Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub YENİLƏNİB
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Cəlilabad meyitxanasına meyit kimi daxil olan şəxs komatoz vəziyyətdə olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə bu gün Cəlilabad rayon Tahirli kəndi ərazisində baş verib.
Özünü asaraq intihara cəhd edən kənd sakini 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyev Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Əraziyə PPX - nin əməkdaşları cəlb olunub.
Məlum olub ki, özünü asaraq intihar etməyə cəhd göstərən X.Quliyev ölməyib və o, komatoz vəziyyətdədir.
Dərhal X.Quliyev Cəlilabad rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə Xəyal Quliyevə zəruri olan bütün ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır olaraq qalır.
Fakt araşdırılır.
***
12:54
Cəlilabadda meyit tapılıb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayon Tahirli kənd sakini 1991-ci il təvəllüdlü Xəyal Yusif oğlu Quliyevin meyiti tapılıb.
İlkin məlumata görə o, özünü asıb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 15 Mart 2025 20:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















