Respublikası ilə münasibətlərə böyük marağın olduğunu qeyd edib.

Deputat yüzlərlə azərbaycanlı abituriyentin ali təhsil almaq üçün məhz Şimali Kipr Türk Respublikasını seçdiyini, eyni zamanda Azərbaycan vətəndaşlarının Şimali Kiprə turizm səfərlərinin nəzərəçarpacaq dərəcədə artdığını vurğulayıb. O, Azərbaycan vətəndaşlarına göstərilən diqqət və dəstəyə görə Şimali Kipr Türk Respublikasının hökumətinə minnətdarlığını ifadə edib.

Cavanşir Feyziyev “Mutlu Barış” hərəkatını türk xalqının tarixi zəfəri adlandıraraq Milli Məclis adından Baş nazir Ünal Üsteli təbrik edib.

Görüşün sonunda Baş nazir Ünal Üstel və millət vəkili Cavanşir Feyziyev ikitərəfli görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildiriblər. Daha sonra onlar bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 İyul 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri