Icma.az
close
up
RU
“Çəkilişlərdə aktyora dönər, pirojki verirlər”

“Çəkilişlərdə aktyora dönər, pirojki verirlər”

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aktrisa Pərvin Abıyeva film və seriallara çəkilməməsindən danışıb.

News24.az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib. 

O, rejissorlarla münasibətindən söz açıb:

“Bizim rejissorlar gəlib hələ mənim gözümə girsinlər, ondan sonra onların gözlərinə girərəm. Bizdə setin “Allahı” rejissordur. Bütün dünyada filmi prodüserlər, prodakşnlar, bizdə isə rejissorlar çəkirlər. Bizim yaxşı rejissorlarımız da var... Hamısını eyni tərəziyə qoymaq düzgün olmaz. Mənim çalışdığım rejissorlar özləri filmləri çəkirlər, özləri maliyyəni tapırlar. Bunun üçün biri avtomobilini, digəri evini satır. Amma yenə də problemin başı madiyyatdır. Aktyora film başına 500-1000 manat təklif etsən, o qonorarın qarşılığında “oynayacaq”. Keyfiyyət də - yəni filmi çəkəcəyin texnika, işçi heyəti də çox önəmlidir. Aktyorların setdəki rahatlığı çox önəmlidir. Setdə rejissordan sonra ikinci hörmət olunası insan aktyordur. Bəlkə də insanlar düşünürlər ki, mənə filmə çəkilməyə təkliflər gəlmir. Amma vallah gəlir. İndi telefonumu açsam, görə bilərsiniz orada neçə rejissor və film söhbətləri var. Neçəsindən imtina etmişəm. İki gün əvvəl bir filmə çəkilməyə imtina etdim. Çəkənlər barəsində heç bir şey deyə bilmərəm. Amma görünür ki, hər zamankı kimi yenə də maliyyə problemi var. Rejissor öz cibindən və büdcəsindən film çəkir. O məni öz filmində görmək istəyir. Amma mənə elə gülünc rəqəm təklif edirlər ki... Anlamırlar... Hamı dəstək istəyir. Okey, gəlim olum dəstək. 12 ildir ki, bu sahədəyəm. Bu illər ərzində bütün rejissorlara da, aktyorlara da, heyətə də öz cibimdən pullar xərcləmişəm. Bacardığım qədər görmüşəm ki, vəziyyət yaxşı deyil, əlimdən gələni etmişəm ki, aktyorlar və setdə çalışan insanlar üçün də rahat olsun. O rejissor dedim ki, o pula gəlib sizin filminizə çəkilməkdənsə, havayı gəlib oynayaram. Sənə bax belə dəstək olaram. Amma mənim sağlamlıq vəziyyətim artıq buna icazə vermir. Burada günah isə hər büdcəyə çəkilməyə razı olan aktyorlardadır. Niyə? Çünki onlar hər şeyə çəkilirlər, hər təklifə gedirlər. Axı siz dəyərlisiniz. Bizim cəmiyyət bu sənəti anlamır. Tamaşaçılar filmə elə-belə baxırlar. Onlar aktyorların çəkdiyi zəhməti və əziyyəti anlamırlar. Aktyorlara dəyər vermirlər. Buna görə də onlar özləri özlərinə dəyər vermirlər. Çünki sənətlərini dəyərləndirən yoxdur. Fikirləşirlər ki, 5-10 manatımı qazanım da, heç nə olmaz. Bizim aktyor və aktrisalarımız çox kasıbdırlar. Onları qınamıram amma bir yandan da istəmirəm onlar bu məbləğə və bu şəraitdə film və seriallara çəkilsinlər. İstəmirəm özlərini belə ucuz tutsunlar. Baxıram ki, Türkiyədə, Amerikada aktyorlar çəkildikləri filmlərdən həftəyə milyonlarla pullar qazanırlar. Amma bizim ən güclü və sənəti gözəl aktrisamıza rejissorlar 1500-2000 manat pul verə biləcəklərini deyirlər. Bu yazıq aktrisa nə etsin? O boyda Xalq və Əməkdar artist nə etsin? Çünki onlara ondan artıq pul verilmir. Təklif edirəm ki, bütün aktyorlar öz qiymətlərini qaldırsınlar. Hər gələn təklifə razılıq verib, çəkilməsinlər. Siz çox dəyərlisiniz. Çox dəyərliyik. Azərbaycanda aktyorlara setlərdə verilən yemək - dönər, kolbasa çörəkdir. Və ya yeməkləri elə keyfiyyətsiz yağda bişirirlər ki... Qeyri-adi yeməklər, sendviçlər, pirojki. Aktyorların yığışıb oturub, dincələ biləcəyi yer belə olmur. Mənə deyirlər ki, niyə belə arıqlayırsan? Mənim qida borum və mədəm xəstədir. Bu nədəndir? Bu çəkilişlərdə verilən yeməklər, yuxusuz qaldığım gecələr. Bu isə sənin dərinə də, saçına da, bədəninə və orqanizminə təsir edir və tez qocalırsan”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Noyabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri