Icma.az
close
up
RU
Cəlaloğlu: Sabitlik hər an pozula bilər

Cəlaloğlu: Sabitlik hər an pozula bilər

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“İndi yeni dünya düzəninə keçidi müşahidə edirik. Bu prosesdə demək olar ki, heç bir bölgədə stabillik və sakitlikdən danışmaq mümkün deyil. Əksinə, istənilən regionda sabitlik hər an pozula bilər”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
S. Cəlaloğlu xatırladıb ki, ötən həftə dünyanın hansısa nöqtəsində müharibə başlayacağını, sabitliyin pozula biləcəyini qeyd edib və səhəri gün Tayland-Kamboca qarşıdurması, gərginlik, müharibə müşahidə olunub: “Bu baxımdan, dövlətlər arasında intriqalar zaman-zaman aktivləşəcək, hətta yeni intriqalar meydana gələcək. Bütün bunlar dünya nizamının pozulması, yeni nizama keçidlə bağlıdır. Çünki yeni nizam xaosdan doğur. Odur ki, dünya idarəolunan xaosa düşməlidir ki, nəticədə yeni nizam yaransın”.
Cəlaloğlunun qənaətincə, son zamanlar İrandan Azərbaycana müəyyən iddiaların irəli sürülməsinə, düşmənçilik xarakterli açıqlamaların verilməsinə bu kontekstdən yanaşmaq lazımdır:
“Çünki İran yeni dünya düzənində yerini və rolunu müəyyən edə bilməyib. Azərbaycan isə özünü daha inamla aparır, maraqlarına uyğun şəkildə bu istiqamətdə inkişaf edir. Ona görə də, İranda bizim davranışlarımız qısqanclıqla qarşılanır və bu zaman əsassız iddialar səsləndirirlər. Məsələn, bizim İsrail dövləti ilə münasibətlərimiz beynəlxalq hüquqa uyğundur, ikitərəfli faydalı əməkdaşlığa əsaslanır. Üstəlik, beynəlxalq hüquqa əsasən iki dövlət arasında əlaqə üçüncü dövlətə qarşı yönələ bilməz. Bizim İsraillə imzaladığımız müqavilələrin heç biri İrana qarşı yönəlməyib. İran dolayısı yolla özünün İsrail qarşısında acizliyi və məğlubiyyətini Azərbaycan-İsrail əlaqələrində axtarır. Bu da yanlışdır. İran öz siyasətinə yenidən baxmalı və dostunu düzgün seçməlidir”.
ADP sədri qeyd edib ki, İran Rusiya ilə hərbi əməkdaşlıq və müttəfiqlik haqqında saziş bağlasa da, İsrail-İran müharibəsi zamanı Rusiyadan dəstək ala bilməyib:
“Rusiya İrana diplomatik dəstək belə vermədi. Odur ki, İran dostunu düzgün seçməlidir. Amma biz indi görürük ki, İran öz problemlərini qonşularının üzərinə yıxmaqla daxili ictimaiyyəti müəyyən qədər sakitləşdirməyə cəhd edir. Mən bunun başqa izahını görmürəm”.
Cəlaloğlu sonda əlavə edib ki, Azərbaycan-İsrail əlaqələrindən İrana ziyan gəlmir, əksinə, xeyir gələ bilər: “Çünki Azərbaycan İran və İsrail arasında münasibətlərin yoluna qoyulmasında iştirak edə, İsrailin İrana qarşı aqressiyasının qarşısını ala bilər və s. Yəni İranda normal düşünənlər Azərbaycan-İsrail əlaqələrindən öz ölkələrinin xeyrinə istifadə edə bilərlər, nəinki Azərbaycana qarşı əsassız iddia və ittihamlarla çıxış etmək. Ancaq biz görürük ki, ağıllı başlar əvəzinə ortaya əsassız iddia və ittihamlarla çıxış edənlər çıxır və özləri üçün yaxşı bir fürsəti əldən verirlər”.
Y. QACAR
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri