Çekici: “Bəzən öz aramızda alban dilində də danışırıq”
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
Misli Premyer Liqasının IX turunda səfərdə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edən “Qəbələ”nin təcrübəli yarımmüdafiəçisi Endri Çekici matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı.
Albaniyalı legioner çətin qələbəni, komandadakı uyğunlaşma prosesini, baş məşqçi Yeton Bekiri ilə münasibətlərini və qarşıdakı hədəfləri dəyərləndirdi:
– Oyun haqqında təəssüratlarınız necədir?
– Bizim üçün həqiqətən çox çətin alındı. Həm də nəzərə almaq lazımdır ki, süni örtüklü meydançada oynamaq əlavə çətinlik yaradırdı. Biz əvvəlcədən bilirdik ki, bu qarşılaşma əsl döyüş olacaq. Çox şükürlər olsun ki, həmin döyüşdən qələbə ilə ayrıldıq. Buna görə çox sevincliyəm.
– Komandada bir müddət qələbəsizlik seriyası yaşandı. Bu uğur həm sizə, həm də kollektivə psixoloji olaraq necə təsir etdi?
– Komandamız yenidən qurulur. Heyətə yeni oyunçular qoşulub və təbii ki, normal olaraq bizim digər futbolçularla uyğunlaşmağımız üçün vaxt lazım idi. Zaman keçdikcə bir-birimizi daha yaxşı tanıyırıq və baş məşqçinin taktiki tapşırıqlarını meydanda daha düzgün yerinə yetirməyə başlayırıq. Baş məşqçimiz də komandaya yeni qoşulduğundan onun tələb etdiyi oyun sistemi bizim üçün fərqlidir. Ən vacibi odur ki, artıq bu sistemə uyğunlaşırıq, oyundan-oyuna inkişaf edirik. Nəhayət, səfərdən çox vacib üç xalla qayıdırıq. Bu gün lazım olanı etdik və istədiyimiz nəticəni qazandıq.
– Bu qələbə qarşıdakı kubok matçı və çempionat oyunları üçün motivasiyanızı necə artıracaq?
– Təbii ki, çox müsbət təsir edəcək. Qələbə bizə əlavə motivasiya verib, kubok matçında da qalib gəlməyi hədəfləyirik. Kubokdan sonra isə bizi “Qarabağ”la çox çətin oyun gözləyir. Bilirik ki, asan olmayacaq, amma meydana çıxıb əlimizdən gələn hər şeyi etməyə çalışacağıq.
– Baş məşqçi Yeton Bekiri Şimali Makedoniyadan olsa da, albanəsillidir. Bu barədə nə deyə bilərsiniz?
– Onunla çalışmaq mənim üçün çox xoşdur. Bəzən öz aramızda alban dilində də danışırıq, amma futbolçu və baş məşqçi arasında münasibətlərə hər zaman peşəkar yanaşmaq lazımdır, sərhəd qorunmalıdır. Təbii ki, mədəni bağlarımızı hiss edirik, lakin meydanda və kənarda hər kəs öz vəzifəsini bilməlidir.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Oktyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















