Icma.az
close
up
RU
“Çəkic” əməliyyatı planı gündəmdə Yaxın Şərqdə yeni müharibə dalğası başlayır?

“Çəkic” əməliyyatı planı gündəmdə Yaxın Şərqdə yeni müharibə dalğası başlayır?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər beynəlxalq mediada ABŞ və İsrailin İranla bağlı yeni hərbi ssenarilər üzərində işlədiyi bildirilir. Yayılan məlumatlara əsasən, Vaşinqton administrasiyası mümkün hücum variantlarını yenidən nəzərdən keçirir və bu prosesdə İranın nüvə infrastrukturu əsas hədəflərdən biri kimi qiymətləndirilir. Məlumatlarda qeyd olunur ki, ABŞ tərəfi həm hava zərbələrinin intensivləşdirilməsi, həm də xüsusi təyinatlı qüvvələrin iştirakı ilə məhdud yerüstü əməliyyat ehtimalını müzakirə edir. 

Eyni zamanda, Pentaqonun mümkün hərbi mərhələ üçün “Çəkic” adlı əməliyyat planı üzərində dayandığı iddia olunur.

Maraqlıdır, ABŞ və İsrailin İranla bağlı hərbi hazırlıqları yenidən gündəmə gətirməsi Yaxın Şərqdə təhlükəsizlik balansına necə təsir göstərə bilər və mümkün “Çəkic” əməliyyatı regionu hansı yeni geosiyasi mərhələyə sürükləyə bilər?

Mövzu ilə bağlı Moderator.az-a siyasi ekspert Murad Sadəddinov açıqlama verib. 


Ekspert bildirib ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının yenidən bərpa olunacağı ehtimalı yüksəkdir:

"Bu baxımdan mən hesab edirəm ki, aparılan danışıqlar əslində ABŞ Silahlı Qüvvələrinin genişmiqyaslı hazırlıq mərhələsini təmin etmək üçün müəyyən bir dövr kimi qiymətləndirilməlidir. Çünki 10 min kilometrdən artıq məsafədə bu cür hərbi əməliyyatların aparılması, 15 minə yaxın hədəfə zərbələrin endirilməsi uzunmüddətli perspektivdə davamlı xarakter daşıya bilməz.

Belə əməliyyatlar ciddi logistik dəstək tələb edir: mərmi və silah-sursat təminatı, texniki baxış və servis işləri, təyyarə və gəmilərin istismarı, eləcə də bütün hərbi texnikanın ehtiyat hissələrinin mütəmadi dəyişdirilməsi kimi zəruri proseslər həyata keçirilməlidir. Məhz bu səbəbdən hesab edirəm ki, həmin danışıqların mahiyyəti də bu hazırlıq dövrü ilə birbaşa bağlı idi. Eyni zamanda düşünmürəm ki, ABŞ rəhbərliyi bu danışıqlar vasitəsilə real nəticə əldə olunacağına ciddi şəkildə inanırdı".

 Murad Sadəddinov vurğulayıb ki, danışıqlar yolu ilə İranın nə nüvə proqramından, nə raket proqramından, nə də proksi qüvvələrə dəstək siyasətindən geri çəkiləcəyi real görünmür:

"Bu səbəbdən hesab edirəm ki, biz yaxın gələcəkdə hərbi əməliyyatların növbəti mərhələsinə — “ikinci raund”a şahid ola bilərik. Gözlənilən dəyişikliklərə gəldikdə isə, ABŞ tərəfindən səsləndirilən “hədəflərin 70 faizinin zərərsizləşdirildiyi, 30 faizinin isə qaldığı” kimi qiymətləndirmələr yenidən gündəmə gələ bilər. Eyni zamanda regionda yerləşdirilən və əlavə olunan hərbi qüvvələr fonunda Körfəz ölkələrinin hava hücumundan müdafiə sistemlərinin daha da gücləndirilməsi ehtimalı yüksəkdir.

Bu da əvvəlki hərbi toqquşmaların nəticələrindən çıxarılan dərslərin davamı kimi qiymətləndirilə bilər.
Qalan 30 faiz hədəfə qarşı həyata keçiriləcək zərbələrin isə İranın daha da zəifləməsinə gətirib çıxaracağı proqnozlaşdırılır. İranın zəifləməsi isə regionda digər aktorların mövqelərinin güclənməsinə və təsir imkanlarının genişlənməsinə şərait yarada bilər.

Bu kontekstdə İsrailin regional mövqeyinin daha da güclənəcəyi, Körfəz və digər ərəb ölkələri ilə münasibətlərinin genişlənəcəyi ehtimalı artır. Nəticə etibarilə, gələcəkdə İbrahim (Avraam) razılaşmalarına yeni ölkələrin qoşulmasının şahidi ola bilərik.
Ümumilikdə isə bu proseslər regionda ABŞ-ın təsir imkanlarının daha da genişlənməsi ilə nəticələnə bilər".

Pərvin Şakirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 May 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri