Cəlilabad morquna gətirilən 34 yaşlı kişi sağ imiş Qeyri adi hadisə
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Cəlilabadda morqa gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub.
Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu gün Cəlilabad rayon Tahirli kəndi ərazisində baş verib. Özünü asaraq intihara cəhd edən kənd sakini 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyevin “meyiti” Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Məlum olub ki, intihara cəhd edən X.Quliyev ölməyib və o, komatoz vəziyyətdədir. Dərhal X.Quliyev Cəlilabad Rayon Mərkəzi xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Xəyal Quliyevə zəruri olan bütün ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır olaraq qalır.
Fakt araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 15 Mart 2025 21:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















