Icma.az
close
up
RU
Cəlilabad, Neftçala və Biləsuvarda taxıl sahələrinin 27 faizində biçin prosesi başa çatıb

Cəlilabad, Neftçala və Biləsuvarda taxıl sahələrinin 27 faizində biçin prosesi başa çatıb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 iyun, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə taxıl biçininin gedişi, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə bağlı məlumatlandırma sessiyalarını davam etdirir. Məlumatlandırma sessiyaları çərçivəsində nazirliyin rəhbər şəxslərinin iştirakı ilə regional müşavirələr təşkil olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, taxıl biçininin gedişatına həsr olunmuş növbəti müşavirə Cəlilabad rayonunda keçirilib. Regional müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi, Cəlilabad və ətraf rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, “Aqroservis” ASC-nin rəhbər şəxsləri və regional nümayəndəliklərinin, rayon bölmələrinin əməkdaşları, texniki nəzarət müfəttişləri, mühəndislər, mexanizatorlar və fermerlər iştirak ediblər.

Tədbiri açan Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, ölkədə taxılçılığın inkişafı ərzaq təhlükəsizliyinin təmin olunmasının əsas istiqamətlərindən biri kimi nəzərdə tutulur. Bu sahənin inkişafına dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkədə taxılçılıq ildən-ilə inkişaf edir. Cəlilabadın ölkənin ən böyük taxılçılıq rayonlarından biri olduğunu diqqətə çatdıran Rafiq Cəlilov əvvəlki illərdə olduğu kimi, bu il də biçin prosesinin mütəşəkkil şəkildə başa çatdırılması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

Taxıl biçininin mütəşəkkil başa çatdırılması üçün müşavirə iştirakçılarına məlumat verən kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qeyd edib ki, nazirlik tərəfindən respublikanın bölgələrində taxıl biçininin qısa müddətdə, məhsul itkisinə yol verilmədən həyata keçirilməsi, məhsul istehsalçılarının taxılyığan kombaynlarla təmin edilməsi ilə bağlı onlara müvafiq köməyin göstərilməsi üçün bir sıra zəruri tədbirlər hazırlanıb həyata keçirilib. Respublikanın bölgələrində taxıl biçininin mütəşəkkil qaydada və optimal müddətdə biçilib başa çatdırılması üçün “Aqroservis” ASC və digər fiziki və hüquqi şəxslərin balansında olan kombaynların gündəlik dislokasiya planı hazırlanıb, ölkə ərazisində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyini artırmaq məqsədilə regionlarda mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən aidiyyəti qurumların, həmçinin fiziki və hüquqi şəxslərin iştirakı ilə müşavirələr təşkil olunub.

Müşavirədə çıxış edən nazirliyin yerli qurumlarının rəhbərləri hazırda Cəlilabad, Neftçala və Biləsuvar rayonları üzrə əkin aparılmış 124800 hektar sahənin 27 faizində biçin prosesinin başa çatdığını, biçin prosesində 256 kombaynın iştirak etdiyini qeyd ediblər. Natiqlər biçin prosesinin optimal müddətdə başa çatıdırlması üçün yerli qurumlar tərəfindən koordinasiyalı fəaliyyətin həyata keçirildiyini vurğulayıblar.

Daha sonra regional müşavirədə biçin zamanı qarşıya çıxa biləcək çətinliklər, onların həlli yolları müzakirə edilib, fermer və mexanizatorların təklifləri dinlənilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Tədbirdən sonra müşavirə iştirakçıları Cəlilabad rayonunun Üçtəpə kəndində taxıl biçininin gedişi ilə tanış olub, fermerlərlə görüşüblər. Bildirilib ki, cari ildə Cəlilabad rayonu üzrə 60,4 min hektar sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 47,0 min hektarı buğda, 13,4 min hektarı arpa sahəsidir. Bu günə kimi 8000 min hektar sahədə biçin başa çatıb, sahələrdən 24,7 min ton taxıl yığılıb. Hazırda biçin prosesinə 90 ədəd kombayn cəlb edilib ki, onun 17 ədədi “Aqroservis” ASC-yə, 73 ədədi isə hüquqi və fiziki şəxslərə məxsusdur.

Müşavirə iştirakçıları sahələrdə məhsuldarlığın vəziyyəti ilə əyani tanış olub, məhsulun vaxtında və itkisiz yığılması üçün görülən işlər barədə fermerləri məlumatlandırıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri