Icma.az
close
up
RU
Cəlilabad çiyələyi Rusiyaya ixrac olunur ərəb ölkələrindən də təkliflər var

Cəlilabad çiyələyi Rusiyaya ixrac olunur ərəb ölkələrindən də təkliflər var

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad, 12 may, İsmayıl Cəfərli, AZƏRTAC

Cəlilabadda yetişdirilən çiyələk yerli bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac olunur.

AZƏRTAC xəbər verir ki, İtaliya və İspaniya mənşəli çiyələk toxumları hesabına bu il Cəlilabadda əkin sahələri 600 hektardan 700 hektara qədər artırılıb. İstehsalçılar intensiv metodlarla becərdiyi bu giləmeyvə sahələrində məhsuldarlıqla yanaşı, keyfiyyəti də əsas meyar seçiblər. Bu səbəbdən təsərrüfat sahibləri İtaliya və İspaniya təcrübəsini olduğu kimi plantasiyalarda tətbiq edirlər.

İnnovativ üsullarla məhsul yetişdirən fermer Aqil Bəşirov deyir ki, çəkilən zəhmət hədər getmir. O, ötən mövsüm 7 hektarlıq çiyələk sahəsindən 400 tona yaxın məhsul tədarük edib. Hazırda örtükaltı sahələrdən toplanan məhsuldarlıq da fermerin ürəyincədir. Onun yetişdirdiyi çiyələk aprelin 10-dan Rusiyaya da ixrac olunur. Fermer deyir ki, ərəb ölkələrindən də təkliflər. İşləri yaxşı gedərsə, bu ölkələrə də Cəlilabad çiyələyi ixrac olunacaq.

Örtükaltı çiyələk plantasiyalarında yetişdirilən məhsulun yığımı hava şəraitinə görə bu il nisbətən gecikib. Buna baxmayaraq, yığım sürətlə aparılır. Hər gün sahələrdən 10-12 ton məhsul toplanır. Məhsul yığıldıqdan sonra bazarlara daha keyfiyyətli çatdırılması üçün soyuducu anbarlara daşınır.

Aqil Bəşirov deyir ki, bu il çiyələk mövsümün ilk günlərində 1 kiloqramı 3 manat 50 qəpiyə təklif olunub. Hazırda isə 2 manat 50 qəpiyə satılır.

Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Hafis Kərimov da Cəlilabad çiyələyinə xarici bazarlarda tələbatın artdığını deyir. Bildirir ki, xarici dövlətlərdən alıcılar yerli fermerlərlə ixrac müqavilələri bağlayırlar. Bu da fermerlərin çiyələk yetişdirməyə marağını daha da artırır.

Onun sözlərinə görə, məhsulun builki ixracında ciddi artım müşahidə olunur. Mövsüm başlayandan sahələrdən 400 tondan çox məhsul tədarük olunub ki, bunun da 300 tona yaxını Rusiyaya ixrac edilib. Hazırda örtükaltı sahələrlə yanaşı, açıq sahələrdə də çiyələk yığımına başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri