Icma.az
close
up
RU
Cəbrayıldan ABŞ yə uzanan yol (FOTO)

Cəbrayıldan ABŞ yə uzanan yol (FOTO)

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

ABŞ-də yaşayan və fəaliyyət göstərən azərbaycanlı xanəndə Aqil Süleymanov nüfuzlu mükafatlara layiq görülüb. Sənətçi bu il ABŞ-nin müxtəlif ştatlarında 10-a yaxın musiqi proqramına qatılmağı planlaşdırır. 

Bir müddətdir ABŞ-də yaşayan və fəaliyyət göstərən azərbaycanlı xanəndə Aqil Süleymanov 2025-ci ildə ABŞ-nin müxtəlif ştatlarında 10-a yaxın musiqi proqramına qatılacaq. Bu barədə sənətçi özü məlumat verib. Bu yaxınlarda Aqil Onlayn Beynəlxalq Vivaldi Musiqi müsabiqəsində iki mükafat qazanıb. Belə ki, o, vokal sahəsi üzrə "Peşəkar” və "Milli musiqi” kateqoriyalarında əsas mükafata layiq görülüb. Qeyd edək ki, xanəndə sözügedən müsabiqəyə ötən il müraciət edib. Dahi bəstəkarın xatirəsini yad etmək üçün təsis edilən Vivaldi Beynəlxalq Musiqi Müsabiqəsi onun musiqi irsini qorumaq məqsədi daşıyır. Qaliblər həmçinin, Vivaldi onlayn sosial media platformasında yer almaq imkanı əldə edirlər. Bu, Aqilin mükafat qazandığı sayca ikinci nüfuzlu beynəlxalq musiqi müsabiqəsidir.

Xanəndə daha öncə ABŞ-də təşkil olunan "LIT MUSIC AWARDS” Beynəlxalq Musiqi Festivalında iki medal qazanıb. Nüfuzlu müsabiqədə "Ninne yarım” mahnısını təqdim edən xanəndəmiz "Ən yaxşı kişi ifaçısı” kateqoriyası üzrə qızıl medala, "Ən yaxşı xalq musiqisi” kateqoriyasında isə gümüş medala layiq görülüb. İlk uğurlarından stimul alan xanəndə onlayn musiqi yarışlarında iştirakını davam etdirməyi düşünür. Aqil Süleymanov ötən il Zəfər Günü Nyu-Yorkun böyük musiqi səhnələrindən biri olan "Linkoln Mərkəzi”ndə Əməkdar artist, professor Nərgiz Əliyarova ilə bir səhnəni bölüşüb. Sənətçi 2025-ci ilin fevral ayından Nyu-Yorkdakı "Hunter Kollec”də master-klass dərslərinə başlamağı planlaşdırır. O, professor Corc Mürerlə bərabər ABŞ-də "Leyli və Məcnun” operasını səhnələşdirmək niyyətindədir.

Məlumat üçün qeyd edək ki, Aqil Məhəmməd oğlu Süleymanov 1992-ci ildə Cəbrayıl rayonunun Qalacıq kəndində anadan olub. 1993-cü ildə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ailəsi müvəqqəti olaraq Saatlı rayonunda məskunlaşmağa məcbur olub. Beş ildən sonra isə Bakıya köçüblər. Aqil ilk musiqi təhsilini 2001-2004-cü illərdə paytaxtda "28 May” Mədəniyyət Evində alıb. 2005-ci ildən isə təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində xanəndə, muğam ustası Firuz Səxavətin sinfində davam etdirib. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyasına (bakalavr pilləsi) qəbul olunub. Burada Xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova və Nəzakət Teymurovadan dərs alıb. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr təhsili almağa başlayıb. Burada da Xalq artisti Mələkxanım Əyyubovadan dərs alaraq muğamın sirlərinə yiyələnib. Magistr təhsili ilə yanaşı Aqil eyni zamanda müəllimlik fəaliyyətinə də həvəs göstərib. O, 2016-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsində uğurlu nəticə göstərərək Ağdam Xan Şuşinski adına Uşaq Muğam Musiqi Məktəbinə müəllim vəzifəsinə qəbul olunub. Burada təxminən il yarım pedaqoji fəaliyyətlə məşğul olub. 

Aqilin oxumaq həvəsi onu hər zaman yeni yaradıcılıq uğurlarına sövq edirdi. Bu barədə özü belə xatırlayır: "2013-cü ildə Azərbaycan Milli Konservatoriyasının üçüncü kursunda təhsil alırdım, Qlen Dolfi adlı amerikalı musiqi meneceri fransız rejissorla birlikdə Azərbaycana gəlmişdi. Həmin il Konservatoriyamızda onlar tərəfindən bir neçə videomaterial çəkildi. Hətta Xalq artistləri Alim Qasımov, Natiq Şirinov, Ramiz Quliyev və mən də daxil olmaqla, bir neçə gəncin ifalarını lentə aldılar. Cənab Dolfi dedi ki, videoları Texasda keçirilən populyar musiqi festivalına (South by Southwest) göndərəcək və nəticə yaxşı olsa, məni ABŞ-yə dəvət edəcək. Belə də oldu... Bir neçə aydan sonra xəbər gəldi ki, sizin ifanızı çox bəyəniblər. Beləcə ABŞ-yə gəldik”.  

Mənbə: "Kaspi" qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Yanvar 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri