Icma.az
close
up
RU
Soyqırımlarının hərtərəfli öyrənilməsi mühüm əhəmiyyətə malikdir

Soyqırımlarının hərtərəfli öyrənilməsi mühüm əhəmiyyətə malikdir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Quba, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC

Quba Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Quba, Qusar və Xaçmaz şəhərlərindəki Heydər Əliyev mərkəzlərində, həmçinin Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində “Zəfərə gedən yol” mövzusunda keçirilən tədbirlərə yüzdən çox iştirakçı qatılıb.

Kompleksdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 8 Noyabr – Zəfər Gününə və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına həsr edilən silsilə tədbirlərdə tarixi həqiqətlərin gənclərə ötürülməsinin vacibliyi vurğulanıb.

Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əskərova, Qusar rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Fatimə Zülfüqarova, Quba rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Şövqiyyə Seyidzadə Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Quba Soyqırımı Kompleksin Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin əməkdaşı Abutalib Turabov məruzələrində insanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımlarının dərindən və hərtərəfli öyrənilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.

Tədbirlərdə kompleksin mütəxəssisləri Nurcan Allahverdiyeva, Emin Ulubəyov, Orxan Hüseynov, İslam Aslanov və Tərlan Məmmədov 2007-ci ildə Qubada aşkarlanmış kütləvi məzarlıq haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Quba Soyqırımı Memorial Kompleksi 2013-cü ildən bəri fəaliyyət göstərir. 12 il ərzində 200 mindən çoxu xarici olmaqla, 1 milyondan artıq ziyarətçi qarşılayan kompleksdə mütəmadi olaraq simpozium, konfrans və forumlar təşkil edilir. Keçirilən bu simpozium qoruq və muzey işinin inkişafı, abidələrin mühafizəsi, bələdçilik və insanlarda qoruq və muzeylərə marağın artırılması istiqamətində mühüm rol oynayır.

Kompleks əməkdaşları tərəfindən tədbirlərin keçirildiyi mərkəzlərin rəhbərlərinə soyqırımı hadisələrini özündə əks etdirən kitab və bukletlər təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:332
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri