Cəbrayıla qayıdan sakin: İllərdir xəyallarımda yaşatdığım yerlərə gedirəm AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 2 dekabr, AZƏRTAC
“Allah həsrətində olanların hamısına nəsib etsin. Çox sevinirik. Bu işdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Hamıya belə xoş bir gün nəsib olsun, öz torpağına getsin. Bunlar əvəzolunmaz hisslərdir. İllərdir xəyallarımda yaşatdığım yerlərə gedirəm. Gəncliyimə, xatirələrimə gedirəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə köçən keçmiş məcburi köçkün Pəri Xudiyeva söyləyib. O, bu illər ərzində müəllim işlədiyini, bundan sonrakı illəri də pedaqoji fəaliyyətlə keçirmək istədiyini qeyd edib.
“Ordan çıxanda cavan idim. İndi 65 yaşım var. 42 il məktəbdə müəllim işləmişəm, yenicə təqaüdə ayrılmışam. İndi gedirəm rayonumuzda istirahətimi davam etdirəm. Təki sağlıq, sülh, əmin-amanlıq olsun. İmkan olsa, yenə də işləməyə həvəsim, enerjim var. Qalan ömürümü orada keçirmək istəyirəm. Təki firavan yaşasın millətimiz”,- deyə sakin əlavə edib.
P.Xudiyeva, həmçinin şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb, Ali Baş Komandan İlham Əliyevə Böyük Qayıdışa - sülhə, quruculuğa, əmin-amalığa görə minnətdarlığını ifadə edib.
Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə, ümumilikdə 35 ailə - 133 nəfər doğma yurduna köçürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 02 Dekabr 2024 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















