Icma.az
close
up
RU
Füzulidən geri çəkiləndə məxfi sənədlər qaldı Cəlal Arutyunyanın məhkəməsi

Füzulidən geri çəkiləndə məxfi sənədlər qaldı Cəlal Arutyunyanın məhkəməsi

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanda qondarma xunta rejiminin keçmiş "Müdafiə Ordusu"nun komandiri Cəlal Arutyunyanın məhkəmə prosesi davam etdirilib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Arutyunyanın vəkilləri məhkəmədə bildirib ki, "Tsori" hərbi hissəsinin D-20 artilleriya diviziyasının komandanlığı 44 günlük müharibə zamanı ciddi səhvlərə yol verib: "Bölmə dəfələrlə öz mövqelərini tərk edərək yuxarı komandanlıqla əlaqələndirilmədən geri çəkilib. Müdafiə Ordusunun artilleriya rəisi, general Gennadi Bağdasaryan vəziyyətdən xəbərdar olub".

O, Arutyunyanın 2020-ci il oktyabrın 12-də yanlış komanda verməsindən də danışıb: "Həmin gün Azərbaycan qoşunları Füzuli rayonunun Qərvənd kəndindəki artilleriya mövqelərinə hücum edib. Nəticədə 20 hərbçi ölüb, daha 7 nəfər yaralanıb, diviziyanın artilleriya rəisi, polkovnik-leytenant Norayr Ayrapetyanın yeri hələlik məlum deyil. Geri çəkildikdən sonra mövqedə 8 ədəd D-20 topu, 4 ədəd “Ural” markalı avtomobil, çoxlu sayda sursat və silah, eləcə də məxfi məlumatları əks etdirən sənədlər qalıb".

Vəkil bölmənin bu cür hərəkətlərinin təsadüfi olmadığını vurğulayıb. Onun sözlərinə görə, hətta bu hadisələrdən əvvəl də bölmədə qeyri-mütəşəkkillik və panika olub: "Bağdasaryan bunun öhdəsindən gəlməkdə çətinlik çəkirdi. Güman ki, o, şəxsi heyətin təşviş içində qaçmaması üçün digər zabitlərin, o cümlədən Arutyunyanın sözlərinə əsaslanaraq, diviziya komandanlığına "həmin mövqelərdə özümüzünkülər var" deyib. Ola bilsin ki, müxtəlif zabitlər, o cümlədən Cəlal Arutyunyan ona deyiblər: "Orada bizimkilər ola bilər", ya da "orada bizimkilər olmalıdır". O da bu sözlərə əsaslanaraq, şəxsi heyətin qaçmasının qarşısını almaq üçün bölmə komandanlığına "onlar bizimkilərdir" deyib". 

Digər vəkil Andranik Mnatsakanyan qeyd edib ki, həmin hərbi hissəsinin D-20 diviziyasının komandanlığında əvvəldən fərarilik əhval-ruhiyyəsi üstünlük təşkil edib.

Xatırladaq ki, Cəlal Arutyunyan 27 oktyabr 2020-ci ildə 44 günlük müharibənin gedişatında ağır yaralanıb. O, bu vaxta qədər "Artsax" Müdafiə Ordusuna rəhbərlik edib. Bundan sonra komandanlıq general Mikael Arzumanyana keçib. 

Ağarza Elçinoğlu 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Aprel 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri