Şimali Kiprdə 1000 nəfər azərbaycanlı təhsil alır Cavanşir Feyziyev
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Milli Məclisi ilə Şimali Kipr Türk Respublikasının Milli Məclisi arasında işçi qrupunun yaradılması ölkələrimiz arasında parlament diplomatiyasının əsasını qoyub.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan - Şimali Kipr Türk Respublikası işçi qrupunun üzvü Cavanşir Feyziyev Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında birbaşa əlaqələrin təməli hələ 1997-ci ildə – Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin açılması ilə qoyulub.
"2024-cü ilin aprel ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Şimali Kipr Türk Respublikasının Milli Məclisi arasında işçi qrupunun yaradılması ölkələrimiz arasında parlament diplomatiyasının əsasını qoymuşdur. İşçi qrupumuz hər iki ölkənin müvafiq dövlət qurumları, eləcə də özəl biznes dairələri və vətəndaş cəmiyyətləri arasında siyasi, iqtisadi və mədəni-humanitar əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərmişdir. Son illər genişlənən ikitərəfli münasibətlərimiz təhsil, mədəniyyət, turizm və kənd təsərrüfatı kimi mühüm sahələr də daxil olmaqla müxtəlif istiqamətlərdə əməkdaşlığa əhəmiyyətli töhfələr vermişdir".
Cavanşir Feyziyev vurğulayıb ki, hər iki ölkənin təhsil nazirlikləri, həmçinin ayrı-ayrı ali təhsil müəssisələri arasında əməkdaşlıq uğurla davam etməkdədir. Keçən illər ərzində Şimali Kiprin müasir beynəlxalq standartlara cavab verən universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı ikiqat artaraq 1000 nəfərə çatıb. Onlarla azərbaycanlı alim Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində və digər akademik qurumlarında uğurla fəaliyyət göstərirlər:
"Ötən illər ərzində hər iki ölkənin kiçik və orta biznes nümayəndələri arasında işgüzar görüşlər təşkil olunmuş və hazırda Şimali Kipr Türk Respublikasında ortaq sərmayə əsasında yaradılmış 36 birgə müəssisə fəaliyyət göstərir. Son bir ildə azərbaycanlıların Şimali Kıprə əmək miqrasiyası artmaqdadır. Minlərlə Azərbaycan vətəndaşı Şimali Kiprdə vətəndaşlıq statusu əldə edib və hazırda onlar ölkənin turizm, səhiyyə, təhsil və xidmət sahələrində uğurla çalışırlar.
Bu ilin aprel ayında Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Şimali Kipr Türk Cümhuriyyətinin yeni seçilmiş prezidenti cənab Tufan Erhürman arasında görüş baş tutmuşdur. Son bir ildə Şimali Kipr Türk Respublikası ölkəmizdə keçirilən bir sıra tədbirlərdə də ən yüksək səviyyədə təmsil olunmuşdur. Baş nazir cənab Ünal Üstel, xarici işlər naziri cənab Tahsin Ərtoğruğlu ölkəmizdə təşkil olunmuş Şimali Kipr mədəniyyət günlərinin açılışında iştirak etmişlər.
Əmək və sosial müdafiə naziri Oğuzhan Asıfoğlu, təhsil naziri Nazim Çavuşoğlu, səhiyyə naziri Hakan Dinçyürək və digər rəsmi şəxslər Azərbaycana işgüzar səfərlər etmiş və müvafiq dövlət qurumları arasında birbaşa əməkdaşlıq haqqında müzakirələr aparılmışdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Noyabr 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















