Cəbrayıl sakini: Daha yaxşı günlər bizi gözləyir AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 2 dekabr, AZƏRTAC
“30 ildən sonra il dəfə olaraq öz doğma torpağımıza gedirik. Özü də hər bir şəraitlə təmin olunmuş evlərə gedirik. Həmişə baxıb həsəd aparırdım. Arzu edirdim ki, mən bax elə öz yurduma qayıdım. Arzularım çin oldu. Çox sevincliyəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Mahirə Niftəliyeva deyib.
O, həmçinin daha yaxşı günlərin gələcəyinə ümidvarlığını, ona bu günü yaşadan səbəbkarlara minnətdarlığını ifadə edib. “Təəssüflənirəm ki, bu illər ərzində itkilərimiz də oldu. Həyat yoldaşımı itirdim. Ancaq şükürlər olsun, bu gün ailəmlə - övladlarım, nəvələrimlə qayıda bilirəm. Daha yaxşı günlər bizi gözləyir. Bu günləri bizə yaşadanlar var olsunlar”, - deyə Cəbrayıl sakini qeyd edib.
Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə ümumilikdə 35 ailə - 133 nəfər doğma yurduna köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 02 Dekabr 2024 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















