Icma.az
close
up
RU
Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı "Ona dəfələrlə demişdim ki..."

Cəlaloğlu bacısı oğlunun saxlanılmasından danışdı "Ona dəfələrlə demişdim ki..."

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin ofisində aparılan əməliyyatla bağlı yayılan məlumatlar ölkə ictimaiyyətində geniş rezonans doğurub. Məhkəmə qərarında qeyd olunur ki, Vüqar Məmmədovun rəhbərlik etdiyi televiziyadakı çıxışları “sosial gərginliyi artırmaq və dövlət orqanlarını gözdən salmaq məqsədi daşıyan hərəkətlər” kimi qiymətləndirilib. 

Bakupost.az xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Azərbaycan Reallığı”na açıqlamasında bacısı oğlu, “Hürriyət” qəzetinin və “Hüriyyət TV”nin rəhbəri Vüqar Məmmədovun saxlanılması ilə bağlı danışıb.

Sərdar Cəlaloğlu bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları həm media ofislərində, həm də Vüqar Məmmədovun yaşadığı evdə axtarış aparıblar:

“Evində axtarış zamanı heç nə götürülməyib. DTX əməkdaşları özlərini çox mədəni aparıblar. Vüqarın ailə üzvlərinə qarşı psixoloji və fiziki təzyiq göstərilməyib. Ailə üzvləri bildiriblər ki, onlar üzr istəyərək bu prosesi həyata keçiriblər. Hətta Vüqarı həbs edəndə qandallayıblar, özünü pis hiss etdiyinə görə sonra açıblar. Çünki onun ürəyində problemlər var”.

ADP sədrinin sözlərinə görə, Vüqar Məmmədovun həbsi Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin işi ilə əlaqəli deyil və bu iddialar əsassızdır:

“Bunun heç bir əsası yoxdur. Çünki Vüqar bəyin fəaliyyəti ilə bağlı iradlar təxminən 6 ay əvvəl mənə çatdırılmışdı. Bu iradları həm Prezident Administrasiyası, həm də DTX bildirmişdi. Mən də dəfələrlə çalışmışam ki, Vüqar Məmmədov çıxışlarında radikal olmasın, irad tutulan məsələlərə yer verməsin. Sadəcə, Vüqar gərgin vəziyyətdə idi. Fikirlərini radikal formada ifadə edirdi. Vüqarın valideynləri də həmin çıxışlarına görə ona dəfələrlə iradlarını bildiriblər. O, ağır iqtisadi-sosial vəziyyətə düşən insanları görüb, emosional reaksiyalar verirdi. Ramiz Mehdiyevlə bu məsələni əlaqələndirmək böhtandan başqa bir şey deyil.”

Sərdar Cəlaloğlu əlavə edib ki, Vüqar Məmmədovun əvvəllər də Ramiz Mehdiyevlə eyni cəbhədə dayanması barədə deyilənlər tamamilə əsassızdır:

“Həmin şəxsin vaxtında Vüqar Azərbaycan Demokrat Partiyasını maliyyələşdirmək ittihamı ilə 4 il həbsdə olub. Biznes fəaliyyətinə də müəyyən əngəllər törədilib, nəticədə müflis olub. Bizə qarşı Ramiz Mehdiyevdən daha çox düşmənlik edən şəxs yoxdur. Vüqar onun komandasında necə ola bilər ki, Ramiz Mehdiyevin ən çox düşmənlik etdiyi şəxslər biz olmuşuq”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri