Icma.az
close
up
RU
“Cəhalət gülləsi, aydınlıq çiləsi” Fazil Mustafanın 30 cu kitabı çıxıb

“Cəhalət gülləsi, aydınlıq çiləsi” Fazil Mustafanın 30 cu kitabı çıxıb

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Böyük Quruluş Partiyasının başqanı Dr. Fazil Mustafanın yeni kitabı – “Cəhalət gülləsi, aydınlıq çiləsi” çıxıb.

Modern.az xəbər verir ki, düşüncənin dirənişi və mənəvi qələbənin manifesti kimi dəyərləndirilən kitab “AVE Print”də, Əkbər Qoşalı və Nərgiz Cabbarlının redaktorluğu ilə nəşr olunub. Əsər bir şəxsin yaşam öyküsü olmaqla yanaşı, bütöv bir millətin yaddaşında qalan mübarizənin, dirənişin və düşüncə savaşının sənədidir.

Müəllif bu kitabda şəxsinə 28 mart 2023-cü ildə törədilən terror hadisəsini yalnız özünə qarşı akt kimi deyil, topluma, dövlətçiliyinə və dünyəvi dəyərlərə qarşı yönəlmiş təxribatın ideoloji kökləri ilə birlikdə incələnir. Əsərdə hadisənin istintaq və məhkəmə mərhələləri, terrorun ideoloji-siyasi, ictimai-mədəni motivləri, cəhalətin psixologiyası, din-siyasət münasibətləri və İran təsirinə qarşı mübarizə fəlsəfi-publisistik şəkildə dəyərləndirilir.

Fazil Mustafa kitabın “Sözönü”ndə yazır: “Mənim yaşadığım olay bir insanın həyatına yönəlmiş sui-qəsd kimi görünsə də, əslində, bütöv bir toplumun gələcəyinə tuşlanmış güllələrin qara simfoniyası idi… Cəhalət vurmaq, qorxutmaq, susdurmaq istəyir; aydınlıq isə oyatmaq, düşündürmək, diriltmək anlamlarını daşıyır.”

Əsər həm publisistik ruhu, həm də elmi incələmə dərinliyi ilə seçilir və oxucunu bir həqiqətə inandırır: “Cəhalətin gülləsi insana tuşlansa da, aydınlığın çiləsi xalqın düşüncəsini qoruyur”.

Kitab, müəllifin bu il nəşr olunmuş “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” və “Anladım. Tanıdım. Yaşadım” əsərləri ilə birlikdə bir trilogiyanın son həlqəsini təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri