Icma.az
close
up
RU
Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir

Cəlaloğlu: Azərbaycan və Ermənistandakı partiyalar arasında görüşlər keçirilməlidir

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


“Son zamanlar Azərbaycanla Ermənistan arasında gedən proseslər - istər Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar, istərsə də Azərbaycan rəhbərliyinin atdığı konkret addımlar - göstərir ki, iki ölkə münasibətləri real şəkildə normallaşdırmaq üçün ciddi səylər göstərir. Xüsusilə Rusiyanın prosesdən kənarda qalması ümid verir ki, bu dinamika yaxın zamanda Azərbaycan və Ermənistan arasında real sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq”.
Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədri qeyd edib ki, artıq Azərbaycan ərazisindən Ermənistana müəyyən yüklər daşınır:
“Hazırda Qazaxıstandan gətirilən yüklər Ermənistana Azərbaycan üzərindən aparılır. Gələcəkdə Rusiyadan Ermənistana göndərilən mallar da eyni marşrutla çatdırıla bilər. Yüklərin Azərbaycan ərazisindən daşınması faktiki olaraq Bakının xoş niyyətinin göstəricisidir. Azərbaycan həm də dünyaya mesaj verir ki, Ermənistanla münasibətlər normallaşacağı təqdirdə kommunikasiyalardan təzyiq vasitəsi kimi istifadə etməyəcək, əksinə, Ermənistanın da bu imkanlardan yararlanması üçün şərait yaradacaq. Düşünürəm ki, hər iki tərəfin atdığı addımlar xoş niyyətdən, dövlət rəhbərlərinin bir-birinə yaxınlaşmasından və sülhə sadiqliyindən xəbər verir”.
S. Cəlaloğlu əlavə edib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin son zamanlar həyata keçirilən qarşılıqlı səfərləri cəmiyyətlər arasında yaxınlaşmanı sürətləndirir və bu mənada xalq diplomatiyası mühüm əhəmiyyət daşıyır.
Partiya sədri ümid edir ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistanda fəaliyyət göstərən siyasi partiyalar arasında da belə görüşlər və müzakirələr keçiriləcək:
“Yəni sülh müqaviləsinə qədər hər iki ölkədə ümumi etimad mühiti formalaşmalıdır ki, müqavilə imzalandıqdan sonra müəyyən qüvvələr bu prosesi pozmağa çalışmasınlar. Bəzi dairələr demoqogiyadan istifadə edərək Ermənistan və Azərbaycan arasında münasibətləri gərginləşdirmək niyyətində ola bilərlər. Bu baxımdan, hər iki ölkənin rəhbərləri elə addımlar atmalıdırlar ki, daxildə heç kim sülh müqaviləsinin imzalanmasına etiraz etməsin. Eyni zamanda, xarici qüvvələr də bu prosesdən istifadə edərək ölkələrin daxili işlərinə qarışmaq imkanı tapmasınlar,” – deyə Sərdar Cəlaloğlu vurğulayıb.
Nemət ORUCOV
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 Noyabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri