Öz aramızda qalsın…
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Seyid Camal ƏZİMBƏYLİ
Şərqşünas
"Öz aramızda qalsın… Mən ölüm, bu sözü heç kim bilməsin…”
Bu cümləni nə qədər asan deyirik, elə deyilmi? Kiməsə inanır, ürəyimizi açır, ən gizli sözümüzü paylaşır və sonda da dönə-dönə tapşırırıq: “Öz aramızda qalsın.”
Amma çox vaxt bir həqiqəti unuduruq: sirr sizin üçün həyatınız qədər qiymətli ola bilər, amma onu eşidən insan üçün sadəcə danışılacaq bir sözə çevrilə bilər.
İnsan ən böyük səhvini bəzən düşməninə inanmaqla deyil, dost bildiyi insana həddindən artıq inanmaqla edir.
Ən ağrılısı isə sirrinizin yayılması deyil. Ən ağır olan, bir gün öz sözlərinizi başqasının dilindən eşidib: “Deməli, mən buna inanmışdım…” deməyinizdir.
O an insanın içində nəsə qırılır. Çünki söhbət artıq bir sirrdən getmir-söhbət etibardan gedir.
Bəzən bir insanın bizə etdiyi ən böyük xəyanət arxamızca danışması deyil, bizim ona etibar etdiyimiz sözləri başqasına danışmasıdır.
Ona görə də hər ürək sirr saxlamaq üçün uyğun deyil, hər qulaq isə etibar edilməyə layiq deyil.
Unutmayaq: dildən çıxan söz geri qayıtmır. Sirr iki insanın arasında olduğu müddətdə sirrdir. Üçüncü adama çatdığı andan etibarən isə artıq sirr deyil.
İmam Əli buyurub: “Sirr sənin əsirindir. Onu yaydınsa, sən onun əsiri olarsan.”
Və bəzən insanın həyatında ən böyük peşmanlıq söylədiyi söz olmur. Ən böyük peşmanlıq o sözü kimə söylədiyidir.
Çünki etibar bir dəfə sarsıldımı, onu sözlərlə əvvəlki halına qaytarmaq çox çətindir.
Bəzən “öz aramızda qalsın” deyə başladığımız bir söhbət, illər sonra özümüzə qarşı çevrilən ən ağır silaha çevrilir.
Sevgi və dualarımla!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 13 Sentyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















