Icma.az
close
up
RU
Cəlil Xəlilov professor Eldar Quliyevi təbrik etdi

Cəlil Xəlilov professor Eldar Quliyevi təbrik etdi

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyevin 75 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Eldar Quliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az-ın məlumatına görə, məktubda deyilir:

Hörmətli Eldar müəllim!

Sizi 75 illik yubileyiniz münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri və şəxsən öz adımdan ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Sizin ömür yolunuz Vətənə və xalqa sədaqətli xidmətin, dövlətçilik prinsiplərinə bağlılığın, yüksək ziyalılığın və fədakar əməyin parlaq nümunəsidir. Uzun illər ərzində ölkəmizin ictimai-siyasi, elm-təhsil və iqtisadi həyatında göstərdiyiniz səmərəli fəaliyyət, Azərbaycan kooperasiya sisteminin inkişafına verdiyiniz mühüm töhfələr, iqtisad elminin inkişafı istiqamətində apardığınız fundamental tədqiqatlar və gənc nəslin yetişdirilməsi sahəsində gördüyünüz işlər Sizi cəmiyyətimizin böyük hörmət və rəğbət qazanan ziyalılarından birinə çevirmişdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev şərəfli əməyinizə yüksək qiymət verərək Sizi dəfələrlə dövlət mükafatları ilə təltif etmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin uzun illər deputatı kimi dövlətimizin qanunvericilik fəaliyyətində, ölkəmizin sosial-iqtisadi inkişafına xidmət edən mühüm qərarların qəbulunda fəal iştirakınız, beynəlxalq parlament platformalarında Azərbaycanın maraqlarını layiqincə təmsil etməyiniz yüksək dövlətçilik məsuliyyətinizin bariz ifadəsidir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətimizdə həmrəylik və vətəndaş həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində gördüyünüz ardıcıl işlər də xüsusi ehtiramla qarşılanır.

Sizin fəaliyyətiniz Təşkilatımız tərəfindən daim yüksək qiymətləndirilir. Veteranlarla səmimi münasibətləriniz, onların təşəbbüslərinə verdiyiniz dəstək və milli maraqlar naminə göstərdiyiniz həmrəylik təşkilatımızın fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Bu diqqət və ehtirama görə dərin minnətdarlığımızı bildiririk.

İnanırıq ki, zəngin həyat və idarəçilik təcrübəniz, yüksək intellektiniz və vətənpərvər mövqeyiniz bundan sonra da Azərbaycan dövlətinin inkişafına, cəmiyyətimizin tərəqqisinə və milli-mənəvi dəyərlərimizin yaşadılmasına mühüm töhfələr verməyə davam edəcəksiniz.

Bu əlamətdar gündə Sizə bir daha möhkəm cansağlığı, uzun və mənalı ömür, ailənizə xoşbəxtlik, fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Qoy həyat yolunuz daim uğur, ehtiram və xalqımızın sonsuz məhəbbəti ilə müşayiət olunsun".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyul 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri