Icma.az
close
up
RU
“Çəkilişlərdə verilən pirojki mədəmi xəstə etdi”

“Çəkilişlərdə verilən pirojki mədəmi xəstə etdi”

Icma.az, Tribuna saytına istinadən bildirir.

Aktrisa Pərvin Abıyeva film və seriallara çəkilməməsindən danışıb.Tribunainfo.az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib.

Sənətçi rejissorlarla münasibətindən söz açıb:

“Bizim rejissorlar gəlib hələ mənim gözümə girsinlər, ondan sonra onların gözlərinə girərəm. Bizdə setin “Allahı” rejissordur. Bütün dünyada filmi prodüserlər, prodakşnlar, bizdə isə rejissorlar çəkirlər. Bizim yaxşı rejissorlarımız da var… Hamısını eyni tərəziyə qoymaq düzgün olmaz. Mənim çalışdığım rejissorlar özləri filmləri çəkirlər, özləri maliyyəni tapırlar. Bunun üçün biri avtomobilini, digəri evini satır. Amma yenə də problemin başı madiyyatdır. Aktyora film başına 500-1000 manat təklif etsən, o qonorarın qarşılığında “oynayacaq”. Keyfiyyət də – yəni filmi çəkəcəyin texnika, işçi heyəti də çox önəmlidir. Aktyorların setdəki rahatlığı çox önəmlidir. Setdə rejissordan sonra ikinci hörmət olunası insan aktyordur. Bəlkə də insanlar düşünürlər ki, mənə filmə çəkilməyə təkliflər gəlmir. Amma vallah gəlir. İndi telefonumu açsam, görə bilərsiniz orada neçə rejissor və film söhbətləri var. Neçəsindən imtina etmişəm. İki gün əvvəl bir filmə çəkilməyə imtina etdim.

Çəkənlər barəsində heç bir şey deyə bilmərəm. Amma görünür ki, hər zamankı kimi yenə də maliyyə problemi var. Rejissor öz cibindən və büdcəsindən film çəkir. O məni öz filmində görmək istəyir. Amma mənə elə gülünc rəqəm təklif edirlər ki… Anlamırlar… Hamı dəstək istəyir. Okey, gəlim olum dəstək. 12 ildir ki, bu sahədəyəm. Bu illər ərzində bütün rejissorlara da, aktyorlara da, heyətə də öz cibimdən pullar xərcləmişəm. Bacardığım qədər görmüşəm ki, vəziyyət yaxşı deyil, əlimdən gələni etmişəm ki, aktyorlar və setdə çalışan insanlar üçün də rahat olsun. O rejissora dedim ki, o pula gəlib sizin filminizə çəkilməkdənsə, havayı gəlib oynayaram. Sənə bax belə dəstək olaram. Amma mənim sağlamlıq vəziyyətim artıq buna icazə vermir. Burada günah isə hər büdcəyə çəkilməyə razı olan aktyorlardadır. Niyə? Çünki onlar hər şeyə çəkilirlər, hər təklifə gedirlər. Axı siz dəyərlisiniz. Bizim cəmiyyət bu sənəti anlamır. Tamaşaçılar filmə elə-belə baxırlar. Onlar aktyorların çəkdiyi zəhməti və əziyyəti anlamırlar. Aktyorlara dəyər vermirlər. Buna görə də onlar özləri özlərinə dəyər vermirlər. Çünki sənətlərini dəyərləndirən yoxdur. Fikirləşirlər ki, 5-10 manatımı qazanım da, heç nə olmaz.

Bizim aktyor və aktrisalarımız çox kasıbdırlar. Onları qınamıram amma bir yandan da istəmirəm onlar bu məbləğə və bu şəraitdə film və seriallara çəkilsinlər. İstəmirəm özlərini belə ucuz tutsunlar. Baxıram ki, Türkiyədə, Amerikada aktyorlar çəkildikləri filmlərdən həftəyə milyonlarla pullar qazanırlar. Amma bizim ən güclü və sənəti gözəl aktrisamıza rejissorlar 1500-2000 manat pul verə biləcəklərini deyirlər. Bu yazıq aktrisa nə etsin? O boyda Xalq və Əməkdar artist nə etsin? Çünki onlara ondan artıq pul verilmir. Təklif edirəm ki, bütün aktyorlar öz qiymətlərini qaldırsınlar. Hər gələn təklifə razılıq verib, çəkilməsinlər. Siz çox dəyərlisiniz. Çox dəyərliyik. Azərbaycanda aktyorlara setlərdə verilən yemək – dönər, kolbasa çörəkdir. Və ya yeməkləri elə keyfiyyətsiz yağda bişirirlər ki… Qeyri-adi yeməklər, sendviçlər, pirojki. Aktyorların yığışıb oturub, dincələ biləcəyi yer belə olmur. Mənə deyirlər ki, niyə belə arıqlayırsan? Mənim qida borum və mədəm xəstədir. Bu nədəndir? Bu çəkilişlərdə verilən yeməklər, yuxusuz qaldığım gecələr. Bu isə sənin dərinə də, saçına da, bədəninə və orqanizminə təsir edir və tez qocalırsan”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 Noyabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see281

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see266

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see253

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see250

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see238

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see235

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see229

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see229

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see220

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see219

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see212

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see212

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see211

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see208

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see203

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see198

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see198

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see194

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see181

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri