Ceff Lendri: ABŞ Qrenlandiya sakinləri ilə dialoqa başlamaq niyyətindədir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 24 dekabr, AZƏRTAC
Ağ Ev Qrenlandiya sakinləri ilə onların gələcəyini müzakirə etmək istəyir.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Qrenlandiya üzrə yeni təyin olunmuş xüsusi nümayəndəsi Ceff Lendri bunu “Fox News” telekanalına müsahibəsində deyib. “Düşünürəm ki, müzakirələrimiz Qrenlandiya sakinləri ilə aparılmalıdır. Onlar nə istəyirlər?.. ABŞ hansısa ölkəni ələ keçirmək istəmir”, – deyə diplomat bildirib.
Ceff Lendri ABŞ-ın Qrenlandiyaya artan marağını adanın uzun müddət geosiyasi kölgədə qalması, bu müddət ərzində Çinin bölgədəki fəallığı və Avropanın regionu diqqətdən kənarda saxlaması ilə əlaqələndirib. Onun sözlərinə görə, “dünyanın ən güclü iqtisadiyyatına malik” ABŞ təhlükəsizliyin təmin olunması üçün Qrenlandiyaya “sürətli yol” təklif edir və coğrafi baxımdan Avropadakı tərəfdaşlardan daha yaxındır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Luiziana ştatının qubernatoru Ceff Lendrini Qrenlandiya üzrə xüsusi nümayəndə təyin edib. Qubernator sonradan Vaşinqtonun adanı öz tərkibinə qatmaq niyyətində olduğunu təsdiqləyib.
Ağ Evin rəhbəri dəfələrlə Qrenlandiyanın ABŞ-la birləşməli olduğunu bildirib. Onun fikrincə, bu ərazilər Birləşmiş Ştatların milli təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. ABŞ lideri, eyni zamanda adanın nəzarətinin ələ keçirilməsi üçün hərbi gücdən istifadə edilməyəcəyinə dair öhdəlik götürməyib. Danimarkanın xarici işlər naziri Lars Lyekke Rasmussen isə öz növbəsində Vaşinqtonu krallığın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.
1953-cü ilədək Danimarkanın koloniyası olan Qrenlandiya krallığın tərkibində qalsa da, 2009-cu ildə muxtariyyət statusu alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 24 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















