Icma.az
close
up
RU
Menu

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

U 17 millisi Gəncədə

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Qarındakı piyləri əritməyin sirri açıldı

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Xankəndidəki forum revanşistlərə dərd oldu

Xankəndidəki forum revanşistlərə dərd oldu

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Aprelin 8–9-da Xankəndidəki Qarabağ Universitetində və Bakıdakı ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən VII beynəlxalq forum Ermənistanda radikal revanşist kəsimin, necə deyərlər, kürkünə birə salıb. Xüsusilə forumun Xankəndidə keçirilən ilk günü xəstə təfəkkürlü bu kütlənin “qəzəbinə” səbəb olub. Bir neçə gündür ki, Ermənistan mediasında bu barədə məqalələr dərc edilir, müxtəlif şəxslərin açıqlamaları yerləşdirilir. Belə məqalələrdən biri “ArmenianReport” saytında yerləşdirilib.

Biz Ermənistan dövlətindən və onun xalqından, nəhayət, sülh istiqamətində addımlar atmağı, rasional yanaşma sərgiləməyi gözlədiyimiz bir vaxtda məqalədə suveren ərazimiz olan Xankəndi şəhəri “Azərbaycanın işğalı altında olan Stepanakert” (?) adlandırılıb. Eyni zamanda, Yaponiya, ABŞ, Böyük Britaniya, Çin, Hindistan, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Rusiya, Qazaxıstan, İordaniya Haşimilər Krallığı, ümumilikdə, 44 ölkədən 80 beynəlxalq ekspert və beyin mərkəzlərinin mütəxəssislərinin iştirak etdikləri nüfuzlu forum “daha bir təbliğat tədbiri” kimi verilib. Xarici qonaqların otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan, 2023-cü ilin sentyabrında azadlığına qovuşmuş Xankəndi şəhərini ziyarət etmələri “rəsmi Bakı əvvəlcədən hazırlanmış plan üzrə hərəkət edərək dünyanın müxtəlif ölkələrindən nümayəndələri işğal altındakı Stepanakertə cəlb edir” kimi təqdim edilib. Yenə də köhnə bayatılar üstündə hansısa “dəhşətli cinayətlərdən, etnik təmizləmə”dən dəm vurulub.

Başdan-ayağa revanşist üslubda yazılan məqalə bu şəxslərin hələ də əvvəlki xam xəyalların ardınca getdiklərinin daha bir sübutu sayıla bilər. Bəli, Prezident İlham Əliyevin də forumda çıxışında qeyd etdiyi kimi, əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir. Bir daha isbat edilir ki, revanşistlərlə bağlı Azərbaycanın narahatlıqları əsassız deyil. Onlar hələ də nəyəsə ümid edirlər. Hələ də başlarına gələn hadisələrdən nəticə çıxarmayıb, ayılıb, ağıllanmayıblar. Əks-təqdirdə bütün dünyanın Azərbaycanın suveren əraziləri kimi tanıdığı torpaqlarla bağlı bu cür hətərən-pətərən fikirlər səsləndirməz, şəhərin adını təhrif etməzdilər. Bunlar hələ də dərk etmirlər ki, Azərbaycanın hansı bölgəsində tədbir keçirmək, ora hansısa qonağı dəvət etmək bizim daxili işimizdir. Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir dəstəsinin qlobal gündəlikdə duran mühüm məsələlərin müzakirəsi üçün Azərbaycana gəlmələri “Odlar yurdu”nu daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir.

Məqalədə Nikol Paşinyanın İkinci Qarabağ müharibəsindən öncəki bəyanatları xatırladılıb və onun ünvanına tənələr yağdırılıb: “Biz Ermənistanın hazırkı rəhbərliyinə suallar ünvanlamalıyıq – uşaqlar, özünüzü necə hiss edirsiniz? Axı siz hakimiyyətə gələndə “Artsax”ın bütün dünyada tanınacağına söz vermişdiniz? Siz bizi və bütün dünyanı əmin etmişdiniz ki, Ermənistan “Artsax”ın təhlükəsizliyinin təminatçısıdır. Stepanakertdə “Artsax Ermənistandır və nöqtə” fikrini bəyan edən də ölkəmizin baş naziri idi. O, həmçinin “Artsax” ordusunun düşmən ordusunun öhdəsindən təkbaşına gələcəyini iddia edirdi. Bəs biz indi nə görürük?”

Bu, az imiş kimi, yazıda həyasızcasına Azərbaycanın, guya, Ermənistanın suveren ərazisinin “işğal” etdiyi iddia edilir: “Amma hökumətimiz heç bir real addım atmır və mən situasiyanın dəyişməsi istiqamətində səs-küylü bəyanatlardan danışmıram. Tam əksinə, dəfələrlə deyilib ki, məhz Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Bakıya “böyük hədiyyə” edib”.

Revanşist ruhlu məqalədə Ermənistan hökumətinə bundan sonra necə hərəkət etməklə bağlı məsləhətlər verilib: “Bu, ölkəmizin xarici işlər nazirliyinin mövqeyidir ki, “respublika”nın buraxılması haqqında fərmanın dərcindən sonra “Artsax xalqı”nın hüquqları məsələsi sülh danışıqları prosesindən çıxarılıb. Sanki ölkə rəhbərliyi bu qərarın hansı şəraitdə verildiyini bilmir. Sanki İrəvan başa düşmür ki, onlar Bakının planlarına kömək etməkdənsə, tamam başqa cür, əks istiqamətdə hərəkət etməlidirlər!”

Eyni zamanda, yazıda Azərbaycanın həm Türkiyə, həm də İsraillə eyni dərəcədə isti münasibətlərə malik olduğu xatırladılıb: “Bu isə dəfələrlə vurğuladığımız kimi, Ermənistanın bu günü və gələcəyi üçün böyük problemdir. Və bu şəraitdə biz “Artsax xalqı”na dəstəyimizi zəiflətməməli, üçqat enerji ilə çalışmalıyıq. Amma, təəssüf ki, biz tamam başqa mənzərə – daha bir təslimedici hərəkətlər toplusunu görürük”.

Beləliklə, Ermənistanda revanşist qüvvələrin fəallıqlarını artırdıqları, təşkilatlandıqları və son zamanlar daha səylə çalışdıqları barədə Bakıdan verilən bəyanatların kifayət qədər ciddi əsaslarının olduğu bu yazı vasitəsilə bir daha öz təsdiqini tapır. Bu istiqamətdə Prezident İlham Əliyevin elə yuxarıda adı çəkilən beynəlxalq forumda səsləndirdiyi fikirlər diqqəti cəlb edir və böyük maraq doğurur. Dövlətimizin başçısı bildirdi ki, biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik: “Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya, konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər”.

Prezident qeyd etdi ki, onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər.

Dövlətimizin başçısı onu da bildirdi ki, onlar ABŞ-da seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi. Biz hamımız bunu bilirik. Buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi, həm də siyasi nöqteyi-nəzərdən. Beləliklə, sülh sazişi imzalanana və Ermənistan da onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər. Burada sonuncu məqam odur ki, 2020-ci ildən bəri artıq beş il ötüb, biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik. Prezident onu da bildirdi ki, Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz.

Ancaq bu qüvvələr bilməlidirlər ki, Azərbaycan ayıq-sayıqdır, 30 illik işğalı unutmur, hələ də davam edən “böyük Ermənistan” xəyallarını, Qarabağı yenidən geri almaq xülyasının mövcudluğunu görür və nəzərə alır.

Yeganə HACIYEVA,  
politoloq

– Cənubi Qafqazda maraqlı olan kənar qüvvələr Ermənistandan istifadə etməklə bölgəyə yerləşmək siyasəti yürüdürlər. Çünki rəsmi İrəvan bunun üçün kifayət qədər münbit şərait formalaşdırıb. Ermənistandan istifadə etməklə bölgəyə yerləşməyə çalışan qüvvələr İrəvanın uzun illər yürütdüyü işğalçılıq siyasətindən, indi isə milli-etnik nifrət üzərindən formalaşdırdığı revanşizmdən yararlanırlar.

Əgər biz ümumilikdə Ermənistan daxilindəki revanşist qüvvələri təsnifatlandırsaq, qeyd etməliyik ki, revanşistlərin çox kiçik hissəsi İrəvanla birbaşa bağlıdır. Ermənistanla bağlı olan tərəf, əlbəttə, erməni lobbisi və onların bütün dünyadakı havadarlarıdır. Revanşistlərin ikinci qolunu Ermənistanda marağı olan geosiyasi qüvvələr təşkil edirlər. Hamının bildiyi kimi, bunlar böyük dövlətlərdir. Son illərdə geosiyasi oyunçu olmağa iddia edən Hindistan da Avropa–Asiya daşımalarında mövqelərini möhkəmləndirmək üçün Ermənistandan istifadə edir.

Bu gün Ermənistanda revanişist qüvvələrin qalması xaricdən dəstəklənir. Ancaq uzunmüddətli perspektivdə bu fəaliyyət Ermənistana heç bir fayda verməyəcək.

Səxavət HƏMİD 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see252

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see243

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see237

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see231

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see230

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see223

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see220

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see213

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see204

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see195

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see193

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see192

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see191

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see188

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see188

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see183

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see183

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see181

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see180

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri