Icma.az
close
up
RU
Cəlal Arutyunyanın istintaqı, Ruben Vardanyanın hüquq müdafiəçisi

Cəlal Arutyunyanın istintaqı, Ruben Vardanyanın hüquq müdafiəçisi

Icma.az xəbər verir, Aznews.az saytına əsaslanaraq.

44 günlük müharibə zamanı qondarma "Artsax"ın müdafiə naziri Cəlal Arutyunyan idi.

Hətta müharibənin gedişində- 15 oktyabr 2020-ci ildə ona "Artsax prezidenti" tərəfindən "general" rütbəsi də verilmişdi.

Oktyabr ayının 27-də Cəlal Arutyunyan Arayikin "əmr" ilə "vəzifə"sindən kənarlaşdırıldı.

Hazırda ona qarşı Ermənistanda cinayət işi açılıb və uzun müddətdir ki, istintaq gedir.

"Artsax naziri" iki epizodda təqsirləndirilir:

1) 7 oktyabr 2020-ci il tarixdə Azərbaycan ordusuna qarşı keçirilən əks-hücum əməliyyatının iflasa uğraması;

2) 12 oktyabr 2020-ci ildə erməni diviziyaların birinin canlı qüvvəsinin Azərbaycan SQ tərəfindən sıradan çıxarılması.

Çox sadə bir sual meydana çıxır: "müstəqil Artsaxın müdafiə naziri və generalı" Ermənistanda niyə cinayət təqibinə məruz qalmalıdır?

- Bu istintaq hərəkətləri bir daha sübut edir ki, 2020-ci ildə Azərbaycan işğalçı Ermənistan ordusuna qarşı hərbi əməliyyatlar aparıb.

- Nikol Paşinyan 2020-ci ildə Azərbaycana qarşı aparılan müharibə üçün hüquqi məsuliyyət daşıyır və o, əli həm Azərbaycan xalqının, həm də erməni xalqının qanına batmış təcavüzkardır.

- Cəlal Arutyunyan Ermənistan vətəndaşıdır. Bu olduqca mühüm məqamdır ona görə ki, Azərbaycan ərazilərinə qayıtmaq üçün Qarabağı tərk etmiş ermənilərin ilk növbədə qaçqın statusu olmalıdır. Çünki qayıdış beynəlxalq hüquqda qaçqınlara verilən hüquqdur.

Cəlal Arutyunyanun vaqeəsi onu göstərir ki, Ermənistan vətəndaşı olan və Qarabağı tərk etmiş ermənilər "qaçqın" statusuna malik olmadığından onların Azərbaycan ərazisinə qayıdışlarının tələb edilməsi hüquqi baxımdan heç bir əsasa malik deyil.

Digər tərəfdən, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmiş, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş Cəlal Arutyunyan kimiləri qayıdış hüququndan məhrum olduqları kimi, Azərbaycan Respublikasının qanunları qarşısında da cavab verməlidirlər.

Bu günlərdə Qarabağda likvidasiya edilmiş qondarma qurumun “dövlət naziri” olmuş Ruben Vardanyanın və ailəsinin hüquqlarını müdafiə edən Jared Genser “Azadlıq” radiosuna müsahibə verib.

Bu müsahibə bir daha təsdiq etdi ki, heç bir hüquqşünasın Ruben Vardanyan və onunla birlikdə Bakıda həbsxanalarda olan "DQR" liderlərini, terror çətələrinin üzvlərini hüquq çərçivəsində müdafiə etmək imkanı yoxdur. İstər milli, istərsə də beynəlxalq hüquq müstəvisində Azərbaycan xalqına və dövlətinə qarşı ağır cinayətlər işləmiş həmin şəxslər mütləq və mütləq cəzalandırılmalıdırlar.

Jared Genser lovğa, yekəbaş, həyasız və savadsız təsir bağışladı. Əgər o, ortabab bir Azərbaycan hüquqşünası ilə debata çıxsaydı, üç-beş dəqiqə sonra darmadağın olmuş vəziyyətdə studiyanı tərk etmək məcburiyyətində qalardı. Hətta radionun müxbiri Ülkər Akifqızının maksimum neytral mövqedən səsləndirdiyi suallara da sonadək cavab verməyə savadı və iradəsi çatmadı. Bu odioz "hüquqşünas"ın dediklərini bir-bir təftiş etməyə lüzum görmürəm. Necə deyərlər, axsaq atın nalbəndi kor olar. Sadəcə, bir-iki məsələyə diqqət çəkməklə onun müdafiəçi mövqeyinin beynəlxalq hüquq baxımından niyə absurd olduğunu nəzərə çatdırmaqda fayda var.

Birincisi, Jared Genser etiraf edir ki, Qarabağ Azərbaycan ərazisidir. Beynəlxalq hüquqda yurisdiksiya ilə bağlı ən az mübahisə doğuran məsələ ərazi prinsipidir. Bu prinsipin qısa mahiyyəti budur: Cinayət hansı dövlətin ərazisində törədilibsə, həmin dövlətin öz ərazisində törədilən cinayəti təqib etməyə tam ixtiyarı var.

İkincisi, yurisdiksiya ilə bağlı passiv şəxsiyyət prinsipinə görə, Ruben Vardanyan Azərbaycan dövlətinə və vətəndaşına qarşı cinayət törətmiş xarici vətəndaşdır. Sözügedən prinsipə əsasən, Ruben Vardanyanın Azərbaycan tərəfindən cinayət təqibinə məruz qalması beynəlxalq hüquqa tamamilə uyğundur.

Üçüncüsü, soyqırım, insanlığa qarşı cinayətlər, məhkəməsiz edamlar, müharibə cinayətləri, işgəncələr və s. bu kimi cinayətlərə qarşı universallıq prinsipi çıxış edir. Ruben Vardanyan qeyri-qanuni fəaliyyət göstərdiyi Azərbaycan ərazilərində öz əməlləri ilə qlobal birliyə (erga omnes) və beynəlxalq hüququn əsas prinsiplərinə (jus cogens ) bağlı olan normaları pozub. Bu prinsipə istinad edən istənilən məhkəmədə o, mühakimə oluna bilər. Bu cümlədə "istənilən məhkəmə" ifadəsini belə başa düşmək lazımdır ki, Ruben Vardanyanın cinayət təqibini Azərbaycan hüquq-mühafizə orqanlarının və məhkəməsinin yurisdiksiyasından kənar qələmə vermək heç bir halda mümkün deyil.

Nəhayət, beynəlxalq hüquqda ərazi aliliyi anlayışı yurisdiksiya anlayışından xeyli genişdir.

"Ərazi aliliyi" deyəndə müasir beynəlxalq hüquq bunları başa düşür:

- Dövlət hakimiyyəti onun ərazisində yaşayan bütün fiziki və hüquqi şəxslərə münasibətdə ali hakimiyyətdir;

- Dövlət ona məxsus olan ərazidən zorakılıqla məhrum edilə bilməz. Dövlətin sərhədləri pozulmaz və toxunulmazdır;

- Dövlətin ərazisi daxilində hər hansı başqa dövlətin ümumi hakimiyyəti istisna edilir;

-Dövlətin ali hakimiyyəti qanunverici, icra məhkəmə hakimiyyəti, inzibati sahələrdə dövlət orqanları sistemi vasitəsilə həyata keçirilir;

-Ərazi suvereninin aydın ifadə edilmiş razılığı olmadan dövlətin torpaqları və təbii ehtiyatlarından başqa dövlət istifadə edə bilməz.

Odur ki, Jared Genserin Ruben Vardanyanın işğalçı Ermənistan tərəfindən himayə olunan qondarma respublikanın "dövlət naziri" postunu tutmasına heç bir halda və formada haqq qazandırması beynəlxalq hüquqla bir araya sığa bilməz. İki erməni qulağı uzununun arpasını bölə bilməyən Jared ya həyasızlığından, ya da diletantlığından Azərbaycanın unitar dövlət olduğunu görməzlikdən gəlir və likvidasiya edilmiş "DQR"-i "subregional hakimiyyət" adlandırırsa, zənnimizcə, bu, artıq hüquqi yox, tibbi-psixiatrik məsələdir.

Taleh ŞAHSUVARLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 20 Noyabr 2024 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see113

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see111

Bakının tıxaclı yolları SİYAHI

15 Aprel 2025 08:37see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri