Icma.az
close
up
RU
Çəkini sabit saxlamaq üçün necə qidalanmalı?

Çəkini sabit saxlamaq üçün necə qidalanmalı?

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bədən kütləsini sabit saxlamaq üçün sağlam, düzgün qidalanma şərtdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin qastroenteroloq-hepatoloqu Turan Kərimova söyləyib.

Onun sözlərinə görə, burada qida rasionunun çox böyük rolu var: “Bədən çəkisinin sabitliyi üçün maddələr mübadiləsinin normal olması şərtdir. Çəkinin azalması üçün maddələr mübadiləsinin sürətlənməsi vacibdir. Bu zaman qəbul olunan qidada zülalların, karbohidratların, yağların düzgün balansını təşkil etmək zəruridir. Məsələn, qidanın hansı hissəsini ət, tərəvəz, karbohidratlar (dənli bitkilər, kartof, un məmulatları və s.) təşkil edilməsinə diqqət yetirmək lazımdır. Bunu da qeyd etmək vacibdir ki, çəkinin sabit saxlanılması üçün təkcə porsiya yox, qidanın hansı qaydada, necə bişirilməsi, hansı ədviyyatların əlavə olunması, yeməyə əlavə olunan tərkibin nə qədər bişirilməsi çox əhəmiyyətlidir. Belə ki, hər bir qidanın bişmə temperaturu və müddəti var. Buna riayət olunan zaman onun tərkibi demək olar ki, dəyişmir, yəni tərkibindəki vitaminlər, minerallar, amin turşular və s. parçalanmır, orqanizm ondan istifadə edə bilir”.

T.Kərimova bildirib ki, həmçinin hansı qidanın daha tez, hansının daha gec həzm prosesinə məruz qalmasını da nəzərə almaq lazımdır: “Məsələn, karbohidratlar daha tez, yağlar və zülallar daha gec parçalanır. Eyni zamanda, qidanın qəbul olunma vaxtına da diqqət yetirilməlidir. Çünki gündüz saatlarında fermentativ proseslər sürətlə, axşam saatlarında isə ləng gedir. Bütün bunlar həzm prosesinin düzgün tənzimlənməsinə, öz növbəsində mübadilə proseslərinin sürətlənməsinə səbəb olur. Nəticə etibarilə bədən çəkisi sabit qalır”.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 Mart 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see363

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see270

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see269

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see267

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see261

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see258

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see257

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see252

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see248

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see248

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see248

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see243

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see237

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see235

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see234

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see226

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see224

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see214

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see196

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri