Icma.az
close
up
RU
Cəbrayılın azad olunması tarixə qəhrəmanlıq səhifəsi kimi yazıldı

Cəbrayılın azad olunması tarixə qəhrəmanlıq səhifəsi kimi yazıldı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Cəbrayıl rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. Bu işğalla qədim yurd yerimizin  infrastrukturu, tarixi və mədəni irsi ciddi dağıntılarla düşmən tərəfindən məhv olunmuş, minlərlə insan məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğaldan əvvəl rayonda zəngin təbii sərvətlər, inkişaf etmiş kənd təsərrüfatı və mədəniyyət sahələri mövcud idi. Lakin bütövlükdə Cəbrayıl məhv edilərək talan edilmiş, çoxsaylı tarixi abidələri erməni vandalizminə məruz qalaraq yer üzündən silinmişdi. 1994-cü ildə Cocuq Mərcanlı, 2016-cı ildə isə Lələtəpə strateji yüksəkliyi azad olunaraq Böyük Qayıdışın əsası qoyulmuşdur.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. 

O vurğulayıb ki, Aprel döyüşləri Azərbaycanın hərbi və siyasi gücünün bariz nümunəsi kimi tarixə düşsə də bu qətiyyətli cavab Ermənistan üçün yetərli dərs olmadı. Rəsmi Bakı regionda davamlı sülhə və əməkdaşlığa sadiqliyini dəfələrlə nümayiş etdirsə də Ermənistanın davam edən təxribatları, destruktiv mövqeyi və revanşist siyasəti vəziyyəti gərginləşdirdi və nəticə etibarilə müharibəni qaçınılmaz etdi.

27 il davam edən işğaldan sonra Cəbrayılın azad olunması Vətən müharibəsinin gedişində həlledici mərhələlərdən biri oldu. Düşmənin Cəbrayıl ərazisində qurduğu mürəkkəb müdafiə xəttinin qısa zamanda yarılması Azərbaycan Ordusunun həm gücünü, həm də taktiki üstünlüyünü nümayiş etdirdi. Bu əməliyyat yalnız Cəbrayıl üçün deyil, həm də ardınca gələn Hadrut, Zəngilan, Qubadlı və Laçın uğrunda döyüşlər üçün yol açdı. Cəbrayıl uğrunda qazanılan qələbə Azərbaycanın müharibədə təşəbbüsü tam ələ keçirdiyini göstərdi və zəfərə aparan yolun başlanğıc nöqtələrindən biri kimi tarixə düşdü.

Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun peşəkar hərbi əməliyyatları nəticəsində Cəbrayılın azad olunması ölkəmizin suverenliyinin bərpası istiqamətində atılmış strateji addım olmaqla yanaşı regional güc balansını Azərbaycanın xeyrinə dəyişən mühüm siyasi-mənəvi qələbə oldu. 2020-ci il Vətən müharibəsində Cəbrayılın azad olunması Azərbaycanın cənub istiqamətində hərbi-strateji təşəbbüsü tam ələ alması ilə nəticələndi. Ermənistan ordusunun bu bölgədə qurduğu dərin müdafiə xətləri Azərbaycan Ordusunun peşəkar və koordinasiyalı hücumları nəticəsində qısa zamanda yarıldı. Bu tarixi qələbənin nəticəsi kimi Laçın dəhlizinə nəzarətin təmin olunması ilə Ermənistanın qanunsuz hərbi-logistika xətlərinin iflic edildi. Cəbrayılın azad olunması əslində, müharibənin taleyini dəyişən əsas mərhələlərdən biri kimi tarixə düşdü.

Cəbrayılın işğaldan azad olunması Azərbaycanın suveren hüquqlarının bərpası ilə yanaşı regionda formalaşan yeni siyasi nizamın təməlini qoydu. Xudafərin körpüsündə müqəddəs bayrağımızın dalğalanması yalnız hərbi zəfər deyil, həm də tarixi ədalətin və milli ləyaqətin bərpa olunmasının rəmzi kimi tarixə yazıldı. Müharibənin başa çatmasından dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq prosesi həyata keçirilməyə başlandı. 

Məhz dövlət başçısının bilavasitə rəhbərliyi ilə Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” yaradıldı, müasir nəqliyyat və enerji infrastrukturunun əsası qoyuldu, şəhərin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan Baş plan təsdiq edildi. Bütün bunlar şübhəsiz ki, Cəbrayılı regionun mühüm iqtisadi və logistik mərkəzinə çevirmək məqsədi daşıyır. Genişmiqyaslı quruculuq prosesi nəticəsində bu gün Cəbrayılda bu füsünkar yurdun əzəli sakinləri təhlükəsiz və xoşbəxt həyatlarına davam edirlər. Həmçinin məskunlaşma prosesi dövlətimizin qüdrəti ilə sürətlə inkişaf etməkdədir. 

Deputat yekunda vurğulayıb ki, 4 oktyabrın Cəbrayıl şəhəri günü olaraq təsis edilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan tarixi zəfərin hüquqi və siyasi səviyyəyə yüksəldilməsi, milli yaddaşın və suverenliyin gücləndirilməsi istiqamətində atılan mühüm bir addımdır. Ali Baş Komandanın dediyi kimi 4 oktyabr bizim tariximizdə əbədi olaraq qalacaq, çünki həmin gün Cəbrayıl şəhəri işğalçılardan azad edildi. Bu gün təqvimdəki qəhrəmanlıq səhifələrindən biri kimi tarixə yazıldı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri