Cəfər Cabbarlı küçəsində daha bir bina SÖKÜLƏCƏK : Goranboyda bəzi sakinlər mənzillərindən KÖÇÜRÜLƏCƏKLƏR
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Goranboy şəhərində bloku çökən qəzalı yaşayış binası ilə yanaşı daha bir bina söküləcək.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı beşmərtəbəli yaşayış binasının yaxınlığındakı digər binada da qəza riski müəyyən edilib. Bu səbəbdən həmin binadakı sakinlərin də növbəti günlərdə oradan köçürülməsinə qərar verilib.
Xatırladaq ki, bir neçə gün öncə Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 2 mənzilin döşəməsi çöküb. Bu axşam saatlarında isə blok tamam uçub. İlk hadisə zamanı 4 nəfər xəsarət alıb, zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Bina sakinləri daha əvvəl təxliyə olunduğundan bu gün axşam baş verən hadisə zamanı xəsarət alan olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Noyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















