Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Fazil Mustafanın Fəlsəfi Metamorfizmi

Fazil Mustafanın Fəlsəfi Metamorfizmi

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən bir kitab zamanın özünü, xalqın şüur qatlarını və insanın tarix qarşısındakı metafizik məsuliyyətini dindirir. Fazil Mustafanın “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” adlı əsəri məhz belə bir çağırışdır lakonik deyil, sarsıdıcıdır, təqdim deyil məhz mühakimədir, təqdimat deyil dərin dialektik qarşılaşmadır. Bu kitab Azərbaycanın keçmişinə baxmır onun ruhunu sorğulayır. Burada tarixi hadisələr yox tarixi şüur ciddi analiz olunur. Burada simvollar deyil simvolların semantikası təhlil olunur. Azərbaycan xalqının epistemoloji əsarətindən mif, xurafat, tarixi idealizasiya və etno-siyasi uyuşqanlıqdan çıxış yollarını təqdim edən fəlsəfi manifestdir. Zamanın dərinliklərindən gələcəyə bir düşüncə körpüsüdür. Bir düşüncə körpüsü qaranlıqdan aydınlığa milli şüurun metafizik çağırışıdır.

Yazar Fəlsəfəyə çevrilmiş insan obrazin  yaratmağa cəhd edib. Fazil bəyin bu kitabla məhz şəxsiyyəti artıq siyasi yox epistemoloji varlıq səviyyəsinə keçid etməyini seyr etmək olar. Dövlətlə cəmiyyət arasında vasitəçi olan siyasətçi rolunu davam etməklə, cəmiyyətin öz daxilindəki “özünü tanımayan ruhuna” müraciət edən introspektiv düşüncə adamına çevrilir. Bu kitabda sadəcə müəllif deyil kollektiv düşüncənin içindən doğan şüurun əsil yeni metaforudur. Burada oxucuya hökmlər vermir “bilmək və inam”, “tarix və yaddaş”, “xalq və elit”, “din və əxlaq”, “aydın və kollektiv düşüncə” münasibətlərini ontoloji böhranlar kimi dəqiq təhlil edir. Onun sualları cavab üçün yox düşüncə üçün verilir. Bu isə artıq siyasi deyil eksistensial fəlsəfənin predmetidir.Tarixi deyil zamanın ruhunu oxumaq sistemin yaradir .Bu əsərdə Azərbaycan tarixi sadəcə keçmiş hadisələr silsiləsi kimi yox, psixokollektiv enerji daşıyıcısı kimi qiymətləndirir. Tarix burada nə xronologiyadır, nə də coşqu xalqın yaddaşla zaman arasındakı mənəvi dialoqudur. Yazar bu dialoqu unudulmuşla xatırlanan, müqəddəsləşdirilənlə gerçək arasında gedən daxili çarpışmanı tam açır.

İslamın təsirinə, Səfəvilərə, sovet travmasına və postkolonial düşüncəyə yönələn baxış tənqid deyil semiotik de-konstruksiyadır. Tarixə tətbiq olunan bu de-konstruktiv yanaşma, Azərbaycan xalqının uzun illər boyunca qorxduğu sualları nəhayət ortaya çıxarır. Biz Kimik? Tarix bizə yoxsa biz tarixə malikik? Milli yaddaş inancdırmı, yoxsa bilik? Bu suallar Azərbaycan fəlsəfi fikrinin ən ağrılı yerini epistemoloji tabu mərkəzini sarsıdır. Dinə yanaşma teoloji yox, hermenevtik.Fazil Mustafa İslamı tənqid etmir, dini anlamın siyasi və mədəni sahədəki semiotik mutasiyasını təhlil edir. Dinin kollektiv əxlaqdan itaət maşınına çevrilməsini tənqid etməsi onun dini yox, teoloji avtoritarizmi rədd etdiyini göstərir. Dördpendirli pizza

Mötəzili irsinə qayıdaraq ağlın və imanın harmoniyasını təklif edir, bu isə nə müasir sekulyarizm, nə də ortodoksal dindarlıqdır. Bu islamın intellektual-bəşəri modelə çevrilməsi üçün bir alternativdir. Bu formada yanaşma gələcəkdə din fəlsəfəsi sahəsində Azərbaycanda yeni “Mütəfəkkir İslam” dalğası yarada bilər.

Azərbaycan aydını kimdir? Metafizik məsuliyyətin daşıyıcısı kim ola bilər.

Bu kitabda Fazil Mustafa Azərbaycan aydınının arxetipini yaradır. Onun aydını sadəcə məlumat yayan yox, kollektiv şüurun dərin qatlarına enən bir simvolik şüur cərrahıdır. Bu aydın modelləşdirmir oyanış yaradır. Bu aydın xalqdan uzaqlaşıb onu izləmək istəmir xalqın içində ona “görməyi” öyrədir.Bu isə Hegelin dediyi “zamanın ruhunu anlamış insan” tipinə daha yaxındır. Bu kitab Azərbaycan aydınının gələcək modeli üçün metafizik etalon yaradır. Bu kitab fəlsəfi institutlara və akademik sistemə təsir edə biləcək düşüncə ilə qələmə alınmışdır. Əsər təkcə oxucunu deyil akademik düşüncəni də sarsıtır. Onun ritorikası klassik akademik dil deyil bu interdisiplinar fəlsəfi üslubdur. Tarix fəlsəfəsi, din fəlsəfəsi, siyasi nəzəriyyə, postkolonializm və epistemologiya bu kitabda qarşılaşır. Bu kitabı ali məktəblərdə, ictimai sektorda, milli ideologiya və tarix fəlsəfəsi, postkolonial Azərbaycan düşüncəsi, dini və ideoloji Hermenevtika kimi dərslərdə, elmi mühazirələrdə, konflanslarda tədbiq və tədris etmək mümkündür. Kitab yalnız bir mütaliə yox, fikir infrastrukturunun yeni dünyəvi transformasiyasıdır. Gələcək üçün yeni ideoloji bünövrə yaradır. Fazil Mustafanın təqdim etdiyi model gələcəkdə dövlətçilik ideologiyasının fəlsəfi əsaslarının qurulması, tarixi simvolların yenidən kodlanması, dini-mədəni harmoniyanın intellektual şəkildə formalaşdırılması, aydın institutlarının yenidən təşkili kimi fundamental işlər üçün konseptual platforma ola bilər, işlək model kimi real görsənir. Bu model özündə milli sekulyarizmi xalqın tarixi və mədəni köklərinə sadiq qalaraq, düşüncə azadlığına əsaslanan bir mədəni modeli ehtiva edir.

“Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” sadəcə bir kitab deyil bir mənəvi-ideoloji transformasiyanın metnoloji qavranışıdır. Fazil Mustafa bu əsərlə zamanın içində donmuş milli şüuru oyatmağa cəhd edir.

Onun verdiyi suallar oxucunu qorxudur çünki onlar bizi özümüzlə qarşılaşdırır. Amma elə bu qorxu, məhz elə bu silkələnmə, həqiqi milli təfəkkürün akademik başlanğıcı demək olar. Sözün klassik mənasında Azərbaycanın yeni fəlsəfi tarixinin ilk cümləsidir. Davamlı olsun Fazil Mustafa!!!

P.S: Bu yazı yalnız bir kitabı dəyərləndirmək niyyətindən doğmadı. Bir ruh halının oxuduqca silkələnən, düşündükcə yenidən doğulan mənəvi təlatümün nəticəsidir. Kitabı müəllifi şəxsən siyasi partiyaların Ağdama birgə səfəri zamanı mənə təqdim etdi səssiz, sadə amma dərin bir etimadla. Bu kitabı mən yaxın günlərdə Avropada rəsmi səfərdə olarkən özümlə götürmüşdüm təyyarədə, oteldə, sessiz gecələrdə sanki ruhuma yoldaşlıq edirdi. Onu üç gün ərzində ardıcıl və nəfəs kəsən bir şəkildə oxudum çünki bu artıq sadəcə kitab deyildi mənim öz daxilimlə, tariximlə, kimliyimlə danışan bir düşüncə idi. Üç gündən sonra bu yazını yazmaq bir qərar yox bir zərurət kimi doğuldu sanki bu sözlər qəlbimdə çoxdan vardı, sadəcə bu kitab onları oyatdı.

ADƏM İSMAYIL BAKUVİ

VƏHDƏT PARTIYASININ SƏDRİ


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 28 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see375

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see333

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see323

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see293

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see291

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see287

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see267

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see249

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see217

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see187

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri