Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Çəkdiyi videodan sonra zənglər dayanmadı: Xankəndidəki fincan olay oldu... VİDEO

Çəkdiyi videodan sonra zənglər dayanmadı: Xankəndidəki fincan olay oldu... VİDEO

Icma.az, Olke.az saytına istinadən bildirir.

Artıq bir neçə gündür sosial şəbəkələrdə Xankəndidə yaşamış ermənilərin evində çəkilən görüntülər viral olub.

Ölkə.Az xəbər verir ki, üzərində Azərbaycan adarı yazılan fincan videonu çəkən şəxsin diqqətini cəlb edib.

Belə ki, fincanın üzərində “Əlidən qızı Fəridəyə hədiyyə" sözləri və "1.07.85” tarixi yazılıb.

Sözügedən video sosial şəbəkələrdə bir milyondan çox baxış toplayıb.

Ölkə.Az videonu çəkən “Qobustan” futbol klubunun prezidenti Taleh Gülməmmədovla həmsöhbət olub. O deyir ki, fincanı tapanda onun Xankəndidə yaşamış azərbaycanlıya aid olduğunu düşünüb:

“Xankəndi şəhərinə işlə bağlı ezamiyyətə getmişdim. Orada səfərdə olmaq mənim üçün də maraqlı səfər oldu. Gəzinti zamanı evlərin birində bu fincana rast gəldim. Həqiqətən bunu tapdığım zaman özüm də çox kövrəldim. O andakı hisslərimi sözlə ifadə edə bilmərəm. Çox sevindim. Paylaşanda ümid edirdim ki, sahibi tapılacaq. Paylaşım etdikdən sonra fincanın sahibi mənim şəxsi səhifəmə yazdı və dedi ki, fincan mənə aiddir. Mən də ondan sübut üçün sənəd istədim. Məlum oldu ki, bu əşya həqiqətən də həmin insanlara məxsusdur. Xankəndidən qayıtdıqdan sonra əşyanı sahibinə verdim. Çox sevindim ki, əşya öz sahibinə qayıtdı”.

Axtarışlarımız nəticəsində əşyanın sahibini tapıb onunla da danışmaq fürsətimiz oldu. Fincanın üzərində adı yazılan Fəridə Əliyeva hazırda Mingəçevirdə Kəlbəcər rayon Ş.Şükürov adına 35 nömrəli tam orta məktəbdə katibə işləyir. O, Ölkə.Az-a açıqlamasında deyib ki, həmin fincanı 11 yaşı olanda təcili tibbi yardım həkimi işləyən atası Əli Əliyev ad günü hədiyyəsi kimi alıb.

Fəridə Əliyeva 1993-cü ildə ailəsi ilə birgə Kəlbəcərdən çıxmaq məcburiyyətində qalsa da, fincan 32 il sonra onun özünə qayıdıb. O, fincanın Xankəndiyə necə gedib çıxmasından da söz açıb:

“Biz Kəlbəcərin Zülfüqarlı kəndindənik. Atam həkim işləyirdi. Buradakı camaat İstisu deyilən yerə istirahətə gedirdi. Atam onlara qulluq etmək üçün 3 aylığına xəstəxanadan ora göndərilmişdi. O, Kəlbəcərdə olanda mən hələ balaca idim. Evdə neçə uşaq var idisə, hamımız üçün belə bir fincan almışdı, üstündə də ad yazdırmışdı. Onun övladları içərisində mən daha istəkli idim. Mən avqustda doğulmuşam. Ad günümə yaxın idi, fincanın üzərinə o sözləri yazdırmışdı. Həmin fincanın dəmir olan forması da vardı. Mənim üçün həm saxsı, həm də dəmir fincanın üzərinə yazı yazdırmışdı. Təsadüfdən o vaxtı ermənilərin Kəlbəcərdən daşıyıb apardıqları əşyaların içərisində bu fincan da olub. Azərbaycanlı oğlan da Xankəndiyə gedəndə əşyaların içərisindən bu fincanı tapıb və maraqlı gəldiyi üçün paylaşıb. O video paylaşılan gün telefonlarım susmadı. Bütün qohumlar, qonşular zəng etdilər ki, sənin adın olan fincan tapılıb. Bizim hər şeyimiz Kəlbəcərdə qalıb. O boyda varımızdan, halımızdan mənə qismət olan bircə o fincan oldu. 

Fincan videosunu görəndə sanki səsim batdı, danışmağa söz tapmadım. Həm sevindim, həm ağladım. Atamın indi həyatda olmaması mənə pis təsir etdi. Onu 2011-ci ildə itirmişik. Həm də illərlə zəhmət çəkdikdən sonra evimizdən, ailəmizdən yadigar bir fincanın qalmağı pis təsir etdi. Amma ona görə sevindim ki, balaca bir fincan da olsa bu yaşımda mənə böyük bir dünya oldu. İndi yaşadığım evdə ən əziz, qoruduğum əşyadır. Bəlkə də o kənddə hələ də yaşasaydım, həmin fincanın qayğısına belə qalmazdım. İnşallah, Kəlbəcərə qayıdanda o əşyanı da özümlə aparacağam",- deyə o əlavə edib.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://olke.az
archiveBu xəbər 05 May 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see255

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see241

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see211

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see209

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see191

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see165

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see162

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see159

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see156

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see154

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see147

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri