Icma.az
close
up
RU
“Cəbrayılın azad olunması Vətən müharibəsininhəlledici anı idi” Pərvanə Vəliyeva

“Cəbrayılın azad olunması Vətən müharibəsininhəlledici anı idi” Pərvanə Vəliyeva

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“4 oktyabr tarixi Azərbaycan xalqının müasir tarixində mühüm yer tutan, şanlı qələbə salnaməsinin rəmzinə çevrilmiş günlərdən biridir. Məhz bu tarixdə, 44 günlük Vətən müharibəsi zamanı qəhrəman Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici bir uğura imza atmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu tarixi zəfər Azərbaycan xalqının iradəsinin, birliyinin və gücünün təntənəsidir”.

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirib:

“Ümumiyyətlə, Cəbrayıl rayonu Azərbaycanın cənub-qərbində yerləşən, zəngin təbii ehtiyatlara və qədim tarixə malik bir bölgədir. Bu ərazi həm strateji-coğrafi mövqeyinə, həm də mədəni irsinə görə mühüm əhəmiyyət daşıyır. Uzun illər ərzində Ermənistanın işğalı altında qalan Cəbrayıl rayonu 1993-cü ilin avqust ayında düşmən qüvvələri tərəfindən işğal edilmiş, nəticədə on minlərlə sakin öz doğma yurd-yuvasından didərgin düşmüş, şəhər və kəndlər tamamilə dağıdılmışdır.

Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu.

2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini azad etdi. Bu, həm hərbi baxımdan, həm də mənəvi-siyasi planda mühüm dönüş nöqtəsi idi”.

Deputat xanım vurğulayıb ki, şəhərin azad olunması, sonrakı döyüşlərə yol açaraq Füzuli, Zəngilan, Qubadlı və nəhayət, Şuşanın azad olunmasına zəmin yaratdı:

“Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub.

2021-ci il 4 oktyabr tarixində Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi önəmli hadisələrdəndir. Həmçinin Cəbrayıl rayonunun Soltanlı, Sarıcallı, Maşanlı, Böyük Mərcanlı və Karxunlu kəndlərinə xarici elektrik təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2023-cü il 25 iyul tarixli Qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir.

Bu gün azad olunmuş ərazilərimizdə sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir. Cəbrayıl şəhəri də bu inkişafdan kənarda qalmamış, şəhərin infrastruktur layihələrinin icrasına start verilmişdir. Artıq şəhərə ilk köçlər başlayıb və “Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl öz sakinlərini yenidən qarşılayır”.

O, qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı 2024-cü ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

“Cəbrayıl Şəhəri Günü təkcə torpaqlarımızın işğaldan azad edilməsinin deyil, həm də xalqımızın yenilməz ruhunun və öz doğma torpaqlarına sadiqliyinin simvoludur. Bu gün Cəbrayıl öz yeni inkişaf mərhələsinə qədəm qoyur, müasir şəhərsalma prinsipləri əsasında qurulan yeni infrastruktur, sosial obyektlər, təhsil və səhiyyə müəssisələri Cəbrayılın sabahına inamı artırır.

Azərbaycan xalqı əmindir ki, Cəbrayıl rayonunun tam bərpası, burada həyatın yenidən canlanması ilə Vətən müharibəsində qazanılmış qələbənin bəhrələri daha da möhkəmlənəcək və bölgə ölkənin dinamik inkişafına layiqli töhfələr verəcək.

Bu əlamətdar gündə bütün Cəbrayıl sakinlərini, qəhrəman qazilərimizi, şəhid ailələrimizi təbrik edir, azad və abad Cəbrayıl şəhərində daim sülh, rifah və əmin-amanlıq arzulayırıq”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Oktyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri