Çayın sağlamlıq üçün təhlükəsiz norması açıqlanıb
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Çay istehlakının təhlükəsiz həddi gündə 3-5 stəkan arasındadır".
"Ölkə.az" xəbər verir ki, bu barədə rusiyalı nutrisioloq Anastasiya Efimova Gazeta.ru-ya müsahibəsində deyib.
Qeyd olunub ki, həm qara, həm də yaşıl çayın müntəzəm istehlakı insult və ürək-damar ölümü riskini azaldır.
"Məsələn, gündə iki-üç stəkan yaşıl çay içmək insult riskini təxminən 10-15% azaldır və daha müntəzəm istehlakla azalma 20%-ə yüksələ bilər. Bu məlumatlar Yaponiya və digər ölkələrdəki əhali arasında aparılan müşahidələrlə təsbit olunub", - deyə həkim bildirib.
Mütəxəssisin sözlərinə görə, içkinin həddindən artıq istehlakı da müxtəlif mənfi nəticələrə səbəb ola bilər. Yuxu pozuntusuna meyilli olanlar üçün günortadan sonra çay içmək tövsiyə edilmir. Bildirilib ki, çayın çox içilməsi narahatlıq, taxikardiya və yuxu pozuntularına şərait yarada bilər.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 22 Mart 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















