Icma.az
close
up
RU
Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşdü FOTO

Cəlil Xəlilov Sumqayıtda veteranlarla görüşdü FOTO

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

28 oktyabr 2026-cı ildə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında veteranlarla görüşüb. Görüşdə veteranlar, şəhər ziyalıları, dövlət qurumlarının nümayəndələri və s. iştirak edib.

Redaktor.az xəbər verir ki, görüşdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşlərdə canlarını qurban verən şəhidlərin əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov veteranların ölkəmizin ictimai həyatındakı rolundan bəhs edib, Prezident İlham Əliyevin tövsiyyə və çağırışlarının veteranlar tərəfindən hər zaman qətiyyətlə dəstəkləndiyini vurğulayıb.

Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov ilk öncə 8 Noyabr zəfərinə, bu zəfərin tarixi əhəmiyyətinə toxunub, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıqlarından danışıb:

“Heç kimə sirr deyil ki, 8 Noyabr zəfəri yalnız müasir dövrümüzün deyil, bütün dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qalibiyyətidir. Bizə bu zəfəri yaşadan Azərbaycan xalqının Prezidenti, Silahlı Qüvvələrimiz, şəhid və qazilərimiz, xalqımızın birliyi və həmrəyliyi olub.

44 günlük Vətən müharibəsində fərqli dini inanclara malik olan, müxtəlif etnik qrupları təmsil edən vətəndaşlarımız azərbaycanlılarla birlikdə erməni faşizminə qarşı fədakarcasına mübarizə aparıb, tarixi qələbəmizə böyük töhfə veriblər. Lakin bu gün görürük ki, xalqımızın birliyi, həmrəyliyi bəzi kənar qüvvələri narahat edir. Onlar Azərbaycandakı sabitiyi pozmağa, cəmiyyətdə süni şəkildə qarşıdurma yaratmağa çalışırlar. Bütün bu təxribatların qarşısını almaq üçün biz öz həmrıyliyimizi göz bəbəyi kimi qoruyub saxlamalı, Prezidentimizin ətrafında sıx birləşməkdə, Azərbaycanın maraq və mənafelərini bütün platformalarda qətiyyətlə müdafiə etməkdə davam etməliyik. Biz Prezidentimizin hər bir çağırışını dəstəkləməli, onun tövsiyyələrinə ciddi şəkildə əməl etməliyik. Unutmamalıyıq ki, əldə etdiyimiz qalibiyyətin baş memarı Müzəffər Ali Baş Komandanımızdır. Bu gün Azərbaycandakı sabitliyə, inkişaf və tərəqqiyə görə məhz ona borcluyuq.

Biz bundan sonra da cəmiyyətimizdəki əmin-amanlığı qorumaq, dinamik inişafımızı təmin etmək, yeni nailiyyətlər əldə etmək istəyiriksə, Ulu Öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezidentimizi qorumalı, ona dəstək verməli, hər addımda Müzəffər Ali Baş Komandanımızla həmrəy olduğumuzu nümayiş etdirməliyik. Bizim gələcək təhlükəsizliyimizin və inkişafımızın yeganə yolu məhz budur”.

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri Eldar İsmayılov Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından, bu çıxışdan irəli gələn vəzifələrdən danışıb. Prezident İlham Əliyevin 2020-ci ilə qədər qurucu lider kimi tanındığını bildirən Eldar İsmayılov, 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın xilaskar liderə çevrildiyini vurğulayıb.

YAP-ın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov partiyanın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışına, bu çıxışdakı əsas müddəalara diqqət çəkib. Dövlət başçısının qurultaydakı çıxışı ilə bağlı Sumqayıtda da çoxsaylı tədbir və görüşlərin keçirildiyini bildirən Ramiz Hüseynov, Müzəffər Ali Baş Komandanın çıxışının dövlət siyasətimizin strateji istiqamətlərini müəyyənləşdirdiyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev Qurultayla bağlı ictimai münasibətlər mövzusunda çıxış edib, eyni zamanda, dövlətimizə qarşı kənar güclər tərəfindən həyat keçirilən təxribatların Azərbaycan xalqı və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə dəf edildiyini bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov Qurultay nümayəndəsi kimi dövlət başçısının nitqindən irəli gələn məsələlərə toxunub, həmçinin, ideoloji təhlükəsizliyin önəmindən bəhs edib. Fərman Kazımov qeyd edib ki, son aylar bəzi kənar qüvvələrin ölkəmizə təzyiq göstərmək cəhdləri ideoloji təhlükəsizliyin nə qədər önəmli olduğunu bir daha ortaya qoymuş oldu.

Maraqlı çıxış və müzakirələr şəraitində keçən tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri