Cəfər Qarayev: Cari ildə yay turizm mövsümünün daha canlı və aktiv keçəcəyi gözlənilir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 24 fevral, AZƏRTAC
Yay aylarında Azərbaycana gələn turistlərin sayı artır. Bunun əsas səbəblərindən biri ölkənin müxtəlif iqlim qurşaqlarına malik olması, zəngin tarixi, mədəni və coğrafi imkanlarının olmasıdır. Yay mövsümündə turistlər həm dəniz turizmi, həm də dağ və təbiət turizmi üçün ölkəyə səfər edirlər.
Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Cəfər Qarayev söyləyib.
Onun sözlərinə görə, xüsusilə körfəz ölkələrindən gələn turistlər yay aylarında daha sərin iqlimə malik bölgələrdə istirahət etməyə üstünlük verirlər.
“Onlar istirahət, təbiət mənzərələri və rahat turizm imkanlarından yararlanmaq üçün ölkəmizə səfər edirlər. Turistlər əsasən şimal və şimal-qərb bölgələrinə, eləcə də Böyük Qafqaz dağlarının ətəyində yerləşən rayonlara üz tuturlar. Bu bölgələrdə yerləşən hotellər və istirahət mərkəzləri daha çox yay mövsümündə fəaliyyət göstərir. Son illərdə viza prosedurlarının sadələşdirilməsi və elektron viza imkanlarının genişləndirilməsi turizm axınının artmasına müsbət təsir göstərir. Bu səbəbdən cari ildə yay turizm mövsümünün daha canlı və aktiv keçəcəyi gözlənilir”,- deyə C.Qarayev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 24 Fevral 2026 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















