Icma.az
close
up
RU
Cəlaloğlu: Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir

Cəlaloğlu: Vasitəçilər olmadan belə bir görüşün baş tutması böyük əhəmiyyətə malikdir

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


“Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşü, digər tərəfin iştirakı olmadan saatlarla müzakirə aparmaları böyük əhəmiyyətə malikdir və regionun gələcəyi baxımdan müsbət hadisədir. Üçüncü tərəfin iştirakı olmadan iki tərəfin bir araya gələrək öz problemlərini həll etmək cəhdləri yüksək qiymətləndirilməlidir. Çünki buradakı tərəflər hansı ad altında iştirak etmələrindən asılı olmayaraq, ümumi proseslərdə öz maraqlarını da güdürlər. Ona görə də, bu maraqların toqquşması bəzən problemin həllinə əngəl yarada bilir”.

Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu dünən Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin bir araya gələrək sülh müqaviləsi ətrafında müzakirələr aparmasının əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, bu cür görüşlər zamanı hər hansı bir ölkənin vasitəçiliyi əslində beynəlxalq güclərin ciddi rəqabətinə səbəb olur. Adətən bir beynəlxalq güc vasitəçilik imkanı əldə edən kimi, digər güclər prosesi pozmağa cəhd göstərir, bunun üçün əllərindən gələni edirlər. “Biz son 30-35 illik tariximizdə bu kimi halları çox görmüşük. Beləcə, imkan vermirlər ki, proses irəliyə getsin. Odur ki, Əbu-Dabi görüşünün ilk olaraq ən vacib əhəmiyyəti vasitəçinin iştirakı olmadan Azərbaycan və Ermənistanın bir araya gələrək danışıqlar və müzakirələr aparmasıdır. Mən bunu çox vacib məqam və uğurlu format hesab edirəm”,- deyə S. Cəlaloğlu əlavə edib.
ADP sədri qeyd edib ki, adətən vasitəçilər, eyni zamanda bu dövlətləri öz təsirinə salmaq məqsədilə addımlar atırlar:
“Vasitəçinin olmaması həm də hər iki dövlətin müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilməlidir. Bu vəziyyətdə ən vacib məsələ tərəflərin öz maraqlarını vasitəçi olmadan bir-birinə ifadə etmək imkanıdır. Bu zaman normal müzakirə və diskussiya gedə və tərəflərin mövqeyində yaxınlaşma qeydə alına bilər. Mən ən azından bu məqamlara görə, Əbu-Dabi görüşünü uğurlu və əhəmiyyətli hesab edirəm”.
Cəlaloğlu bildirib ki, yüz və ya daha çox tarixi olan azərbaycan-erməni məsələsinin dərhal həll ediləcəyinə ümid bəsləmək olmaz: “Amma ilk dəfə belə bir mühüm görüşün keçirilməsi və sonda kontaktların davam etdirilməsinin əhəmiyyətinin vurğulanması deməyə əsas verir ki, artıq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ikitərəfli qaydada həll edilmək istiqamətində inkişaf edəcək. Hesab edirəm ki, tərəflər daha ciddi naliyyətlər qazanacaqlar. Təbii ki, bu görüşdə konkret bir qərarın qəbul edilməməsi də siyasi uzaqgörənlikdən xəbər verir. Çünki bu addım atıldıqdan sonra bir müddət gözləmək lazımdır ki, məsələyə daxili güclər necə reaksiya verəcəklər. Xüsusilə, Ermənistanda. İctimai rəy adaptasiya olunduqdan, beynəlxalq ictimaiyyət ikitərəfli danışıqlar modeli ilə razılaşdıqdan sonra daha ciddi və real addımlar atılacaq”.
Partiya sədri hesab edir ki, son anda sülhün əldə edilməsi hər iki ölkənin maraqlarına uyğun olacaq.
Y. QACAR
Reyting.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 İyul 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see334

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see277

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see262

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see250

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see249

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see234

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see225

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see217

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see199

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see199

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see193

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see192

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see191

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see190

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see182

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see178

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see170

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see164

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri