Cəlaloğlu: Azərbaycan Amerikanın hərbi potensialından istifadə edərək daha da güclənə bilər
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Azərbaycan-ABŞ münasibətlərinin inkişafı, dövlətlər arasında yaxşı əlaqələrin mövcudluğu hər iki ölkənin maraqlarına uyğundur və əlavə qazanc deməkdir. Əlbəttə, ABŞ böyük dövlətdir və Azərbaycanla münasibətlərinin yaxşı olması ona da əlavə dividendlər gətirəcək. Çünki ABŞ indiyədək Cənubi Qafqazda geniş şəkildə təmsil olunmayıb, lakin hazırda buna daha yaxındır. Üstəlik, Zəngəzur dəhlizinin açılmasına xüsusi maraq göstərir ki, bu, region ölkələrinin də maraqlarına uyğundur”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, ABŞ-nın bölgədə artan fəallığı və iki ölkə arasında yaxşı münasibətlərin mövcudluğu Azərbaycana hərbi təhlükəsizlik baxımından əlavə imkanlar yaradır.
“Müşahidələr göstərir ki, yaxın on ildə hərbi qarşıdurmalar və gərginliklər davam edəcək. Belə bir şəraitdə Azərbaycan da ehtiyat tədbirləri görməlidir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Ağdamda sakinlərlə görüşü zamanı bildirdi: biz müharibəni udmuşuq, torpaqlarımızı azad etmişik, amma bu o demək deyil ki, rahat yata bilərik. Dövlət başçısı bununla dünyada mövcud olan gərginliklərə və yeni müharibələrin baş verməsinə diqqət çəkir. Belə bir şəraitdə Azərbaycan ayıq-sayıq olmalıdır. Bu fonda hazırda dünyanın ən güclü dövləti ABŞ-dır. Amerikanın hərbi potensialından istifadə edərək daha da güclənə bilərik”, - deyə partiya sədri vurğulayıb.
S. Cəlaloğlunun fikrincə, Azərbaycan-ABŞ əlaqələri çoxşaxəlidir və bu münasibətlərdə ticarət və iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Onun sözlərinə görə, bu əlaqələrin daha da inkişafı hər iki ölkəyə həm qazanc, həm də fayda gətirə bilər:
“Biz bu münasibətlərdən maksimum dərəcədə istifadə etməliyik. Çünki hazırda əlaqələrin daha da inkişaf etdirilməsi üçün ciddi maneələr yoxdur”.
Nemət ORUCOV
Reyting.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 07 Yanvar 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















