Icma.az
close
up
RU
Cəfər Qarayev: Səfər prosedurlarının sadələşdirilməsi gediş gəlişin asanlaşmasına və ziyarətçilərin çoxalmasına səbəb olacaq

Cəfər Qarayev: Səfər prosedurlarının sadələşdirilməsi gediş gəlişin asanlaşmasına və ziyarətçilərin çoxalmasına səbəb olacaq

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 10 iyul, AZƏRTAC

Otuz illik həsrətin iki gündə ovudulması mümükndürmü? Əlbəttə, yox. Açığını etiraf etmək lazımdır ki, indiyədək doğma yerlərə çoxdan gözlənilən səfərlər zamanı, necə deyərlər, həmişə bir ayağın qaçaq olurdu. Suyu diş donduran buz bulağın birinə baş çəkirdin, o birinin suyundan içməyə vaxt qalmırdı, üstündə dünyaya gəldiyin doğma ata ocağına baş çəkirdin, dağlar, meşələr, dərələr qalırdı. İki gün bir göz qırpımında gəlib keçirdi, bir növ gözün səni bu dünyaya bəxş eləyən yurd yerlərinin dağında-dərəsində qalırdı. Babalarının uyuduğu, əzizlərinin, doğmalarının həsrəti ilə yaşayıb dünyadan köçdükləri doğma yerləri gözü dolusu görə bilmirdin…

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı üzərindən əldə olunan icazələrin müddətinin 2 gündən 5 günədək uzadılmasına münasibət bildirirkən turizm eksperti Cəfər Qarayev söyləyib.

O, söhbətini davam etdirərək deyib: “Çox ölkələrdə, çox səfərlərdə olmuşam, amma cənnət Qarabağın torpağı kimi münbit torpaq, havası kimi saf hava, suyu kimi soyuq və təmiz su, adamları kimi qaynar və mehriban camaat görməmişəm. Obrazlı alınmasın, təbiət bu yerlərə pay verəndə səxavət payını bol edib. Dağları əzəmətli, qayaları sıldırım, dərələri dərin, çölləri geniş, tarlaları bar-bərəkətli, çəmənləri ətirli… Məsələn, adicə bir misal deyim. Şuşa kimi o qədər böyük olmayan bir şəhərdə nə qədər tarixi abidə, qala, məkan olar? Həqiqətən hər addımından tarix boylanır. Bu qədər zəngin məkana qədəm qoyan sakin, müsafir və ya turist iki gün ərzində onları necə ziyarət etsin? Bu mənada belə bir icazənin uzadılması tarixi yurd yerlərini gəzib-dolaşmaq istəyən hər kəsin ürəyincə oldu.

Qarabağ və Şərqi Zəngəzurun öz əbədi və əzəli sahibinə qovuşmasından illər keçsə də, doğma ata-baba ocaqlarını ziyarət etmək üçün üz tutanların sayı getdikcə artır. Sadələşdirilmiş icazə proseduru, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlara həmin ərazilərə giriş icazəsinin avtomatik şəkildə təqdim edilməsi çox təqdirəlayiq haldır. İşin bu cür təşkili onlara əlavə müraciətə ehtiyac yaratmadan vaxtlarına qənaət etmək, üz tutduqları məkanda daha sürətli və rahat hərəkət etmək üçün çox əlverişlidir. İslam peyğəmbərinin gözəl bir sözü var: “Çətinləşdirməyin, asanlaşdırın”. Şübhəsiz ki, gediş-gəlişin, səfər proqramının bu cür sadələşdirilməsi və asanlaşdırılması bölgəyə üz tutanların işini yüngülləşdirməklə yanaşı, turizmin inkişafına da böyük təkan verəcəkdir. Uzun illər erməni işğalçılarının bütövlüyünü parçalamağa cəhd göstərdiyi vətənimizin uca dağları, yaşıl meşələri, sərin sulu bulaqları, babaların izlərini yaşadan müqəddəs abidələri qollarını açıb öz ziyarətçilərini gözləyir”.

“Yenə də hansısa yazıçının sözüdür: “Doğma yurdun məktub zərfi boyda olan yerindən bir roman yazmaq olar”. Doğrudan da elədir. İndi öz doğma sakinlərinə qovuşan müqəddəs vətən torpağı hər qarışı, hər addımı keçmişimizin yadigarı, tarixdən soraq verən ünvan və xatirələr beşiyidir. İyulun 8-də tətbiq olunmağa başlayan prosedurlar qəlbində Vətən həsrəti olan hər kəs tərəfindən rəğbətlə qarşılanır. Lakin bütün bunlarla yanaşı, qaydalara da əməl etmək lazımdır. Tələsiklik etmək, düşünülməmiş addımlar atmaq fəlakətli nəticələrə səbəb ola bilər. Hər kəsə yaxşı məlumdur ki, hələ həmin ərazilərin minalardan təmizlənməsi işi başa çatmayıb. Səfər zamanı hara gəldi getmək, qadağan olan ərazilərə üz tutmamaq və bir sıra qaydalara əməl etmək tələb olunur. Bunu da mütləq şəkildə nəzərə almaq, mina təhlükəsizliyi qaydaları ilə tanış olmaq, xüsusi işarə qoyulmuş, icazə verilməyən yerlərə getməmək, təhlükəli ərazilərdən uzaq olmaq lazımdır. Hesab edirəm ki, bütün təhlükəsizlik tədbirlərinə əməl etməklə azad nəfəs alan torpaqlarımıza yaddaqalan və unudulmaz səfərlər təşkil etmək olar. Hər kəsə bunu arzulayıram”, - deyə Cəfər Qarayev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri