Icma.az
close
up
RU
Ərəb ölkələrindən İrana xəbərdarlıq

Ərəb ölkələrindən İrana xəbərdarlıq

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Tramp atəşkəs elan etdi

İran Silahlı Qüvvələri ABŞ Hərbi Hava Qüvvələrinin İrandakı nüvə obyektlərinə zərbələrinə cavab olaraq iyunun 23-də gecə saatlarında ABŞ-ın Qətərdəki Əl-Udeyd bazasına raket hücumları həyata keçirib. Rəsmi məlumatlara görə, hücum zamanı Qətər daxil olmaqla regionun digər ərəb ölkələri - Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İraq, İordaniya və Səudiyyə Ərəbistanınında yerləşən bütün ABŞ hərbi bazalarında hava sirenləri səsləndirilmişdi. “New York Times” qəzeti öz mənbələrinə istinadən qeyd edib ki, İran böyük itkilərə yol verməmək üçün Qətər hakimiyyətinə ABŞ-ın Əl-Udeyd aviabazasına planlaşdırılan hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib. “Əl-Cəzirə” isə Əl-Udeyd bazasında heç bir itkinin olmadığını bildirib. İranın bu addımına qarşı qonşu ərəb ölkələri tərəfindən ciddi reaksiya verilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” sosial şəbəkə hesabında İsrail ilə İran arasında 12 günlük atəşkəsin elan olunduğunu qeyd edib.

Ərəb dövlətləri İrana xəbərdarlıq edib

Qətər Dövləti İran İslam İnqilabı Keşikçiləri tərəfindən əl-Udeyd hava bazasına edilən hücumu şiddətlə pisləyib və bunu Qətərin suverenliyinin və hava hüdudlarının, eləcə də beynəlxalq hüququn və BMT nizamnaməsinin kobudcasına pozulması hesab edib. Qətər Xarici İşlər Nazirliyinin mətbuat katibi, Baş nazirin müşaviri Macid bin Məhəmməd əl-Ənsari jurnalistlərə açıqlamasında bildirib ki, Qətər Dövləti bu açıq təcavüzə beynəlxalq hüquqa uyğun şəkildə birbaşa cavab vermək haqqını özündə saxlayır. Nazir əlavə edib ki, ABŞ, İsrail və İran arasında qarşılıqlı hücumların şiddətlənməsi regional təhlükəsizlik və sabitliyi təhdid altına qoyur. Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, həmçinin qeyd edib ki,  bölgədəki gərgin vəziyyət fonunda təhlükəsizlik və qabaqlayıcı tədbirlər çərçivəsində hava bazası öncədən təxliyə edilmişdi. Səudiyyə Ərəbistanı, o cümlədən Ərəb Dövlətləri Liqası da İranın son hərbi əməliyyatını qəbuledilməz hesab edib. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, rəsmi Ər-Riyad İranın Qətərdə son əməliyyatını sərt şəkildə pisləyir və bunu beynəlxalq hüququn və qonşuluq prinsiplərinin kobul şəkildə pozulması hesab edir. Eyni zamanda, bəyanatda Səudiyyə Ərəbistanının Qətər Dövləti ilə həmrəy və Qətərə bütün addımlarında dəstək olmaq üçün bütün imkanlarını səfərbər etməyə hazır olduğu da vurğulanır. Ərəb Dövlətləri Liqası İranın Qətərdə əl-Udeyd hərbi bazasına hücumunu pisləyib və bunu ölkənin suverenliyinə qarşı tamamilə qəbuledilməz bir təcavüz kimi qiymətləndirib. Təşkilatın Baş katibi Əhməd Əbul-Ğeyt bəyan edib ki, təşkilat bu məsələdə Qətərlə həmrəydir. Əbul-Ğeyt, həmçinin nəzarətsiz şəkildə genişlənə biləcək münaqişənin ağır nəticələr doğura biləcəyini bildirib və gərginliyin azaldılması üçün təcili addımlar atmağa çağırıb.

ABŞ hər iki tərəflə danışıb

İsrail isə İrana qarşı əməliyyatı tezliklə yekunlaşdırmaq niyyətindədir. “Reuters” agentliyi məlumat verir ki, İsrail hakimiyyəti İranın cavab zərbələrini qabaqlamaq və müharibəni bitirmək üçün  mükəmməl strategiya axtarışındadır. Agentliyin məlumatına görə, İsrail İrana qəfil zərbə endirmək anını təxmin edib, lakin döyüşlərin sonunu nəzarətdə saxlaya bilmir. İsrailli rəsmilər “Reuters”ə şərhində bildiriblər ki, Tehran İsraili onu tükəndirmə müharibəsinə cəlb edə bilər. Bu arada Ağ Evdən CNN-ə verilən məlumata görə, Tehran cavab zərbələrindən əl çəkəcəyi təqdirdə İsrail İranla atəşkəsə razı olacaq. Telekanal Ağ Evin məlumatına əsasən qeyd edir ki, dünən gecə Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon söhbəti aparıb. Söhbət zamanı Tramp Netanyahudan İrana qarşı bütün hərbi əməliyyatları dayandırmağı tələb edib. Netanyahu da Trampın təklifini qəbul edib. Bununla paralel olaraq, ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, Dövlət katibi Marko Rubio və administrasiyanın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff İran rəsmiləri ilə birbaşa və dolayı kanallar vasitəsilə atəşkəsin şərtlərini müzakirə ediblər. Ağ Ev bildirib ki, razılaşma yalnız ABŞ-ın İranın Natanz, Fordo və İsfahana zərbələri nəticəsində mümkün olub.

Hücumlar davam edir

İsrail Müdafiə Nazirliyinin məlumatına görə, dünən səhər İran İsrailin müxtəlif bölgələrinə raket zərbələri endirib. Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün lazım olan yerlərə zərbələr endirmək niyyətindədir. İsrail KİV-ləri öz növbəsində qeyd edib ki, Hayfa bölgəsində, Yuxarı Qalileydə, Qərbi Qalileydə və Qolan təpələrində həyəcan siqnalları səslənib. İsrailin müdafiə naziri İsrael Katz İsrail Hərbi Hava Qüvvələrinə İrana intesiv hücum əməliyyatlarını davam etdirməyi əmr edib.

ABŞ öz məqsədinə çatıb?

Vitse-prezident Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib ki, ABŞ-ın İrana zərbələri nüvə silahı hazırlamaq üçün lazım olan infrastrukturu məhv edib. “İran indi malik olduğu avadanlıqla nüvə silahı istehsal etmək iqtidarında deyil, çünki biz onu məhv etmişik,” - deyə Vens vurğulayıb. Lakin bəzi mənbələrin məlumatlarına görə, İranın İsfahan şəhərində və bəzi bölgələrində uran ehtiyatlarını gizli şəkildə saxlayan mərkəzlər fəaliyyət göstərməkdədir.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see621

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see597

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see367

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see255

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see255

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see238

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see237

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see234

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see215

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see210

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see206

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see195

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see191

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see190

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see182

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see181

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see174

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see172

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri