Icma.az
close
up
RU
Cekpotdan sonra nə etdilər? Milyon qazananların ən maraqlı qərarları

Cekpotdan sonra nə etdilər? Milyon qazananların ən maraqlı qərarları

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?

Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərqli olur. Kimisi qazancını doğma şəhərinə, sevdiyi futbol klubuna və ya məktəbə dəstəyə, digəri isə bütün uduşunu xeyriyyəyə yönəldib.

Milyonları qazandılar, 98 faizini bağışladılar

2010-cu ildə Kanadanın Nova Scotia əyalətində yaşayan Violet və Allen Large "Lotto 6/49” tirajında təxminən 11,2 milyon Kanada dolları (13,82 milyon AZN) qazandılar.

Təqaüdçü cütlük əvvəlcə ailə üzvlərinə kömək etdi, daha sonra isə qazancın böyük hissəsini xəstəxanalara, yanğınsöndürmə xidmətlərinə, kilsələrə, Qırmızı Xaça və digər xeyriyyə təşkilatlarına bağışladı. Violet həmin dövrdə xərçəng müalicəsi aldığı üçün onun müalicə olunduğu xəstəxanalar da yardım alanlar arasında idi.

Nəticədə Large ailəsi uduşun təxminən 98 faizini başqalarına yardım üçün ayırdı və milyonçu olduqdan sonra belə sadə həyat tərzini dəyişmədi.

Milyon qazandı, doğma şəhərinə su parkı hədiyyə etdi

ABŞ-da yaşayan John Kutey böyük uduşunu doğma şəhərində uşaqlar üçün qalıcı bir layihəyə çevirdi.

2011-ci ildə Nyu-York ştatında çalışan yeddi nəfərlik qrupun bileti "Mega Millions” lotereyasında 319 milyon dollarlıq cekpot qazandı. John Kuteyin payı isə 28,7 milyon dollar oldu.

John və həyat yoldaşı Linda qazandıqları pulun bir hissəsini doğma şəhərləri Green Islanda sərf etmək qərarına gəldilər. Şəhər rəhbərliyinə "Şəhərimiz üçün nə edə bilərik?” sualını verən cütlük nəticədə köhnə hovuzun yerində uşaqlar üçün yeni "spray park”ın yaradılmasına 200 min dollar bağışladı.

2013-cü ildə istifadəyə verilən park onların valideynlərinin xatirəsinə həsr edildi. Beləcə, lotereya uduşu bütöv bir şəhərdə yaşayan uşaqlara sevinc gətirən layihəyə çevrildi.

  

Cekpotu sevdiyi futbol klubunun gələcəyinə yatırdı

Futbol azarkeşləri üçün ən maraqlı nümunələrdən biri şotlandiyalı Colin Weirin hekayəsidir. Colin və həyat yoldaşı Christine Weir 2011-ci ildə "EuroMillions” lotereyasında 161,6 milyon funt sterlinq qazandılar.

Uşaqlıqdan "Partick Thistle” klubunun azarkeşi olan Colin Weir 2013-cü ildə klubun gənclər akademiyasının yaradılması üçün 750 min funt sterlinq ayırdı. Sonradan "Thistle Weir Youth Academy” adlandırılan akademiyaya 2018-ci ildə əlavə 600 min funt sterlinq dəstək göstərildi.

Onun da daxil olduğu investorların maliyyə dəstəyi ilə klub borclarını bağlayaraq daha sabit vəziyyətə keçdi. Weirin hekayəsi göstərdi ki, futbol sevgisi bəzən tribunadan kənara çıxaraq sevdiyin klubun gələcəyinə real sərmayəyə çevrilə bilər. 

Lee Ryan — £6,5 milyonluq uduşunu lüks həyata çevirdi

1995-ci ildə Böyük Britaniyada Lee Ryan və sevgilisi Karen Taylor £6,527,880 (15 milyon AZN) məbləğində cekpot qazandılar. Ryan qazandığı pulla təxminən £1 milyonluq malikanə, Ferrari Testarossa, Bentley, Porsche, Jaguar, BMW, iki Ducati motosikleti, təyyarə və £235 minlik Bell JetRanger helikopteri aldı. O dövrün mətbuatı onu lotereyanın "ən ekstravaqant qalibi” adlandırırdı. Ryanın hekayəsi böyük cekpot qazanan insanların pullarını necə qeyri-adi və dəbdəbəli şəkildə xərcləyə bildiyinin ən məşhur nümunələrindən biri olaraq qalır.

590 milyon dollarlıq cekpotdan məktəbə 1,8 milyon dollar

2013-cü ildə 84 yaşlı Gloria Mackenzie "Powerball”da 590,5 milyon dollarlıq cekpot qazandı. 

Lakin Mackenzie diqqəti yalnız rekord uduşu ilə çəkmədi. Onun vaxtilə yaşadığı East Millinocket şəhərindəki "Schenck High School” ciddi təmirə ehtiyac duyurdu və məktəbin damı su buraxırdı.

Mackenzie məktəbə 1,8 milyon dollar bağışladı. Vəsait damın dəyişdirilməsi və digər vacib təmir işlərinə yönəldildi. Sonradan məktəbin adının onun şərəfinə dəyişdirilməsi təklif edilsə də, cekpot qalibi bunu qəbul etmədi.

Azərbaycanda cekpot qalibi uduşunu necə dəyərləndirmişdi?

Böyük uduşların fərqli şəkildə dəyərləndirilməsinə Azərbaycanda da nümunə var.

2023-cü ildə "4+4” tirajlı lotereyasında 913 072 manatlıq cekpot qazanan Xaçmaz sakini Kamran Məmmədsəidov həmin dövrdə Azərbaycan lotereya tarixinin ən böyük cekpotunun sahibi olmuşdu.

O, qazandığı pulla Xaçmazda yeni ev alıb, kənddəki evini təmir etdirib və avtomobil alıb. Həmçinin satıcı kimi işlədiyi daş karxanasında indi özü də rəhbər olub. Bununla yanaşı, 50 min manata yaxın vəsaiti müxtəlif insanlara yardım məqsədilə verdiyini bildirib. Gələcək planları arasında isə biznesini genişləndirmək fikri var. 

Növbəti böyük cekpot hekayəsi Azərbaycanda yazıla bilər

"Azərlotereya”nın "4+4” tirajlı lotereyasında cekpot Azərbaycan lotereya tarixində ilk dəfə 2 milyon manat həddini keçib. Bundan əvvəl "4+4”də qazanılmış ən böyük cekpot 913 072 manat idi. Hazırda 2 milyon manatı ötən rekord cekpot öz sahibini gözləyir.

Bəs həmin məbləğ bir gün sizin hesabınıza köçsəydi, ilk qərarınız nə olardı?

Xəyalınızdakı evi alardınız? Biznes qurardınız? Dünyanı gəzərdiniz? Yoxsa bu qaliblər kimi gözlənilməz bir qərarla başqa insanların həyatını dəyişdirərdiniz?

"4+4” lotereyasında şansını sınamaq istəyənlər biletləri "Azərlotereya” satış nöqtələri, "Azərpoçt” şöbələri, "Misli” məntəqələri, Azerlotereya.com və Misli.az platformalarından əldə edə bilərlər.

Kim bilir, bəlkə növbəti maraqlı cekpot hekayəsinin qəhrəmanı elə bizim aramızdadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Sentyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri