Icma.az
close
up
RU
“Cəhənnəm” noyabrda başlayacaq

“Cəhənnəm” noyabrda başlayacaq

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyaları tətbiq edən qanun layihəsinin qəbulunu ən azı noyabr ayında keçiriləcək konqres seçkilərinə qədər təxirə sala bilər. 

Nümayəndələr Palatası sədri Mayk Consonun sözlərinə görə, qanun layihəsi təkcə demokratlar arasında deyil, həm də müəyyən Respublikaçı qruplar arasında narahatlıq doğurub. 

“Cebhe.info.az” bu barədə “Bloomberg”-ə istinadən xəbər verir.

"Hamımız Rusiyaya qarşı sanksiyaları dəstəkləyirik, amma formul düzgün olmalıdır", - Conson vurğulayıb. Qanun layihəsi ABŞ Senatı tərəfindən qəbul edilib, lakin Konqres üzvləri indi Trampa əlavə tarif səlahiyyətinin verilməsinin neft qiymətlərinin artmasına səbəb olacağından və Vaşinqtonun ticarət tərəfdaşlarına zərər verəcəyindən qorxurlar. 

Xüsusilə, təşəbbüs Ağ Evin Rusiya nefti və təbii qazının ən böyük beş alıcısına, eləcə də Moskvanın sanksiyalardan yayınmasına kömək edən beş ölkəyə 100% tarif tətbiq etməsini nəzərdə tutur. Bunlar əsasən Çin, Hindistan və Türkiyədir.

Nümayəndələr Palatası Xarici İşlər Komitəsinin respublikaçı sədri Brayan Mast vurğulayıb ki, qanun layihəsinin yanacaq bazarına təsiri hazırda qiymətləndirilir. 

Onun sözlərinə görə, Hindistanı və Rusiya xammalının digər alıcılarını alternativ mənbələrə keçməyə məcbur etmək seçkilər ərəfəsində benzin qiymətlərinin artmasına səbəb ola bilər.

Demokratlar isə qanun layihəsinə qarşı çıxırlar və bunun Tramp administrasiyasının tariflərdən məhdudiyyətsiz istifadəsinə hüquqi əsas yarada biləcəyinə inanırlar. Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin nümayəndəsi Qreqori Miks prezidentə malik olmadığı səlahiyyətlərin verilməsi cəhdini tənqid edib. Demokrat konqresmen Bred Şnayder isə tarif müddəasını "qəbuledilməz" adlandırıb.

“ExxonMobil”, “General Electric”, “Ford”, “Pfizer” və ABŞ Ticarət Palatası da daxil olmaqla böyük bizneslər də qanun layihəsinə qarşı çıxıblar. Onlar Konqresə məktub göndəriblər. 

"Biz qanun layihəsinin bəzi hissələrinin ticarət tərəfdaşlarımıza və müttəfiqlərimizə qarşı yeni, kütləvi tariflər tətbiq etməklə istehlakçılar üçün gözlənilməz nəticələrə səbəb ola biləcəyindən narahatıq", - deyə “Retail Industry Leaders”-dən Ellen Cekson bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri